Moderator.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin “Elektron Hökumət” (www.e-gov.az) portalı vasitəsilə vətəndaşlara təqdim etdiyi e-xidmətləri arasında “Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması” xidməti vardır.
Bu xidmət
vasitəsilə qeydiyyatdan keçmiş hər bir istifadəçi öz FİN kodu əsasında fərdi məlumatları
və Gömrük Ödənişlərinin Ödəyicisinin Eyniləşdirmə Nömrəsini (GÖÖEN) əldə edə
bilər. Bunun üçün Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan e-xidmətlər
siyahısından “Elektron Hökumət” portalı vasitəsilə vətəndaşlara təqdim olunan
e-xidmətlər arasında “Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin
alınması” xidmətin adını seçməlisiniz. Açılan formanın içində yalnız fiziki şəxs
öz FİN kodu əsasında Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsini və
ona aid olan fərdi məlumatları: soyadı, adı, ata adı, GÖÖEN-ini, doğulduğu
tarix, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, qeydiyyat
tarixi və s. əks olunacaqdır.
Əgər həmin
məlumatları öz kompüterinizdə yadda saxlamaq istəyirsinizsə, “PDF” düyməsindən
istifadə edə bilərsiniz. Həmin məlumatları PDF formatında yadda saxlayıb və ya
elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərə bilərsiniz.