Xəbər lenti
07/04/2020 [23:48]:
Dünya dəyişəcək, Qarabağ siyasəti necə?
07/04/2020 [23:39]:
Trampın mətbuat katibi vəzifəsindən gedir
07/04/2020 [23:37]:
ABŞ-da koronavirus qurbanlarının sayı 12 mini ötdü - YENİLƏNİB
07/04/2020 [23:37]:
Koronavirus ayrılanları da birləşdirir...
07/04/2020 [23:33]:
Kürdəmirdə karantin rejimini pozanlar həbs olundu
07/04/2020 [23:32]:
“Sevincimin həddi-hüdudu yoxdur” - Əfv olunan qadın
07/04/2020 [23:29]:
Aİ koronavirus pandemiyası ilə mübarizəyə 15 mlrd. avro ayıracaq
07/04/2020 [23:27]:
Qəbələyə 15 sm qar yağdı
07/04/2020 [23:19]:
Kraliçadan reanimasiyada olan Consona dəstək
07/04/2020 [23:17]:
Fransalı həkimlərin irqçi təklifi rədd edildi
07/04/2020 [23:10]:
Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir
07/04/2020 [23:05]:
ÜST-dən dövlətlərə müraciət: “Karantin tədbirlərini azaltmağa tələsməyin”
07/04/2020 [23:03]:
Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
07/04/2020 [22:33]:
Aygün Kazımova karantin günlərini belə keçirir - VİDEO
07/04/2020 [22:24]:
Sahil Babayev: "İşsiz övladların birdəfəlik ödəniş üçün müraciət hüququ var"
07/04/2020 [21:59]:
Bu şəxslərə koronavirusa görə birdəfəlik ödəmə verilməyəcək - RƏSMİ
07/04/2020 [21:55]:
Bu qasırğanı törətmək kimə və niyə lazım idi...
07/04/2020 [21:54]:
Putin: "Rusiyada hamı "virusoloq" olub"
07/04/2020 [21:53]:
İşsizlərə sığorta ödənişinin müddəti artırıldı
07/04/2020 [21:49]:
Azərbaycanda əlilliyi olan şəxslərin əlillik müddəti uzadıldı - QƏRAR
07/04/2020 [21:46]:
Baş nazirdən koronavirusa görə birdəfəlik ödəmələrlə bağlı QƏRAR
07/04/2020 [21:35]:
Sabah QHT Şurası yanında yaradılmış İctimai Qərargahın ilk iclası keçiriləcək
07/04/2020 [21:31]:
AY BƏRİ BAX, BƏRİ BAX...
07/04/2020 [21:30]:
Mingəçevirdə koronavirusla mübarizə tədbirləri fasiləsiz davam etdirilir
07/04/2020 [21:16]:
242 illik məşhur şirkət iflasa hazırlaşır
07/04/2020 [21:14]:
Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb
07/04/2020 [21:09]:
Cavad Zərif: "Trampın xeyriyyəçiliyinə ehtiyacımız yoxdur"
07/04/2020 [21:07]:
“Tramp İrana qarşı ölümcül ssenarilər işə salmaq istəyir”
07/04/2020 [21:04]:
Türkiyədə ana yatan uşağını boğub öldürdü
07/04/2020 [20:42]:
Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 5 479-a çatdı
07/04/2020 [20:34]:
İtaliyada pandemiya qurbanlarının sayı 17 mini ötdü
07/04/2020 [20:32]:
İİTKM: Pandemiya Azərbaycanın qeyri-neft ixracına ciddi təsir etməyib
07/04/2020 [20:30]:
Koronavirus: Ümumbəşəri bəla, yoxsa Qarabağın azadlığı üçün fövqəlfürsət?
07/04/2020 [20:13]:
Azərbaycanın ilk rəngli və satirik jurnalı – Mətbuat tariximiz
07/04/2020 [20:02]:
Nazirdən işdən öz ərizəsi ilə çıxanlara müjdə: "Onlara da işsizlikdən sığorta ödəniləcək”
07/04/2020 [19:58]:
Dünya iki gün sonrakı o görüşü gözləyir -OPEK-in toplantısında anlaşma olmazsa...
07/04/2020 [19:55]:
Sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək
07/04/2020 [19:41]:
Nazir: “Sahibkarlar ixtisarlara yol verməyiblər”
07/04/2020 [19:33]:
Aprelin 15-nə qədər bütün pensiyalar veriləcək – Nazir
07/04/2020 [19:30]:
Komitə müəllimindən hamilə qalan şagird barədə Açıqlama yaydı
07/04/2020 [19:28]:
“Sanki sualtı qayıqdayıq, fəqət, üzə çıxanda nələrlə qarşılaşacağımızı bilmirik…”
07/04/2020 [19:27]:
Nadir Qafarzadə: "Hətta inək sağıram, dünən qatıq da çalmışdım"
07/04/2020 [19:26]:
“Tezliklə ölkəmiz dərman istehsalına da başlayacaq” -
07/04/2020 [19:23]:
DİQQƏT: İşsiz şəxslərin qeydiyyatı üçün günlər müəyyənləşdi
07/04/2020 [19:18]:
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını isə maşınında dəfələrlə... - Azərbaycanda ŞOK
07/04/2020 [19:02]:
"Ona qədər maşınım yox idi, 32 kvadratmetrlik evdə qalırdım, özümə ev, maşın aldım..."
07/04/2020 [18:58]:
“Burda karantin rejiminə ciddi yanaşmırlar...”- Almaniyada sürücü işləyən həmyerlimiz...
07/04/2020 [18:51]:
Bəşəriyyət haqqında həbs qətimkan tədbiri seçildi... - SEYRAN SƏXAVƏT
07/04/2020 [18:48]:
"Başqalarını yoluxdurmaya görə 3 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur" - VİDEO
07/04/2020 [18:46]:
"Ən çətin dövr 2020-ci ilin payızıdır" - Ekstrasens Lamiyə İsmayılova
07/04/2020 [18:40]:
“Ən azı peyvənd çıxana qədər davam edəcəyi ehtimalı da var”
07/04/2020 [18:33]:
Koronavirus müalicəsində bir ilk: Virusa qalib gələn həkim donor oldu...
07/04/2020 [18:29]:
"Karantin müddəti uzanarsa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək"
07/04/2020 [18:28]:
"Mətbuat hər hansı məmurun əlində təzyiq vasitəsi ola bilməz"
07/04/2020 [18:24]:
Gürcüstanda koronavirusdan ölənlərin sayı üç nəfərə çatdı
07/04/2020 [18:22]:
Nazirdən koronavirusa görə birdəfəlik ödəmələrlə bağlı AÇIQLAMA
07/04/2020 [18:22]:
Nazirdən işsiz statusu olan şəxslərə ŞAD XƏBƏR
07/04/2020 [18:14]:
Mübahisə etdiyi qonşusunu öldürən müəllim intihar etdi - FOTO
07/04/2020 [18:12]:
Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı MÜHÜM AÇIQLAMA
07/04/2020 [18:08]:
Vladimir Putin Boris Consona teleqram göndərib
07/04/2020 [18:06]:
Sahil Babayev: "Haqqı olan hər kəsə ödəniş olunacaq"
07/04/2020 [18:05]:
“8103” qısa nömrəsindən gələn razılıq SMS-ni saxtalaşdırdı - VİDEO
07/04/2020 [17:59]:
Sahil Babayevin mətbuat konfransı keçirilir - CANLI YAYIM
07/04/2020 [17:56]:
Britaniyalılar koronavirusun Uhandakı laboratoriyadan çıxdığına inanırlar
07/04/2020 [17:53]:
“Böyük aclıq dalğası gəlir, tez olun...” – Lukaşenkodan şok sözlər
07/04/2020 [17:51]:
47 yaşlı kişi 33 yaşlı qadına köşkdə təcavüz etdi – Bakıda şok olay
07/04/2020 [17:51]:
Bütün dünyanın gözlədiyi xəbər Çindən gəldi - 3 AY SONRA BİR İLK...
07/04/2020 [17:49]:
Reanimasiyada həkimlər koronavirusla belə mübarizə aparır - VİDEO
07/04/2020 [17:40]:
Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM
07/04/2020 [17:32]:
Bu sərəncamda məhkumların cinayəti deyil, yaşları nəzərə alınıb – YAP-çı deputat
07/04/2020 [17:31]:
17 yaşlı oğlanı zorladı, sonra koronavirusa yoluxdurduğunu dedi
07/04/2020 [17:30]:
Türkiyədə hərbi zavodda partlayış baş verib, yaralananlar var
07/04/2020 [17:24]:
Kembric Universitetinin azərbaycanlı professoru: “Burada sürətli testlər hazırlayıb, mübarizə yollarını axtarırlar”
07/04/2020 [16:53]:
BMT-nin əməkdaşları koronavirusa yoluxdular
07/04/2020 [16:51]:
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
07/04/2020 [16:41]:
Rusiyada karantin müddəti sentyabr ayına qədər uzadıla bilər... – Hökumət “stress testləri” hazırlayır
07/04/2020 [16:36]:
Azərbaycanda “Qırmızı kitab”a düşən quşu ovlayan şəxs tutuldu - VİDEO
07/04/2020 [16:20]:
"Möhtəkirləri insanların taleyindən çox öz cibləri maraqlandırır" - Vahid Əhmədov
07/04/2020 [16:14]:
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 76 yeni yoluxma - RƏSMİ
07/04/2020 [16:07]:
İranda daha 11 millət vəkili koronavirusa yoluxdu
Bütün arxiv bir sırada
24/12/2013 [00:20] - Gündəm - ( 4922 dəfə baxılıb)

İsa Qəmbərə verəcəyim çörəklər...

Günel Mövlud 10 il öncəki sahibinə çatmayan "duz-çörək"dən yazdı



Müxalifət sıralarında 20 il ümidini itirmədən, inadı qırılmadan, əzmi zədələnmədən mübarizə aparan sadə, adsız, şöhrətsiz qəhrəmanlara ithaf olunur”¦


Bu görüş on il əvvəl baş tutmuşdu. 2003-cü il idi. İncəsənət Universitetini bitirəndən, imtahanlarımı verəndən sonra Saatlı rayonuna getmişdim.

O vaxt valideynlərim Saatlıda yaşayırdılar. Dörd il oxuyub, üzüləndən, zəif düşəndən sonra bir müddət kənddə qalmaq əməlli-başlı mənə düşürdü.

Gündən-günə çəki artırırdım. Kənd havası, təzə süd-qaymaq, meyvə, bol iştah”¦ Cəmi iki ayın içində ağılasığmaz dərəcədə kökəldim. Xeyli özümə gəldim.

Açığı, universitetdə oxuduğum müddətdə siyasi proseslərə qoşulmamışdım. Tələbəsi olduğum universitetdə nə bir gənclər təşkilatı, nə fəal gənclərdən ibarət qrup, nə də universitetdə belə şeylərdən danışan tələbələr vardı. Eləcənə mal kimi dərsə gəlib-gedir, ölkədə baş verənlərdən xəbərimiz olmur, olanda da ölkə telekanallarından öyrəndiyimiz qədərilə olurdu.

Saatlıda bir müddətlik yaşamağa gedəndə inanmazdım ki, paytaxtın, əllərindən kitab-dəftər düşməyən insanların ortasında görə bilmədiyim siyasi fəallığı o ucqar kənddə tapacağam. Kəndin adını vacib səbəblərdən dolayı qeyd eləmirəm. Bir dəfə mətbuatda həmin kəndin adını çəkmişdim, hələ də kənd camaatı mənə məktub yazıb, «axırıncı dəfə olsun, bizim adımızı internetə verdiyin» deyə təhdid və narazılıq dolu məktublar və mesajlar yazırlar. Amma bir kosmos şahiddir ki, mənim o kənd camaatına ancaq hörmətim var. Nədən ki, adını çəkə bilmədiyim kənddə bir neçə gün yaşayandan sonra onların necə fəal vətəndaşlar olduğunun şahidi oldum.

Evimizə gələn kənd camaatının, xüsusilə də gənc oğlanların əksəriyyəti müsavatçı idi. Çoxu partiyaya üzv olmasa da Müsavat tərəfdarı olduqlarından özlərinə «müsavatçı» deyirdilər. Onlar evimizə adətən əllərində «Yeni Müsavat» qəzeti ilə gəlir, İsa Qəmbərdən, Müsavatdan, siyasi proseslərdən, seçkiqabağı vəziyyətdən danışırdılar.

Bu sadə, bəlkə bir az da sadəlövh əyalət gəncləri həmin il hakimiyyətin dəyişəcəyinə, İsa Qəmbərin hakimiyyətə gələcəyinə, ölkədə hər şeyin dəyişəcəyinə inanırdılar. İnfrastruktur sarıdan bircə dənə çayxanası və bircə dənə balaca dükanı olan bu ölüvay kənddə əsl dirilmənin, canlanmanın, gecələr qızışan müzakirələrin, mübahisələrin xüsusi və doğrudan da gözəl bir havası vardı.

Kənddəki siyasi iqlim mənim üçün nə qədər cəlbedici olsa da, valideynlərim üçün bir o qədər gülməli idi. Bu qarabağlı əyalət hiyləgərləri sadə, sadəlövh gənclərin danışdıqlarına, ümidlərinə, inamlarına olduqca skeptik yanaşır, bəzən onların mübarizə, dəyişiklik həvəslərini ələ salırdılar. Bunun səbəbi sadədir. Bəlkə də çoxları bilmir ki, bir naxçıvanlı, bir bakılı üçün yerlisinin hakimiyyətə gəlməsi gözəl fürsət, fəxr, nə bilim daha nədir. Amma bir qarabağlı bunu əsla istəməz. Yerlisinin ondan azacıq artıq uğur qazanması qarabağlı üçün arzuolunmazdır. O bundan kompleks keçirir, narahat olur. Təbii ki, mənimlə razılaşmayanlar, fikrimin əksini göstərən numunələr gətirənlər çox olacaq. Uzatmayacam. Mən belə görmüşəm.

Valideynlərim bir müddət ölkəyə başçılıq etmiş qarabağlı Vəzirovu nümunə gətirir, onu ələ salır və iddia edirdilər ki, qarabağlıdan prezident ola bilməz. Olsa da biabırçılıq olar. Hətta anam bir dəfə əlindən «Yeni Müsavat»  qəzeti, dilindən «İsa bəy» düşməyən gəncin birinə bərk acıqlandı:

- Nə İsa Bəy, İsa bəy salmısan, ə?! O gün sizin evin yanından keçəndə gördüm, inəyiniz arıqlayıb, ayaq üstə ölür. Get ona iki dəryazağzı ot biç, yesin, süd versin. İsa Qəmbər lap hakimiyyətə gəldi, neyləməlidi, sizin inəyə də otu İsa bəy biçəcək?
Cavanlar gülüşdülər.

Səhv etmirəmsə, avqustun axırı-sentyabrın əvvəlləri idi. Seçkilərə az qalmışdı. Namizədlər regionları gəzib, öz təbliğatlarına başlamışdılar. Bir gün kəndə xəbər yayıldı ki, İsa Qəmbər Saatlıya gələcək. Buradan olan seçiciləri ilə görüşə. Müsavatçılar o dəqiqə təşkilatlandılar. İsa bəyin görüşünə necə gedəcəklərini planlaşdırdılar. Qərara aldılar ki, atası varlı müsavatçılardan  biri qurbanlıq qoyun götürsün və onu İsa bəyin ayağının altında kəssinlər. Dəstə ilə, əllərində gül-çiçəklə, «İsa bəy, Saatlıya xoş gəlmisiniz» yazılı şüarla onun görüşünə getsinlər.

Səhəri gün onlardan biri, ən hörmətlisi hesab olunan müsavatçı bizə gəldi və atamdan bir xahiş elədi:

- Qardaş, biz istəyirik İsa bəyi düz-çörəklə qarşılayaq. Sən yəqin televizorda da görmüsən ki, düz-çörəyi hörmətli qonağa adətən el qızları təqdim eləyir. Başına dönüm, qardaş, biz bu kənddə heç kimi razı sala bilmirik ki, qızını rayona aparaq, o da duz-çörəyi əlində tutsun. Bilirsən də, bizimkilər belə şeylərə yaxşı baxmır. Sən bir az müasir adamsan. Qızın da oxumuş qızdı. Köməyini əsirgəmə, qoy qızı aparaq, o, İsa bəyə düz-çörək təqdim eləsin.

Normal vaxtda İsa Qəmbərin siyasətinə skeptikcə yanaşan valideynlərimin bu dəfə reaksiyaları çox gözənilməz oldu. Xüsusilə anam həvəslə dedi ki:

- Neynək, lap yaxşı, İsa bəy öz qarabağlımızdı, öz yerlimizdi. Noolar ki? Getsin, getsin.

Uzun sözün qısası, gün yetişəndə kənddən bir neçə sovetdənqalma, sınıq-salxaq, qoyun-peyin qoxusu verən maşınlara doluşub rayon mərkəzinə yollandıq.  Gənclər şüarları, düz-çörək qoyacağımız ağappaq, kənarları işləməli süfrəni, boynu qırmızı lentli toğlunu maşına yüklədilər. Rayon mərkəzinə çatanda məlum oldu ki, düz-çörək götürmək yaddan çıxıb. Cavanlardan biri tez dükanlardan birinə qaçıb, hər ehtimala qarşı iki dənə zavod çörəyi, bir yekə paçka da duz aldı. Amma nə illah elədiksə gül tapa bilmədik.

Bilməyənlərə bir məlumat verim ki, aran yerində yayda gül tapmaq demək olar ki, qeyri-mümkündü. Heç bir gül bu aranın istisinə, adamın üzünü qarsan bürküsünə davam gətirmir. Buna görə də, kiminsə həyətindən dərilən sadə güllər də bir neçə dəqiqədən sonra soluxşayıb, quruyur. Gözəllik salonlarından birinə girdik. Adətən, toyu olacaq bəy toy günü üçün gülü gözəllik salonlarına sifariş verir. Salonda gülü xüsusi, kondisionerli balaca otaqda, soyuq suyun içində saxlayır və toydan bir az əvvəl bəy gəlib, gül dəstəsini salondan götürür. Bəxtimizdən, baş çəkdiyimiz salonda bir bəyin sifarişi vardı. 15 ədəd qızılgül. Xeyli yalvar-yaxardan sonra salon sahibi gülün altı dənəsini bizə satmağa razı oldu. Çünki beşini satsaydı, bəy üçün qalacaq güllər cüt olacaqdı. Məcbur qalıb altı ədəd qızılgül aldıq. Beşini dəstə kimi bağlatdıq, bir dənəsini isə budağını qırıb, qönçəsini çantama atdım. İsa bəyə gülü cüt verməyəcəkdik ki.

Başqanınsa gəlişinə hələ xeyli vardı, güllər bir azdan sola bilərdi. Gənclərdən biri bir butulka su aldı. Cibindən burun dəsmalını çıxarıb, suyu dəsmalın üstünə boşaltdı. Yaş dəsmalla gülün saplaqlarını bükdü ki, güllər bir az da davam gətirsin.
Rayon mərkəzində xeyli adam vardı. Görüşün baş tutacağı yerə çatmışdıq ki, rayon polisləri qəfildən toplaşanlara hücum çəkməyə, söyməyə, qovmağa, dirəşənləri isə vurmağa başladılar. Polislər Başqanın görüşünə gələnlərə ana-bacı söyüşü söyür, ən murdar, ən vulqar ifadələrlə təhqir edirdilər. Hərdən onlara elə özlərinə yaraşan cavablar verən gənc fəallar da tapılırdı.

Məsələnin maraqlı tərəfi bu idi ki, həmin gün bir evdən iki qardaş çıxıb, rayon mərkəzinə gəlmişdi. Onlardan biri ”“ gənc fəal olanı İsa Qəmbərlə görüşə, o birisi ”“ polis olan isə görüşə toplaşanları döyməyə çıxmışdı. Həmin gün rayon mərkəzində o iki qardaşın görünməmiş əlbəyaxa davası oldu.

Kənardan dalaşanlara baxan qocalardan biri:

- Bude, hələ gəlməmiş, qardaşı-qardaşa qırdırır”¦- deyə, başını buladı.
Kənddən gələn fəallar başa düşdülər ki, bu qarmaqırışıqlıqda İsa Qəmbəri nə hazırlaşdıqları təntənə ilə qarşılaya biləcək, nə duz-çörək təqdim edə, nə ayağında qoyun kəsə biləcəklər. Onlardan birinin ağlına qəfil fikir gəldi. Dedi ki:

- Gəlin, minək maşınlara, gedək İsa bəyi Sabirabadla Saatlının arasında qarşılayaq.  Elə düz-çörəyimizi də, qurbanımızı da orda təqdim edərik.

Təzədən maşınlara doluşub, Sabirabada yollandıq. Saatlıdan çıxandan sonra yol kənarında beş-altı söyüd ağacının altında maşınlarımızı saxladıq. Maşınlardan düşən kimi maşın sahibləri bütün qapıları açıb, açıq saxladılar ki, istidən od kimi qovrulan maşınların içi bir az sərinləsin. Tərimizi silə-silə acağların altında dayanıb, İsa bəyin gəlişini gözlədik.

Yarım saatdan xəbər çatdı ki, İsa bəyin və görüşə gələn digər müsavatçıların maşınları yaxınlaşır. Təntənə ilə yol qırağına düzüldük. Birazdan, gözlədiyimiz maşınlar yanımızdan yel kimi ötüb-keçdilər. Maşınların içində oturanlardan isə yadımda ancaq o vaxt demokratik düşərgənin yanında olan Flora Kərimovanın üzü qaldı.
Maşınlar yanımızda dayanmadan ötüb-keçəndən sonra suyumuz süzülə-süzülə rayon mərkəzinə qayıtdıq. Başqan artıq görüş üçün təyin olunmuş yerdə çıxış edirdi. Təbii ki, polislər toplaşanların əsas hissəsini qovub-dağıtmışdılar. Qalanlar ən cəsarətlilər, ən inadkarlar idi. Biz də dayanıb, Başqanın çıxışına qulaq asdıq. Sonra sınıq-salxaq, sovetdənqalma maşınlarımıza doluşub, evlərimizə qayıtdıq.

İsa bəyin ayağında kəsiləcək qoyunun, onun üçün alınan bir dəstə gülün aqibətini bilmirəm. Amma ona aldığımız, duzla təqdim edəcəyimiz  çörəklər mənim çantamda olduğundan, evimizə gəlib çıxdı. Həmin axşam şam yeməyini zavod çörəyi ilə yedik.
Oktyabrın əvvəli diplomumu almaq üçün Bakıya gəldim. Yazar dostlarla görüşəndə, onlar mənim bir neçə ayın içində niyə bu qədər kökəldiyimi soruşdular.

İsa Qəmbərlə görüşümüzü onlara danışdım. Sonra ona aldığımız çörəkləri yeməyimizi gülə-gülə nağıl elədim. Vəkil Xalid Bağırov başını buladı. Dedi ki, yox ee, lap hakimiyyət dəyişsə də, bizim xalq dəyişən deyil. Niyəsini soruşduq. Dedi:

- Görmürsüz? İsa Qəmbər hələ hakimiyyətə gəlməyib, amma qarabağlılar indidən onun çörəyini yeyirlər”¦

Gülüşdük.

Amma İsa bəyin gül dəstəsi nəhs olmasın deyə, budağını qırıb, çantama atdığım bir dənə qızılgülü sonra neyləmişdim, yadımda deyil”¦ Həmin gün əllərində şüarlardan, güllərdən, ürəklərində Başqana rəğbətdən başqa rejimə etirazlarını, hər şeyin dəyişəcəyinə ümidlərini aparan sadə kənd fəallarından da sonra xəbər tuta bilmədim”¦

Koronavirus müalicəsində bir ilk: Virusa qalib gələn həkim donor oldu...
Mübahisə etdiyi qonşusunu öldürən müəllim intihar etdi - FOTO
Bütün dünyanın gözlədiyi xəbər Çindən gəldi - 3 AY SONRA BİR İLK...
Millət vəkili aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı etdi - FOTOLAR
"Sizdən istəyim bu yazdıqlarımı Rəcəb Tayyib Ərdoğana və İlham Əliyevə çatdırmağınızdır"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Mədəniyyət
Azərbaycanın ilk rəngli və satirik jurnalı – Mətbuat tariximiz
Cəmiyyət
"Başqalarını yoluxdurmaya görə 3 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur" - VİDEO
Cəmiyyət
Bu sərəncamda məhkumların cinayəti deyil, yaşları nəzərə alınıb – YAP-çı deputat
Siyasət
“Müsəlmanları indiyə kimi düzgün tanımamışıq” - Türklərin yardım etdiyi kimsəsiz alman qocaları...
Gündəm
Qadağanı pozub qızla ilk görüşə çıxdı – koronavirusa yoluxdu...
Yazar
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası - Dördüncü yazı...
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Adamları XOFLANDIRAN koronavirus yox, STATİSTİKADIR...”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
48 saat içində "COVID-19"-un "atasını yandıran" dərman tapıldı - İVERMECTİN...
Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı - ŞOK İTTİHAM...
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
İradə Zeynalova hər kəsi şoka saldı: “Rusiyada 40 min nəfər koronavirusdan ölüb” - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247