Arzu Səmədbəyli mütəfiqlərini qınadı
Moderaor.az Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəylinin "Yeni Müsavat" qəzetinə müsahibəsini təqdim edir:
Dünya azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili ərəfəsində nəinki dünya azərbaycanlıları, nəinki Azərbaycanda yaşayan fərqli düşüncə və fikir sahibləri, hətta Milli Şura çətiri altında bir araya gəlmiş müxalifət təmsilçilərinin də birliyini, həmrəy olduğunu görməmək çox ağrılıdır. Situasiyanı Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli ilə dəyərləndirdik. Sabiq millət vəkilindən ilk olaraq başa çatmaqda olan 2013-ün yaddaqalan hadisələri barədə soruşduq:
- Bu ilin hadisələri sırasında şübhəsiz ki, mənim dairəmdəki Elşad Abdullayevin mandat bazarlığı haqda yaydığı videolar və “Gülərqeyt əməliyyatı” ilə bağlı proses öndə gəlir. Seçki ili olduğundan 2013-ün qaynar keçəcəyi bəlli idi. Həm də çox gərgin il oldu. İl İsmayıllı olayları ilə başladı. Əsgər ölümlərinə etirazlar, aprel aksiyaları və sonrakı dönəmdə müxalifətin seçki ilə bağlı toparlanması və düşərgənin bir araya gələrək vahid namizədi müəyyən etməsi istiqamətində səyləri də ilin hadisələrindən oldu. Təbii olaraq il çox gərgin keçdi. Seçkilər isə əvvəlki seçkilərdən heç nə ilə fərqlənmədi, saxtalaşdırıldı. Fərq yalnız bu oldu ki, əvvəlki seçkilərdə seçki adına imitasiya var idisə, bu seçkidə onu görmədik. Sanki bu, seçki yox, yenidən qeydiyyatdan keçmə prosesi idi. ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosunun seçki saxtakarlığı ilə bağlı ortaya qoyduğu faiz nisbəti də onu göstərir. İndiyə qədər Azərbaycandakı seçkilərdəki saxtakarlıq göstəricisi ilə bağlı 50 faizdən yuxarı rəqəm eşitməmişdik. Bu dəfə bu faktın da şahidi olduq. İndiyə qədər istər ölkənin daxilində, istər xaricdə müxalifətin qələbə qazanmamasının səbəblərindən biri kimi guya müxalifətin dil tapıb bir araya gəlməməsi, vahid namizəd müəyyən etməməsi, yaxud siyasi liderlərin ambisiyalarından geri çəkilməməsi və bir-birinə güzəştə getməməsi bəhanə kimi göstərilirdi. Bu seçkidə bütün bu variantlar aradan qalxdı. Seçkidə iştirak məsələsində fikir ayrılığı olan partiyalar da sonralar bir araya gəldi və seçkidə birgə iştirak qərarı verdi. Sonrakı nəticələr də hamıya məlumdur.
- Sizcə, uğursuzluğun, seçkinin ənənəvi nəticəsinin dəyişməməsinin əsas səbəbi nə oldu?
- Bu faktdır ki, qalibləri mühakimə etmirlər. Müxalifət bir araya gələndə gözlənilirdi ki, bunu istəyən xalq müxalifətin qələbə çalmasını arzulayan, amma özünün passivliyinə düşərgənin guya vahid namizəd ətrafında birləşməməsi ilə haqq qazandıran insanlarımız bütün bu bəhanələr aradan qalxdıqdan və qüvvələrin Cəmil Həsənli kimi ləyaqətli, cəmiyyətdə çox tanınan və hörmət olunan bir alimin ətrafında toparlanmasından sonra fərqli davranacaq. Amma çox təəssüf ki, böyük əksəriyyət yenə passiv qaldı, seçkidə iştirak edənlərin faizi 20 faizdən o yana getmədi.
Yəni yenə də bu xalqı səfərbər edib seçkiyə gətirmək mümkün olmadı. İllərdir seçkilərin saxtalaşdırılması və hakimiyyətin avtoritar üsul-idarə ilə xalqı bu duruma gətirməsi nəticəsində əhali seçkiyə aktiv şəkildə qatılmadı. Amma seçkiyə gələnlərin də böyük əksəriyyəti Cəmil Həsənliyə səs verdi.
- Seçkinin nəticələri artıq qəbul olunub. Ancaq qəribəsi odur ki, müxalifət ilin sonunda yenə də münasibətlərin sıfır nöqtəsinə qayıtmaqdadır. Nə baş verir, bölünməyən nələr var ki, qarşılıqlı ittihamlar səngimir?
- Biz Müsavat olaraq təklif etmişik ki, bir araya gələk, nüfuzlu ziyalılarımızdan biri, Milli Şura ideyasının həyata keçməsində əməyi olan, obyektiv, subyektiv səbəblərdən Azərbaycana gələ bilməyən Rüstəm İbrahimbəyovu yola salaq, Cəmil Həsənlini sədr seçək, ondan sonra oturaq bu vəziyyəti müzakirə edək.
Biz seçkilərdə qalib gəlsək belə, bunu reallaşdıra bilmədik. Xalqın böyük əksəriyyətini inandırıb seçkiyə gətirsəydik, bəlkə mənzərə bir az dəyişik olardı. Biz istəyirdik ki, geniş müzakirələr aparıb bu vəziyyətdən çıxmanın yollarını arayaq. Biz Rüstəm İbrahimbəyovun Milli Şuradakı fəxri sədrliyini qəbul etmədik, bunun da səbəbləri deyilib. Çox təəssüflər olsun ki, biz təpkilər gördük, Müsavatı guya Milli Şuranı dağıtmaqda, onun fəaliyyətini zəiflətməkdə suçlayan insanlar oldu.
- AXCP həm ittiham edir, həm də Müsavatla birləşmək qərarına sadiq olduğunu bildirir. Bunu necə başa düşmək olar?
- Söz və şüar kimi çox cəlbedicidir. Əgər biz normal əməkdaşlığı bacarmayacağıqsa, bu birliyə gedən yolda müttəfiq ola bilməyəcəyiksə, hələ birliyə qədər əməkdaşlıq və müttəfiqliyi normal bacarmayacağıqsa, havada necə birlik əmələ gələ bilər? O birliyin alınması üçün bir yerdə normal əməkdaşlıq etməlisən, müttəfiq olmalısan. Bu da artıq zaman tələb edir. Bu gün birlik şüarı əməkdaşlıqdan yayınma kimi görsənir.
- Bəlkə hansısa qüvvələr superpartiya yaradıb sonra onu parçalamaq layihəsi üzərində işləyir, bu, mümkün haldırmı?
- İndi elə bir dövrdür ki, kim nə sözü deyirsə, siyasi prosesdə aktiv olan insanlar tərəfindən dərhal doğru-dürüst yorumlanır. Bizim normal əməkdaşlığımız və iki təşkilatın müttəfiqliyi olmayacaqsa, bu birləşmə necə həyata keçirilə bilər? Bu ittihamlar, qarayaxmalar şəraitində necə birləşmək olar? Bu, mümkün deyil axı.
- Arzu bəy, Məclis sədri olaraq siz də ikitərəfli görüşlərdə iştirak edirsiniz. O görüşlərdə də bu sayaq ittihamlar səslənir, yoxsa üzbəüz müzakirələr ittihamsız keçir, yaxud olursa hansı arqumentlər gətirilir?
- Təbii ki, görüşlərin detallarını danışmaq fikrində deyiləm. Amma səmimi deyirəm ki, görüşdüyümüz bütün təşkilatlar və ziyalılarla, gənclərlə çox açıq müzakirələr aparılmasını təklif etmişik. Məncə, müzakirələr çox faydalı keçib və müzakirələrin davamı olacaq. Milli Şura var ikən bu müzakirələrin nəyə gərək olduğu sualı da yaranır. Ancaq Milli Şurada fərdlərin iştirakından söhbət gedir, partiyaların yox. Müsavat Məclisinin 160-dan çox üzvü var. Amma Milli Şurada 16 nümayəndəmiz var. Çox təcrübəli, savadlı, təcrübəli insanlarımız bu proseslərdən kənarda qalıb. Axı Milli Şura partiyalarüstü bir təşkilat deyil. Ona görə də biz Milli Şuraya daxil olan aparıcı qurumlarla ikitərəfli münasibətlərimizi nizama salmaq, aydınlıq gətirmək, əməkdaşlıq, müttəfiqlik etmək üçün danışmağı təklif etmişik. Milli Şuranın güclənməsində maraqlı olan hər kəs bu prosesi dəstəkləməlidir. Ancaq əks münasibət olacaqsa, əməkdaşlıq və müttəfiqlikdən boyun qaçırılacaqsa, Milli Şurada bizim səmimi birliyimiz necə baş tuta bilər? Bu, absurd görünür axı.
- Milli Şuranın fəaliyyətinə xitam verib yeni birlik düsturu üzərində düşünmək variantı barədə nə deyə bilərsiniz?
- Açığı, həm Milli Şurada qalmağın, həm də çıxmağın tərəfdarı olanlar var. Amma biz bütün bu məsələləri müzakirə edəndən sonra son nəticəyə gələcəyik. Müsavat olaraq biz bütün bu prosesdə səmimi və var gücümüzlə iştirak etmişik. Milli Şura prezident seçkiləri ilə bağlı qurulmuşdu. Qarşıdan isə bələdiyyə, parlament seçkiləri gəlir. Milli Şura indiki strukturu ilə bu seçkilərdə necə iştirak edəcək? Bu qurum vahid namizədin qəbul olunması üçün yaradılmışdısa, indi fərqli bir proses gəlir, bunu nəzərə almaq lazımdır.
- 2010-cu il parlament seçkilərində seçki qapını kəsdirdiyi anadək AXCP və Müsavat arasında vahid namizədlərin müəyyən olunması ilə bağlı mübahisə və müzakirələr aparıldı, bəzi dairələrdə hətta sonadək razılaşma əldə olunmadı. Belə olan təqdirdə Milli Şura çətiri altında qarşıdakı seçkilərdə razılaşma nə qədər real görünür? Bəlkə enerjinin əbəs xərclənməsindənsə, normal ayrılıq daha düzgün yol olardı.
- Bəy, siz də bizim bu proseslərdə aktiv üzvlərimizdənsiniz və 2010-cu ildəki seçki prosesinə də namizəd kimi qatılmısınız. Biz bu cür halları görmüşük və çətinlikləri bilirik. Amma mən sizi inandırıram Milli Şurada olan bir çox insanlar nə bu prosesdə olub, nə də çətinliyi görüb. Ona görə də bunun məsuliyyətinin nə demək olduğu bir az çətin anlaşılır. Biz isə məsuliyyətimizi də bilirik, prosesin hara getdiyini də. Biz etiraf edirik ki, hakimiyyət nəticələri saxtalaşdırsa belə, indiyə qədər almadığı zərbələri aldı. Hakimiyyətə qarşı indiyə qədər olmayan təpkilər var və bu, davam edir. ATƏT-in yekun rəyində də bu, bir daha təsbit olundu. Qarşıda hakimiyyəti heç də yaxşı proseslər gözləmir. 2015-ci ildə parlament seçkisidir, eyni zamanda qarşıda Avropa oyunları var. ATƏT-in yekun rəyində də vəziyyətin, Seçki Məcəlləsinin dəyişməsinin zəruriliyi bir daha təkrarlanır. İndiyə qədərki vəziyyətlə 2015-i adlamaq çox çətin olacaq. Bu, dünya ilə üz-üzə qalmaq deməkdir. Yəqin ona qədər bir çox şeylər dəyişəcək. Məlumatımıza görə, hətta proporsional sistemin bərpası və Konstitusiya dəyişikliyinə müəyyən hazırlıqlar gedir. Amma dəyişmə zorundadırlar, mütləq dəyişəcəklər. Belə bir şəraitdə hər bir məsələ ölçülüb-biçilməlidir. Hər mərhələ üzrə faydalı istiqamətdə işlər görülməlidir. Milli Şura var, hamı bir yerə yığışıb deyə, sanki arxayınçılıq yaranıb, ayda bir-iki dəfə yığışıb-danışdıq, ayrıldıq, məsələ bitdi... Bununla vəziyyəti dəyişmək mümkün deyil. Ona görə də bu narahatlıqları siyasi çevrələrlə, ictimai təşkilatlar, ziyalılar, cəmiyyətlə bölüşürük, partiya daxilində, Müsavat rəhbərliyində də müzakirələr davam edir. Eyni zamanda fikrimiz budur ki, Milli Şuraya daxil olan və olmayan insanlarla, ziyalılarla, ictimai rəy sahibləri ilə bu məsələləri müzakirə edib doğru-düzgün qərara gələk. Bizim məqsədimiz budur və buna görə bizi heç kim ictimai qınaq obyektinə çevirə bilməz. Cəmiyyət kimin nə dediyinin fərqindədir. Seçkidə iştirak da Müsavatın istəyinə və israrına uyğun olaraq baş verdi, vahid namizəd məsələsində də Müsavatın mövqeyinin doğruluğu ortaya çıxdı. İsa bəy vaxtilə Rüstəm İbrahimbəyovun riskli namizəd olduğunu və ehtiyat namizəd üzərində düşünməli olduğumuzu deyəndə də ittihamlara tuş gəlmişdik. Təsəvvür edin ki, biz seçkidə iştirak etməyəydik, o zaman ATƏT 58 faizlik pozuntu faktını hardan görəcəkdi? Hakimiyyət çox rahat şəkildə seçkini keçirəcəkdi və onun qalibiyyəti çox da böyük şübhə doğurmayacaqdı. Seçkidə iştirak bu saxtakarlıqları üzə çıxartdı və hakimiyyəti beynəlxalq aləmdə çıxılmaz duruma saldı. Bütün bunlar Müsavatın israrı nəticəsində baş verib. Müsavat kimin nə deməsindən asılı olmayaraq doğru bildiyini deyir, prosesi aparır, bundan sonra da belə olacaq. Hərçənd Müsavata qarşı çamurlar atılır, ittihamlar irəli sürülüb. Amma bunlar əks effekt verir. Çünki cəmiyyət kimin kim olduğunu, nə məqsəd güddüyünü yaxşı bilir. İlk olaraq namizədliyini irəli sürən partiya başqanı öz namizədliyindən ümumi düşərgənin xeyrinə imtina edib və ziyalı namizədi dəstəkləyib. Təşkilat da var gücü ilə həmin namizədin seçki kampaniyasını aparıb. Bu fakt qəbul olunmalıdır, yoxsa ittihamlar, qarayaxmalarla heç yerə gedib çıxmaq olmaz. Bu vəziyyət də bizim işimizi ləngidir.
- Belə görünmürmü ki, bu gün müxalifətin hakimiyyət yox, elə müxalifət problemi var?
- Bəli, elə görünür. Allah rəhmət eləsin özünü yandıran Qarabağ qazisinə, dünyasını dəyişdi. Amma cəmiyyətdə bir hərəkət, tərpəniş yoxdur, varsa da çox passivdir. Əslində bir ölkədəki vəziyyəti dəyişə biləcək, hakimiyyətin dəyişəcəyinə səbəb ola biləcək hadisə verib. Çox təəssüf ki, süstlükdür, bir neçə təşkilatı çıxmaq şərtilə, çox böyük kəsimdən ciddi reaksiya yoxdur. Bu da təbii ki, iqtidarın xeyrinə işləyir. Hakimiyyətin işinə yarayır. Bütün bu enerji bir yerə toplansa, hansı mərhələdə nəyi necə edəcəyimizi edə bilsək, daha sistemli mübarizə sərgiləyəcəyik və hakimiyyət də bu məsələlərə cavab verməli olacaq. Gördüyünüz kimi, hakimiyyət arxayın şəkildə Yadigar Sadıqova etmədiyi cinayətə görə 7 il iş istəyib. Bu insanı məhz fəallığına görə həbs ediblər. Yaxud seçkidən dərhal sonra Anar Məmmədlini tutub içəri atdılar. ABŞ-dan tutmuş, beynəlxalq təşkilatlara qədər çox ünvanlardan qınaqlar gəlir, hakimiyyət isə öz işindədir. Çünki cəmiyyətin təpkisi, müqaviməti lazımi qədər deyil. Məsuliyyəti təkcə müxalifətin üzərinə qoymaq olmaz. Yaxud bahalaşma əleyhinə mitinq oldu. Həmin gün Ukraynada - Maydanda mitinq gedirdi. Müqayisə olunmayacaq qədər fərq var idi. Ukraynada ayrı-ayrılıqda 3 təşkilat eyni amal uğrunda mübarizəyə qalxıb. Orda xalq ittiham etmir ki, siz niyə birləşmirsiniz. Bizdə isə insanlar nəinki Avrointeqrasiya, hətta öz büdcəsinə təsir edə biləcək bahalaşma qərarı ilə bağlı da etiraz səsini ucaltmır. Bunu görən hakimiyyət də arxayındır. Yəni xalqın bunu bilməsi lazımdır ki, hər kəs öz-özünə hesabat verməlidir ki, mən bu mübarizəyə nə verdim, vəziyyətin dəyişməsi üçün nə etdim. Hakimiyyət müqavimət, xalqın etirazını görmürsə, təbii ki, eyni siyasəti davam etdirir və gedir. Odur ki, hər bir insan özünə hesabat verməlidir.
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Apr 2024 | 20:27
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
17 Apr 2024 | 20:23
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
17 Apr 2024 | 20:15
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:56
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 19:38
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
17 Apr 2024 | 19:35
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
17 Apr 2024 | 19:26
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
17 Apr 2024 | 19:25
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
17 Apr 2024 | 19:20
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 19:05
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
17 Apr 2024 | 18:57
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
17 Apr 2024 | 18:55
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Apr 2024 | 18:38
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:24
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
17 Apr 2024 | 18:20
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 18:10
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Apr 2024 | 18:10
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
17 Apr 2024 | 18:08
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
17 Apr 2024 | 18:04
Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
17 Apr 2024 | 18:00
"Unibank" Vətən müharibəsi qazisini məhkəməyə verdi
17 Apr 2024 | 17:57
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17 Apr 2024 | 17:55
Brüssel görüşünün təfərrüatları: Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH + FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 17:47
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 17:43
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17 Apr 2024 | 17:40
"Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür" - Vüqar Rəhimzadə
17 Apr 2024 | 17:36
Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO
17 Apr 2024 | 17:32
Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə etdi
17 Apr 2024 | 17:30
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
17 Apr 2024 | 17:28
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib - FOTO
17 Apr 2024 | 17:25
UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb - FOTO
17 Apr 2024 | 17:21
İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17 Apr 2024 | 17:20
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı - ŞƏRH
17 Apr 2024 | 17:16
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Apr 2024 | 17:15
“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”
17 Apr 2024 | 17:10
Abşeronda kişi meyiti tapıldı
17 Apr 2024 | 17:07
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanıldı - VİDEO
17 Apr 2024 | 17:02
Naxçıvanda ordu aviasiya hissələri 1 nömrəli hazırlığa gətirildi - FOTO/VİDEO
17 Apr 2024 | 16:57
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - FOTO
17 Apr 2024 | 16:52
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 05:00
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 05:00
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək