Sabunçu Rayon İcra Hakimiyyəti Moderator.az-a açıqlamasında Həsən Camalovun ittihamlarına cavab verib. Açıqlamada deyilir: “Camalov Həsən Sərkər oğlu ayrı-ayrı dövlət orqanlarına ərizə ilə müraciət edərək, habelə bəzi mətbuat orqanlarında müxtəlif məqalələr dərc etdirərək, onun ailəsinə məxsus Bakıxanov qəsəbəsi, “Sülh” küçəsi 14/2 saylıünvanda 400 kv. torpaq sahəsinin Sabunçu Rayonİcra Hakimiyyəti tərəfindən qanunsuz zəbt olunduğunu, habelə Mehmandarov küçəsi 26 saylı ünvanda çoxmənzilli bina inşa edən «Bərgüşad ŞÂ» firmasının onun hüquqlarını pozduğunu və bu işdə Sabunçu Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin maraqlarının olduğunu bildirmişdir.
Bildiririk ki, H.Camalovun müxtəlif orqanlara yazdığı ərizə və şikayətlər qərəzli, yalnız öz şəxsi marağının təmin edilməsinə yönəlmiş əsassız ittihamlardır. Onun Bakıxanov qəsəbəsi, “Sülh” küçəsi 14/2 saylı ünvanda istifadə, icarə və mülkiyyət hüququ əsasında rəsmi qaydada qeydə alınmış hər hansı torpaq sahəsi olmayıb və yoxdur. 2008-ci ildə qeyd edilən ünvanda ona torpaq sahəsi verilməsi üçün müxtəlif orqanlara dəfələrlə müraciət etsə də tələbi qanunsuz və əsassız olduğundan təmin edilməmişdir. Sonuncu dəfə ona Bakı Şəhər İcra Hakimiyyətindən 18/03-8/6290 saylı 17.11.2008-ci il tarixli məktubla bildirilmişdir ki,«Sizin fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından daxil olmuş ərizənizə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Təkrarən bildiririk ki, sözügedən ərazi bələdiyyə mülkiyyətinə təhvil verilmiş ərazilərə aid olmadığından, xahişinizi yerinə yetirmək imkanımız xaricindədir”.
H.Camalovun hal-hazırda yaşadığı S.Mehmandarov küçəsi, 26/1 saylı ünvanda «Bərgüşad -ŞÂ» firması tərəfindən onun hüquqlarının pozulması və bu işdə Sabunçu Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin maraqlarının olması ilə bağlı deyilənlərlə əlaqədar bildirirk ki, «Bərgüşad-ŞÂ» firması tərəfindən S.Mehmandarov küçəsi 26 saylı ünvanda yerləşən ikimərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binası sökülərək yerində müasir tələblərə cavab verən yaşayış evi inşa edilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə uyğun olaraq müvafiq ərazidə sahibkarlığın inkişafı və dəstəklənməsi, memarlıq və şəhərsalma, vətəndaşların sosial müdafiəsi, sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsində, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsində səlahiyyətli olduğunu nəzərə alaraq, qeyd edilən məsələyə həssaslıqla yanaşmış, mübahisənin həll edilməsinə yardımçı olmağa çalışmışdı”.
Qeyd edilən məsələ araşdırılarkən məlum olmuşdur ki, S.Mehmandarov küçəsi 26/1 saylı H.Camalova məxsus fərdi yaşayış evi keçən əsrin əvvəllərində inşa olunmuş, S.Mehmandarov küçəsi, 26 saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasının həyəti birbaşa zəbt edilərək özbaşına tikilmiş və Sabunçu Rayon Məhkəməsinin İş-2-1409 saylı 2005-ci il tarixli qətnaməsi əsasında həmin tikintiyə istifadə hüququ tanınmışdır.
Həmin fərdi yaşayış evinin tikintisi barədə nə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı, nə ayrıca aktı, nə də torpağa dair hər hansı bir sənəd olmamışdır.
H.Camalovun əsassız narazılığı ilə bağlı«Bərgüşad-ŞÂ» firmasının rəhbərliyi tərəfindən bizə bildirilmişdir ki, S.Mehmandarov küçəsi 26 saylı ünvanda tikilmiş yeni çoxmənzilli binanın ətrafında aparılan abadlıq işləri ilə bağlı H.Camalova yaşadığı evin əvəzinə pul kompensasiyası olaraq 350000 manat, yaxud yaşadığı evin sahəsinə uyğun olaraq yeni inşa edilmiş binada 321 kv.m. sahəsi olan mənzil və ya ona məxsus evə uyğun başqa yerdə həyət evi tikilib verilməsi təklif olunmuşdur. Lakin o, bunların heç biri ilə razılaşmamışdır.
Bildirmək istəyirik ki, H.Camalov öz şəxsi marağından çıxış edərək «Bərgüşad-ŞÂ»firması tərəfindən hüquqlarının pozulduğunu bəyan etməklə bu işdə Sabunçu Rayon İcra Hakimiyyətinin də maraqlı olduğunu bildirərək nəyəsə nail olmaq fikrindədir. Belə hal qəbulolunmazdır və demokratik cəmiyyətdə arzuolunmaz haldır.
Onun hüquqları pozulubsa o, öz hüquqlarını sivil qaydada müdafiə və bərpa edə bilə, nəinki ayrı-ayrı böhtan xarakterli yazılar yazmaqla.
Məlumat üçün onu da bildiririk ki, Camalov Həsən Sərkər oğlu övladlarının hüquqlarını özü pozur. Belə ki, Həsən Camalovun 10 övladı ayrı-ayrı dövrdə nikahda olmuş dörd qadındandır ki, onlardan da:
1. Camalova İlahə Əhmədağa qızı (arvadı)
2. Qəhrəmanova Əsmər Məmmədvəli qızı (arvadı) və4 uşağı onunla birgə Bakıxanovqəsəbəsi, Mehmandarov küçəsi 26/1 saylı ünvanında yaşayırlar (arayışəlavəolunur).
Digər iki arvadı:
1. Alıyeva Milanə Sabir qızı (arvadı)
2. Mirzəyeva Lalə Atif qızı (arvadı) və 6 uşağı Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 22a saylı ünvanında yaşayırlar (arayış əlavə olunur).
Digər iki uşağının isə harada yaşaması və hansı arvaddan olması barədə əlimizdə məlumat yoxdur.
Nəzərinizə çatdırırıq ki, H.Camalova məxsus yaşayış evinin sökülməsi ilə bağlı heç bir zaman məsələ qaldırılmamışdır”.