Qurban Məmmədov ona hökm oxuyan hakimə Açıq Məktub yazdı
Oxunub: 4989
25 Dec 2013 | 10:54
Qurban Məmmədov ona hökm oxuyan hakimə Açıq Məktub yazdı

Həbsdə olan tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədov bu günlərdə ona qondarma ittihamlarla 3 il azadlıqdan məhrum etmə cəzası vermiş Nəsimi Rayon Məhkəməsinin hakimi Emin Mehdiyevə Açıq Məktub göndərib. Moderator.az həmin məktubu olduğu kimi təqdim edir:

Nəsimi Rayon məhkəməsinin hakimi Emin Mehdiyevə

Açıq Məktub

 

Oxudum hökmünüzü ”“ mənə yazdığınız, məni məhkum etdiyiniz hökmü.

Həmin cansız vərəqlərin arxasından bir canlı boylandı mənə - Siz idiniz.

Gözlərində xəcalət hissi, sifətində abır suyu, ruhunda bir ürkəklik ”“ qorxu hissi gördüm.

Ancaq əbəs yerə. Əsassızdır bu qorxu. Qətiyyən narahat olmayın. Qorxu, həyəcan və stress insanda qorxulu xəstəliklər yaradır. Şəkər, təzyiq, əsəb, ürək, qan-damar xəstəlikləri, impotensiya və s. Atın, azad olun bu hisslərdən. 90-cı illərdə və 1992-ci ilə olduğu kimi, indi də mən sizdən və sizi öz siyasi niyyətlərinə alət edib bu hala salanlardan incik deyiləm, qisas hissi ilə də yaşamıram.

Mən və dostlarım: cəbhəçilər, müsavatçılar, nidaçılar, gəncliyini həbsxanalarda çürütdüyünüz (bu sizə sifariş verənlərə belə gəlir), ancaq özünüz də bilmədən sınağa çəkib bərkitdiyiniz o gənclər Allahına imanı ilə bağlılığına görə, dininə sədaqətinə görə təqib etdiyiniz Tale Bağırzadə və başqa din qardaşlarım sizin və övladlarınızın gələcəyi uğrunda meydanlara atılmamışıqmı? Biz məhz sizin indiki rejimdən, indiki idarə üsulundan xilasınız üçün mübarizə aparmırıqmı? Siz də bizim kimi, 9 milyonluq Azərbaycan xalqı kimi bu rejimin əsiri deyilmisiniz?

Siz daha pis vəziyyətdəsiniz. Çünki siz ali savadlı hüquqşünassınız. Siz, bir çoxlarından fərqli olaraq, ətrafınızda baş verənləri görür, dərk edir və qanırsınız. Rəhmətlik Cəlil Məmmədquluzadə deyirdi ki, “böyük dərddir qanmaq”. Qanmadan, dərk etmədən, başa düşmədən və duymadan yaşamağa nə var ki ”“ bunu da həyat göstərir.

Qətiyyən narahat olmayın, qorxu hissi keçirməyin ”“ bu insan ömrünü qısaldır, ona pis xəstəliklər gətirir, nevroz edir. Ən pisi də, Azərbaycanın böyük şairi Türk dünyasının Şaman şairi Rüstəm Behrudi demişkən, “qorxaq adam yaltaq olar, yaltaq olan ”“ oğraş olar”. Bu da həyatın obyektiv qanunauyğunluğudur. Siz qorxmayın, qorxaq olmayın, nə sifarişçilərdən qorxun, nə də onların qurbanlarından. Çünki həmin qurbanlar elə o sifarişçilərin özlərinin də gələcəyi uğrunda mübarizə aparırlar. Nəfslərinin onları saldığı bu alçaldıcı həyat tərzindən xilas etməyə çalışırlar. Bunu bəlkə də başa düşməkdə bir az zorlanassınız, ancaq bu çox sadə bir məslədir.

Hz. Musa dedi: “rüşvət alma”.

Hz. İsa dedi: “rüşvət alma”.

Hz. Məhəmməd (s.a.v.) dedi: “rüşvət verib məzlumun haqqını yeməyin”. Bunu onlar Allahın adından, Onun elçisi kimi bizə dedilər. Allahın dediklərinə əməl etməmək, nəfsinin qulu olmaq, bu böyük cihadda ”“ nəfsinə qarşı döyüşdə məğlub olmaq o sifarişçiləri alçaldıcı bir həyata məhkum etməyibmi? Biz onların da, övladlarının da gələcəyi uğrunda döyüşürük. Yaşınız xatırlamağa imkan verər: biz Azərbaycanın müstəqilliyi uğrunda, rus imperiyasının o qartal caynaqlarından xilası uğrunda mübarizə bayrağını qaldıranda, özümüzü və ailələrimizi məhrumiyyətlərə düçar edəndə, cəfasını çəkəndə, indi bu Vətənin səfasını çəkənlər, analarının halalca südü kimi onun neftini əmənlər, ata malı kimi onun sərvətlərini mənimsəyənlər harada idilər? Bu çox yaxın, təzə, yeni, gözlə görünən tarixdir. Onu da asanlıqla və bu tezlikdə saxtalaşdıra bilməyəcəklər. Son 40-50 ilimizi saxtalaşdırdıqları kimi. Onların çoxu müstəqilliyimizin əleyhinə səs verir, bəziləri elə həmin günlərdə imperiyanın paytaxtında, onun bayrağı və vətəndaşlığı altında firavan həyat sürür, kef çəkirdilər. Hətta bizə qarşı döyüşənlər, müstəqillik istəyənləri təqib edənlər, onlara qarşı cinayət işi qaldırıb təqib edənlər və onlara hökm oxuyanlar bu günədək öz vəzifələrində qalmaqdadırlar. Bunu bəlkə də çoxları başa düşə bilmir. Rəhmətlik Elçibəyi buna görə qınayanlar da var ”“ axı həmin o 11 ayda bunların hamısını dəyişmək, indiki rejimin yalan dəyirmanının üyütdüyü ideoloji anti-təbliğatda deyildiyi kimi, “kamaz şoferlərini onların yerinə qoymaq” imkanı var idi. Bu tamamilə mümkün idi. Ancaq Elçibəy bu milləti çox sevirdi və bütün tərəfdarlarını da bu sevgiyə yoluxdurub bizi tərk etdi.

Millət, Vətən, Dövlət sevgisi də çox ağır xəstəlik kimi bir şeydir. Bəzilərinin rüşvətxorluq, monopoliya xəstəliyinə tutulduğu kimi.

Sevgininsə gözü kor olur deyirlər. Ancaq bizim bağışlamaq duyğumuz korluğumuzun nəticəsi yox, xəstə övladına iynə vurmaq istəyən valideynin körpənin ona qarşı etdiklərinə göz yumaraq öz xoş niyyətini həyata keçirmək cəhdidir.

Siz də mənim millətimin xəstə balalarından birisiniz, Emin bəy! Siz də şərəflə, alnı açıq yaşamaq haqqına sahibsiniz. Hər qəbul etdiyiniz qanunsuz, sifarişli və ya niyyətli qərar sizin ömrünüzdən alır, həyatınızı puç edir. Axı, siz niyə elə əmək haqqı almayasınız ki, ailənizi dolandırmaqda çətinlik çəkməyəsiniz.uşaqlarınızın, yoldaşınızın üzünə dik baxa biləsiniz! Axı niyə indiki kimi rüşvət almaq, təhlükəsiz haram yemək imkanı əldə etmək üçün, sifarişli iş alanda təhtəlşüur olaraq sevinəsiniz? Mən Sizi rüşvətxorluqda ittiham etmirəm, yox, yox! Qətiyyən! Siz mənimçün Azərbaycan hakimlərinin ümumiləşdirilmiş obrazısınız. Siz Tale Bağırzadəni, deməli ”“ Allahı, hicabı, Quranı, imanı və düzlüyü məhkum edənsiniz! Siz Tofiq Yaqublunu, İlqar Məmmədovu təqib edənsiniz, deməli ”“ yalanı, şəri, böhtanı müdafiə edənsiniz! Siz Zaur Qurbanlını, İlkin Rüstəmlini və onlarla gənci həbs edənsiniz, deməli ”“ yeniliyi, demokratik dəyərləri, müasirliyi, azadlığı inkar edənsiniz.

Siz universal hakim obrazısınız ”“ indiki şəraitdə isə Azərbaycan hakiminin rüşvət almaması mümkün deyil və onun rüşvət, haramla ailəsini saxlaması Allaha bütün dünyaya bəllidir.

Yoxsa, namuslu, düz, əxlaqlı adamın bu rejimlə əməkdaşlıqda nə işi ”“ nə ortaqlığı ola bilər ki!

Nə isə... məqsədim sizi ittiham etmək deyil.

Vaxti ilə Hacı Məmmədov da, Zakir Nəsirov da (Allah qapılarını açsın, mən onları da cinayətkar yox, qurban hesan edirəm) sizin kimi duşünüblər: “üçünü sənin tapşırığınla, sənin xeyrinə edəndə, birini də öz xeyrimə etmək haqqım var”.

Xatırlayırsınızmı, “Qara Kəmər” əməliyyatı zamanı Daxili İşlər Naziri Ramil Usubov canlı efirdə nə dedi: “Heydər Əliyev mənə Abuzər Abuzərovun həbsdən qaçırılmasını tapşırdı, mən də bunun icrasını Hacı Məmmədova və Zakir Nəsirova tapşırdım, onlar da bunu təşkil etdilər”. Yəni, Cinayət Məcəlləsinin 304-cü maddəsində nəzərdə tutulan “azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma” cinayətini ağırlaşdırıcı hallarla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən biz etmişik, törətmişik. Cinayətlərini etiraf edənlərin biri “Ulu Öndər”, biri nazir postunda, qurbanların da ikisi ömürlük həbsdə, biri də kürdəxanı təcridxanasında.

Bax biz sizi və onları bu qorxunc həyatdan, qarşılıqlı şantaj mühitindən xilas etmək istəyirik.

Məşhur “Tıx-tıx xanım” nağılında deyildiyi kimi, “əlini mənə bəsdərəcik”, “yox, yox mən səndən küsdərəcik”. Nağıl belə davam edir: “küsdürəcik ha, küsdürəcik, başına bir daş...”.

Yox, yox! Biz sizin başınıza “bir daş əndərəcik” yox! İnanın! Tıx-tıx səhv edib.

Siz bizim xəstə övladımızsınız, dara düşən, düşmən girovluğunda olan, təhlükə altında cinayətlər törətməyə məcbur olan bacı-qardaşlarımızsınız. Biz sizi darda qoymayacağıq.

Bilsəniz qorxu, stress, həyəcan altında yaşamaq nə qədər çətindir. Axı sizin də övladlarınız var. Onlar da azad, mənən rahat yaşamaq haqqına sahibdirlər. Niyə onların sinif yoldaşları, tələbə və iş yoldaşları gələcəkdə barmaqla göstərib deməlidir:

“sən qorxaq, yaltaq və ... filankəsin oğlusan. Sən rüşvət, haram yemisən, sən bizdən deyilsən”.

Niyə?

Qarşımızda çox ağır və böyük, həlli müşkül bir vəzifə durur. Çətinlik orasındadır ki, xilas olmağa ehtiyacı olanların xilas olmaq niyyəti yoxdur. Çünki nəfslərinə aldanıb sahib olduqları həyat onlara çox şirin gəlir. Məhkəmədə son sözümdə dediyim kimi, “özünü yuxuluğa vuranı ayıltmaq mümkün deyil” (Seneka).

Köməyinizə ehtiyacımız var. Bizə yardım edin, lütfən! Sizdən çox şey tələb olunmur. Sadəcə istəyin, arzulayın, azad olmaq istəyin! İstəyin ki, Allah da versin!

Siz sizə göstəriş verənin hansı millətdən olduğunu, hansı dövlətin maraqlarını güddüyünü bilirsinizmi? Məhkəmədə dediyim kimi, bəlkə elə erməni ”“ rus kəşfiyyatı öz adamlarını Azərbaycan hakimiyyətinə yerləşdirib, heç bir rəsmi müharibə elan etmədən, top-tüfəng atmadan, sizlərin əli ilə bu millətə qarşı gizli müharibə aparır. Buna əminsiniz ki, sizin qərarlar və sizə bu qərarları qəbul etdirənlər Azərbaycana xidmət edirlər? Bu sifarişçilərin müsəlman, türk, azərbaycanlı olduqlarından əminmisiniz? Axı, “rüşvət olan yerdə siyasət göydən asılı qalar”. Bu sözləri, 1987-1992-ci illərdə bizə qarşı, müstəqilliyə qarşı vuruşan, müqavimət göstərən və bu gün də milli sərvətlərimizi açıq və həyasızcasına talayanların bolşevik babaları, ulu öndər V.İ.Lenin o vaxt həmkarların IV qurultayında demişdir: rüşvət olan yerdə sənə göstəriş verənin əsl kimliyini bilmək zor bir işdir. Qəbul etdiyiniz qərarlar isə milli genefondumuzun soyqırımına yönəlib, cəmiyyətdəki islam əxlaqına, dini dəyərlərə qarşıdır. Azərbaycanı çox qorxulu, qanlı, faciəli, geridönməz proseslərə sürükləyir. Fərqində deyilmisiniz? Məsələn, şəxsən mən siyasi sifarişlə qərar qəbul edən bütün hakimlərin milliyətinə də, azərbaycanlılığına da, kişilik (erkəklik) qabiliyyətinə də şübhə ilə yanaşıram.

Bilirsiniz niyə?

Heç kəs, heç bir müstəqil və namuslu, əqsli cəhətdən sağlam adam öz millətinə qarşı belə düşmənçilik hərəkəti etməz. Bəlkə onlar xarici kəşfiyyat orqanları tərəfindən ələ alınıblar, şantaj olunurlar. Bunu başqa necə izah etmək olar? Məsələn siz, şəxsən apardığınız və ya hakim yoldaşlarınızın apardıqları cinayət işlərində tez-tez şahid kimi iştirak edən yalançı şahidlərə “müəllim” ”“ deyə müraciət edərək, guya ki, onları tanımırsınız, bu millətin ziyalılarının əleyhinə istifadə etməklə nə məqsəd güdürsünüz, kimə, hansı dövlətə qulluq edirsiniz? Bu millətin gəncliyinə qarşı apardığınız bu əsassız və amansız, qanunsuz və qəddar mübarizə ilə öz namusunuzu təhlükəyə atmağınızın fərqində deyilmisiniz?

Məhkəmədə prokurora dediklərim yadınızdadırmı? Bilmirəm, o anda Elçin Nağıyev dediklərimi başa düşürdü, ya yox, çünki gözlərinin yol çəkdiyi gözlərimə dəymişdi o an. Xatırlayırsınızmı?

“Unutmayın və nəzərə alın ki, sabah erməni ordusu Bakıya girəndə yoxlamayacaq ki, kim hakim arvadıdır, kim prokuror qızıdır, kimi də fəhlə dilənçi qadını. Əgər siz hər ittiham etdiyiniz, qanunsuz olaraq məhbəslərə doldurduğunuz gəncə, azərbaycanlıya həmin anda sizin arvadınızın, qızınızın, ana və bacınızın ”“ bu millətin namusunu qoruyacaq potensial əsgər qardaşınız, sizin sağ və ya sol cinahınızı qoruyacaq bir döyüşçü kimi baxsaz, belə qanunsuz qərarlar qəbul etməz və sizə bu qanunsuz əmrləri verən erməni xislətli, erməni qanlı adamlara dönüb deyərdiniz: tüpürüm sizin hakimiyyətə də, tüpürüm sizin vəzifəyə də. Mən arvadımın, qızımın alt paltarını başqa kişilərin pulu hesabına almaq üçün, haram yemək, ailəmi rüşvətlə dolandırmaq, hər an sizin əlinizdə şantaj aləti, siyasi rəqiblərinizə qarşı qisas aləti olmaq üçün millətimə qarşı bu cinayətləri törətməkdən imtina edirəm. Mən kişi kimi, adam kimi, qəlbən, ruhən azad yaşamaq istəyirəm”.

Yadınızdadırmı?

Oxudum hökmünüzü ”“ mənə yazdığınız, məni məhkum etdiyiniz hökmü!

O cansız vərəqlərin arxasından insanabənzər bir canlı boylandı mənə - güclə tanıdım, o Siz idiniz. İlahi, nə gündəsiniz! Nə hala düşmüsünüz? Bu, vicdan əzabının nəticəsi olsa gərək! Demək ki, məhkəmədə prokuror Elçin Nağıyevə dediklərimi başa düşməmisiniz.

Təəssüf, çox təəssüf!

Ancaq yenə də gec deyil, ruhdan düşməyin, tövbə qapısı açıqdır, Allah isə böyük, mərhəmətli, rəhmdil və bağışlayandır.

Siz öz namusunuzu qorumaq, şərəfinizi qorumaq, Millətinizi (əgər bu millətdənsinizsə), Dövlətinizi (əgər azərbaycanlısınızsa) qorumaq şansını tam itirməmisiniz! Həyat davam edir! Allahdan sizə bəsirət və iman diləyi ilə.

 

P.S.

Az qala unutmuşdum. Kişilik (erkəklik) barədə. Məhkəmədə son sözümdə dediyimi bir daha xatırlatmaqda fayda görürüəm. Başqa kişilərin qanunsuz, əsassız, haqsız, ləyaqətsiz göstərişlərini icra edən kişi ilə fahişə qadının fərqi yoxdur. Belə qanunsuz göstərişlərin icrası nəticəsindı əmələ gələn gələcəyə görə qorxu, həyacan və stress isə adamı kişilikdən salır ”“ impotent edir. Bunu mütləq nəzərə alın. Yoxsa yaşamağın nə mənası var ki... Həm də bu təkcə sizə yox, qanunsuz qərar qəbul edən bütün hakimlərə, rüşvət və korrupsiyaya qurşanan bütün adamlara aiddir. Kişi kimi yaşamağın ləzzətini əlinizdən qaçırmayın!!!

 

19.12.2013

 

Məmmədov Qurban Cəlal oğlu

Oxşar xəbərlər
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 12:02
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
28 Mar 2024 | 12:08
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 12:02
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
28 Mar 2024 | 12:08
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət