Bu gün Gürcüstan prezidenti Bakıya gəlir
Gündəm
Oxunub: 3275
23 Dec 2013 | 10:12

Bu gün Gürcüstan prezidenti Bakıya gəlir

Dekabrın 23-də Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycana ilk rəsmi səfərə gələcək. Diplomatik mənbələrdən verilən məlumata görə, gürcü prezidentin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək.

Bir müddət öncə Gürcüstana səfərimiz, xüsusilə də Borçalıda yaşayan soydaşlarımızın durumu ilə bağlı bəzi təəssüratlarımızı, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə vəziyyətin xüsusilə ağır olduğu barədə faktların bir qismini “Yeni Müsavat”da dərc etmişdik. Ancaq toxunmadığımız, yaxud tam əhatə etmədiyimiz bəzi məqamları məhz Gürcüstan prezidentinin Azərbaycana səfəri ərəfəsində o ümidlə ictimailəşdirmək istəyirik ki, bəlkə burdakı problemlər ikitərəfli danışıqların predmetinə çevrildi. Bir halda ki, söhbət on minlərlə azərbaycanlının taleyindən, onları narahat edən məsələlərdən gedir, şübhəsiz ki, bütün dünyada yaşayan azərbaycanlıların dövləti bu məsələlərə laqeyd qala bilməz. 
Qonşu ölkədəki soydaşlarımızın rahatlığına haram qatan erməni təhdidi - Ermənistan ordu hissələrinin Sadaxlı istiqamətdə Gürcüstanın içərilərinə doğru soxulub azərbaycanlılara məxsus ərazilərdə hərbi kazarmalar tikmələri barədə yazmışdıq. 

Hesab edirik ki, bu məsələ Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə Gürcüstan rəhbərliyinin nəzərinə çatdırılarsa, rəsmi Tiflis delimitasiya olunmayan Ermənistanla sərhədin bu ərazisindəki təhlükəli durumun aradan qaldırılması üçün, nəhayət, hərəkətə keçər. Əks təqdirdə Sadaxlı torpaqlarında möhkəmlənən işğalçı ölkənin həyasızlığı Azərbaycanın başında çatlaya bilər. 

Başqa bir təhlükə də var. Ancaq bu təhlükə Gürcüstanın özündən gəlir. Belə ki, azərbaycanlıların kompakt yaşadığı digər bir bölgənin - Bolnisi rayonunun Zolgiyəş və Aragöl kəndlərində qızıl yataqlarının tapılması səbəbindən əhalinin köçürülməsi planı işə salınıb. Belə rəy var ki, gürcü hökuməti tarixən azərbaycanlılara məxsus olan bu ərazilərin yeraltı-yerüstü sərvətlərini istismar etməklə yanaşı, soydaşlarımızı da yer-yurdundan didərgin salmaq qərarındadır.   

Hesab edirik ki, Ermənistanın Gürcüstan sərhədləri daxilində yaşayan azərbaycanlılara qarşı təhdidləri, törətdikləri cinayətlər də Bakıda müzakirə mövzusu olmalıdır. Borçalıda yaşayan hüquq müdafiəçisi Azər Mehtiyev deyir ki, sovet hökuməti dağılandan bu günə qədər Sadaxlı zonasında - Ermənistanla sərhəddə 8 nəfər güllələnib, 4 nəfər - Molla Qara, Niyaz, İlyas və digər bir nəfər - yoxa çıxıb, nə ölüsü, nə dirisi barədə xəbər yoxdur. 100-dən artıq adam oğurlanıb, tutulub Ermənistana aparılıb, dövlətin müdaxiləsi ilə azad edilib. 1000-dən çox mal-qara aparıb yeyiblər. Bütün bunlar isə yüksək səviyyədə dövləti müdaxilə tələb edir.

“701 min azərbaycanlıdan 284 mini qalıb”

Sadaxlı kənd orta məktəbinin direktoru Səyyad Xəlilov da “Yeni Müsavat”a onu narahat edən məsələlərdən danışmışdı. S.Xəlilov artıq 20 ildir ki, 735 şagirdi olan bu məktəbə rəhbərlik edir. Məktəb direktoru Azərbaycan hökumətindən gözləntilərini də bölüşmüşdü və ikitərəfli danışıqlarda bu məsələlərin də unudulmaması zəruridir: “Burada azərbaycanlıların sayı getdikcə azalır. İş yerləri yoxdur. Məlumata görə, Gürcüstanda 284 min azərbaycanlı qalıb. Hansı ki, statistikaya görə, burada 1981-ci ildə 701 min azərbaycanlı yaşayıb. Bu mənada problemlərlə dövlət səviyyəsində məşğul olmaq lazımdır ki, azərbaycanlılar köçüb getməsinlər. Ən çox Rusiya, Türkiyə və Azərbaycanın özünə köçüb gedirlər. Son zamanlar Gürcüstan vətəndaşlığından çıxıb Rusiyaya gedənlər həddindən artıq çoxdur”. Göründüyü kimi, Azərbaycan ziyalısı yerli azərbaycanlıların sayının kəskin şəkildə azalmasından narahatlığını bölüşür və Gürcüstan hökumətinin laqeydliklə seyr etdiyi bu situasiyaya Bakının müdaxiləsi zəruridir.

“Sadaxlo” olan Sadaxlı

Azərbaycanlıların yaşadığı tarixi yer adlarının dəyişdirilməsi barədə uzun illərdir danışılsa da, Qamsaxurdiyanın vaxtından başlayan bu problem Saakaşvili zamanında da həllini tapmayıb. 

Adlar daha çox Bolnisi rayonunda dəyişilib. S.Xəlilov deyir ki, bir zaman Gürcüstanın ən böyük kəndi olan Sadaxlının adını gürcüləşdirib “Qokiçixe” qoymaq istəyiblər: “Allah rəhmət eləsin, İmran Kərimov kimi gözəl ziyalımız və kolxoz sədrimiz var idi. O, məktub yazdı, əhaliyə də qol çəkdirdi və Nazirlər Sovetinə göndərdi ki, bu tarixi adı bizim babalarımız qoyub, burda nə pis bir şey var ki, onu dəyişdirirsiniz? Nəticədə prosesi dayandırdı və Sadaxlıya toxunulmadı. Ancaq Tiflisin böyründə Soğanlıq kəndi var, adını dəyişib Poniçala qoydular”. Ancaq sonda Sadaxlının adını dəyişib “Sadaxlo” qoyublar. Digər kənd və yer adları da ucdantutma gürcüləşdirlib. Məsələn, Marneiulinin Qasımlı kəndi “Kasumlo” adlandırılıb. Ağamməmmədli  “Aqamamedlo”,  Qaçağan kəndinə “Qaçaqani”, Qızılhacılıya isə “Keçilauri” adını qoyublar. Özü də adlar hamısı kəndlərin girişində ilk öncə gürcücə yazılır. 

Sadaxlı 2 saylı məktəbinin müəllimi Adil Şərifov deyir əsas problem su ilə bağlıdır: “Bizim içməli su və suvarma ehtiyatımızın qarşısı ermənilər tərəfindən kəsilib. Biz dağ ətəyində yerləşirik, dağlar isə Ermənistanın nəzarəti altındadır. On görə də bizə qarşı süni surətdə su problemi yaradırlar. Hər cür maneçilik törədirlər ki, su bizim kəndlərə gəlməsin. Elə vəziyyət yaradıblar ki, evimizdən çıxıb iki addım irəli atan kimi ”gəlməyin, bura Ermənistanındır" deyirlər. Gürcü hərbçilər də ara-sıra yol üstündə dururlar, ancaq məsələyə qarışmırlar və deyirlər ki, sərhədlər müəyyənləşənədək o tərəflərə getməyin. Hesab edin ki, 50-60 km-lik məsafədə Ermənistanla sərhəd müəyyən olunmayıb. Bu da kənd əhalisi üçün çox böyük çətinlik yaradır. Sadaxlının özünün 9480 nəfər əhalisi var. Sadaxlıdan törəyən digər 4 kəndi də əlavə edəndə burada 14 min əhali yaşayır".  

Ali məktəb istəyi, təmirsiz məktəbin dərdi

Gürcüstanda Azərbaycan dilində bir dənə də olsun ali məktəbin olmaması ciddi problemdir. Söhbət yüz minlərlə azərbaycanlının yaşadığı ərazidən gedirsə, bu ölkədə heç olmasa bir türk dilində ali məktəbin, texnikumun olması zəruri sayılır. Ancaq məsələnin dövlət səviyyəsində həlli tələb olunur. 

Əbülhəsən Əzizov danışır ki, yaşadığı və məktəbində direktor kimi çalışdığı Zob kəndi Gürcüstanın qədim yaşayış məskənlərindən biri, unikal bir məkandır. Vaxtilə bu kəndin əhalisinin 70 faizi erməni, 30 faizi azərbaycanlı idisə, bu gün 500 nəfərlik kəndin 80 faizi azərbaycanlıdır, cəmi 20 faiz erməni qalıb. Borçalı Marneulidən boşalmır, bizim kənd kimi ucqarlardan boşalır, bunun qarşısını almaq lazımdır. Mənim böyük ümidim var ki, bizim məktəb təmir olunacaq, ARDNŞ də söz verib. Yox, əgər təmir olunmasa, gələn il Zob məktəbi olmayacaq. Məktəbin olmaması da kəndin dağılması deməkdir. Bu fəlakətin qarşısının alınması üçün ciddi kömək lazımdır. Mənim ürəyim yanır, özümün normal dolanışığım var, amma məktəbə görə ürəyim yanır, onu qorumaq lazımdır".
Erməni uşaqlara gələn hədiyyələr...

Bir ürək ağrıdan faktı da eşitdik. Erməni diasporu gətirib erməni şagirdlərin oxuduğu siniflərə təzə stol-stul paylayıb, azərbaycanlı şagirdlər isə sınıq-salxaq partalarda otururmuş. Bunu eşidən Borçalı məktəblərindən birinin rəhbəri 12 azərbaycanlı şagird üçün parta alıb göndərib ki, uşaqlarımız ermənilərin yanında pərt olmasınlar. “Bir də görürsən ermənilər gətirib kitab-dəftər paylayır ki, uşaqlar, bunları sizinçün Yerevandan göndəriblər. Təsəvvür edin ki, bu, bizə necə pis təsir edir”. Bu sözlərin müəllifi Əbülhəsən Əzizov deyir ki, hər il erməni diasporu Yeni il münasibətilə məktəbdə oxuyan ermənilərin sayı qədər “posılka”lar göndərir. Azərbaycanlı uşaqlar isə kənardan baxa-baxa qalır, adama pis təsir edir. Mənim ixtiyarım yoxdur ki, onların paylanmasına qarşı çıxım, mən Gürcüstan vətəndaşıyam. Azərbaycan sizinlə bərabər bizim də dövlətimizdir". “Biz Ərdoğanın gələcək türkündür sözlərini eşidəndə, türk xalqları ilə keçirilən tədbirlərinə baxanda uşaq kimi gözlərimiz dolur. Təkcə dünyada 50 milyon Azərbaycan türkü varsa, biz niyə bu gündə yaşamalıyıq?” Bunu da bu Əbülhəsən müəllim deyir. 

Borçalı sakinlərinin işlə təmin olunmaması da fəlakətli durum yaradıb. Heç olmasa Azərbaycanın həyata keçirdiyi layihələrdə soydaşlarımızla bağlı kvotanın nəzərdə tutulması istənilir. İşsizlikdən bir çoxları Bakıya axışır və... Xuludərə kəndindəki yarımsökülü mənzilin sahibi 42 yaşlı Şakir Abdullayev Bakıda tikintidə yıxılıb, başından ciddi zədə alıb. “Koroğlu” metrostansiyası yaxınlığındakı tikintidən yıxılıb. “3 aydır müalicə olunuram, hələ bir nəticəsi yoxdur” deyir ağır durumda olan 2 uşaq atası. Təbii ki, əmək müqaviləsi olmadan işlədiyindən heç kimin yaxasından yapışa bilməyib. 4-cü sinif şagirdi Şəlalə və balaca bacısı Şəhanə ağır xəsarət almış atalarına elə sığınmışdılar ki, adamın ürəyi ağrıyırdı. Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehtiyev vaxtaşırı bu ailəyə yardım etməyi də unutmur, dövlətdən isə bir lari də yardım yoxdur. Belə ağır durumda olanlar var Borçalıda...

Müsəlman türk yurdunda “əkilmiş” xaçlar 

Gürcüstanda narahatlıq doğuran başqa bir məqam da var. Ölkəboyu harda yüksəklik varsa, azərbaycanlı kəndləri, Borçalı zonası da daxil, orada nəhəng xaç abidələri qoyulub.  Bu xaçlara fosforlar yerləşdirilib və gecələr də xeyli uzaqdan diqqət çəkir. Azərbaycanlı əhali buna etiraz etsə də, faydası olmayıb, hətta xaça toxunanların başına müsibətlər açılır. Hər halda gürcü hökuməti tarixən azərbaycanlıların, etnik türk-müsəlmanların yaşadığı ərazilərdə xristian nişanələrini basdırmaqla yüz minlərlə əhalinin dini inancına və tarixinə sayğısızlıq etmiş olur.   

Qəribəsi odur ki, Gürcüstan boyu harda təpəlik varsa, orda ya kilsə ucaldılıb, ya da xaç işarəsi qoyulub. Azərbaycan kəndləri, Borçalı ərazisində də müşahidə olunan bu vəziyyət  soydaşlarımızın haqlı narazılığına səbəb olur. Borçalıda deyirlər ki, ermənilər də vaxtilə bizim əraziləri bu sayaq özününküləşdirirdilər, nəticəsi də bəllidir... 
 
Borçalıda deyirdilər ki, Azərbaycanın qazı sayəsində ağ günə çıxan Gürcüstan yeri gələndə Ermənistanla daha səmimi münasibətdə olur, nəinki Azərbaycanla. “Vaxt var idi Tiflisin mərkəzində dövlət qurumlarının yanındaca qışda yandırmaq üçün odun satırdılar. İndi Azərbaycanın qazı Tiflis başda olmaqla Gürcüstanın bir çox ərazilərini donmaqdan və odun yandırmaqdan xilas edib”. “Əvvəllər avtobuslar yolların bərbad olması səbəbindən Qırmızı körpüyədək olan 30 km-lik yolu zorla gəldiyi halda, SOCAR-ın çəkdiyi yüksək standartlara uyğun yol sayəsində bu problem həllini tapıb. Heç olmasa bunun qarşılığında Gürcüstan hökuməti azərbaycanlılara hörmət qoysun”-deyə, bir soydaşımız gileylənir. 

Borçalıda deyirlər ki, Gürcüstan parlamentində azərbaycanlıları 3 deputat - Əli Məmmədov, Mahir Dərziyev və Azər Süleymanov təmsil etsə də, onlar obyektiv səbəblərdən bir çox məsələlərə aktiv müdaxilə edə bilmirlər. Hesab olunur ki, bu səbəblərdən güvəndikləri Azərbaycan dövləti elektrik enerjisi, qazla təmin etdiyi Gürcüstanda layihələr həyata keçirəndə azərbaycanlıların məsələsini prioritet olaraq önə çəkməlidir. Əks təqdirdə Borçalı boşalmaqda davam edəcək.  

Yeri gəlmişkən, Borçalıda, xüsusilə də 14 mindən çox azərbaycanlının yaşadığı Sadaxlı bölgəsində millət vəkili Qənirə Paşayevanın fəaliyyətindən çox razılıq edirlər. Deyirlər ki, Azərbaycanın aidiyyəti təşkilatları Borçalının problemlərinə Q.Paşayeva qədər həssas yanaşsaydı, Gürcüstanın müvafiq qurumları ilə təmaslarda zəruri məsələləri qaldırsaydı, vəziyyət indiki kimi acınacaqlı olmazdı. Məhz xanım deputatın təşəbbüsləri sayəsində bir sıra Azərbaycan kəndlərinə qaz çəkilib, həmçinin Azərbaycan kəndlərinin yol, digər infrastruktur problemləri aradan qaldırılıb. Ancaq əsas problem işsizlik və bir sıra hallarda insanlarımızın hüquqlarının tapdanmasıdır ki, bütün bunlar daha ciddi müdaxilə tələb edir. Eyni zamanda Azərbaycan məktəblərinin vəziyyəti də narahatlıq yaradır. Ümid edək ki, cənab Marqvelaşvili ilə dostluq və qardaşlıqdan danışılanda Gürcüstandakı yüz minlərlə azərbaycanlının taleyindən də söhbət açılacaq... 









Oxşar xəbərlər
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?