“Rüstəm İbrahimbəyov müasir dünyada millətin ifadəsidi”
Müsahibə
Oxunub: 4193
22 Dec 2013 | 10:53
“Rüstəm İbrahimbəyov müasir dünyada millətin ifadəsidi”


Milli Şuranın daxilində baş verən müzakirələr, fikir ayrılıqları nisbətən səngisə də, suların tam durulduğunu demək, qurumun perspektivinin necə olacağını soyləmək indiki mərhələdə hələ ki mümkün deyil. Qurumun fəxri sədri Rüstəm İbrahimbəyovun son açıqlamalarına verilən əsəbi reaksiyalar da bu təşkilatla bağlı konkret proqnoz verməyin mümkünsüzlüyünü göstərir. Odur ki, bütün bu məsələlərlə bağlı Milli Şuranın sədri, professor Cəmil Həsənli ilə söhbət etdik.

- Cəmil bəy, Milli Şuranın Sədr Aparatının formalaşdırılmasının ardınca nələr olacaq, nə planlaşdırırsınız?

- Biz sonuncu sessiyada strukturlaşma, təşkilat orqanlarının yaranması və Milli Şuranın təşkilatlanması istiqamətində razılığa gəlmişdik. Bu istiqamətdə də addımlar atılır. Planlaşdırılan işlərin biri də əvvəl mövcud olan İcra Aparatının əvəzinə Sədr Aparatının yaradılması idi. Biz də bu istiqamətdə ilk addımları atdıq. Milli Şuranın fəaliyyətinə, gündəlik işinə töhvə verə biləcək bir sıra dostlarımız Sədr Aparatında yer aldılar. Daha çox gənclərdən ibarət olan bu kiçik qrup Sədr Aparatının texniki təminatı, ictimaiyyətlə, o cümlədən mətbuatla əlaqələr, xarici yazışmalar, bütövlükdə Milli Şuranın fəaliyyətinin gündəlik təşkili ilə bağlı məsələləri həyata keçirəcəklər. Əlbəttə, Sədr Aparatının gücləndirilməsi işi davam etdiriləcək. Bununla yanaşı Milli Şuranın komissiyalarında işgüzar mühitin yaradılması, onların təyinatları üzrə işçi orqanlara çevrilməsi, eyni zamanda Koordinasiya Şurasının (KŞ) formalaşdırılması, sessiyalararası müddətdə onun fəaliyyətinin stimullaşdırılması istiqamətində bir sıra işlərin görülməsi nəzərdə tutulur.

- Bu arada paralel şəkildə partiyalar arasında ikitərəfli danışıqların getməsi o qənaəti yaratdı ki, artıq Milli Şuranın fəaliyyətinə son verilməsi mərhələsinə start verilib. Siz bu görüşləri və ümumiyyətlə, Milli Şura ilə bağlı indiki situasiyanı necə dəyərləndirirsiniz?

- Milli Şuranın yaranması o demək deyil ki, partiyalar öz aralarında ikitərəfli münasibətlərə son qoymalıdırlar. Məsələlərə belə yanaşmaq olmaz. Milli Şura olana qədər də bu partiyalar həyatda olduğu bütün müddətdə bir-biri ilə müxtəlif görüşlər keçirib, müzakirələr aparıblar, müəyyən bloklar yaradılması istiqamətində əhəmiyyətli addımlar atıblar. Ona görə də Milli Şura partiyalar üzərində dayanan nəzarətçi bir orqan deyil, əlaqələndirici bir qrumdur. Milli Şura orada təmsil olunan partiyaların fəaliyyətinin uzlaşan məqamlarını koordinasiya edən, birlik modeli yaradan, məqsəd və məramları eyni olan siyasi qüvvələrin birgə siyasi xəttini koordinasiya edən bir orqandır. Ona görə də partiyalar arasında danışıqlar bundan qabaq da olub, indi də olur, bundan sonra da olacaq. Buna qısqanclıqla yanaşmaq lazım deyil. Bu partiyalar arasında olan ikitərəfli münasibətlərdir, onlar hər zaman danışıqları apara, görüşlər keçirə bilər. Burada Milli Şuranın prinsiplərinə zidd olan bir şeylər görmürəm mən.Yəni mənim bununla bağlı hansısa narahatlığım yoxdur.

- AXCP və Müsavatın birləşməsi, superpartiya yaradılması ideyasına adı bu partiyanın mümkün sədri kimi çəkilən şəxs olaraq münasibətiniz necədir?

“Bütün təşkilatların içərisində hakimiyyətin adamları var”


- Bir sıra mülahizələrə görə bunu etmək olmaz. Çünki bu partiyalar artıq Azərbaycan siyasi mühitində yeri, rolu, ənənəsi, məlum sosial bazası, rəhbər heyətləri bəlli olan partiyalardır. Uzun müddət cəmiyyətdə oturuşmuş bu partiyaları təzədən bir partiyada birləşdirməyi o qədər də uğurlu variant hesab etmirəm. Düzünü deyim ki, mən belə bir birləşmənin müxalifətin gücünü artıracağına inanmıram. Amma hansısa bir blok, ya elə Milli Şuranın öz daxilində səmimi, gerçək, işgüzar bir koordinasiyanın olması və əlavə qüvvələr cəlb edilməklə Milli Şuranın güc mərkəzinə çevrilməsi öz-özlüyündə müxalifət düşərgəsinin güclənməsi demək olardı. Müxalif fikrin dairəsi müxalifət partiyalarının əhatə dairəsindən daha genişdir. Meydana yeni bir qüvvə kimi dəyişiklik istəyən gənclik gəlir. Bunların hamısını bir starateji xətt ətrafında birləşdirmək cəmiyyətin müqavimət gücünü artırar və ciddi ehtiyac duyulan dəyişikliyə əməli xarakter verərdi. Digər tərəfdən bu partiyalar rəsmi dövlət qeydiyyatından keçiblər. Təsəvvür edin ki, indiki şəraitdə hansısa bir yeni müxalifət partiyasını qeydiyyatdan keçirmək nə deməkdir? Yəni sizin dediyiniz “birləşmə” modeli müxalifət üçün əlavə problemlər yaradar. Məsələ yeni birlik modeli axtarmaqda yox, cəmiyyətə müəyyən ümid qığılcımları vermiş mövcud birliyi qoruyub saxlamaqdadır. Ona görə də Milli Şurada təmsil olunan partiyalar fəaliyyətlərinin mühüm bir hissəsini, xüsusilə milli maraqlarla bağlı olan hissəsini Milli Şurada koordinasiya edə bilərlər.

- Mili Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun qəzetimizə verdiyi sonuncu müsahibəsindən razı qalanlar da oldu, narazıların da mövqeyini gördük. Qurumun sədri kimi, siz deyilənləri necə qarşıladınız?

- Düzünü deyim, bəzi kiçik məqamları istisna olmaqla bu səmimi bir müsahibə idi. Rüstəm İbrahimbəyov azad adamdır. Azadlıq olan yerdə fikir müxtəlifliyinin olması da təbidir. Əhməd Ağaoğlunun gözəl bir fikri var: “Əsl hünər sərbəst insanları idarə etməkdir. Gözləri, əli, qolu, ağzı, beyni bağlı olan insanları hər bir adam idarə edə bilər”. Ona görə də, Rüstəm bəy öz fikirlərini daha sərbəst ifadə edir, onun doğuracağı siyasi emosiyaları bir az nəzərə almır. Amma içimizdə neçə nəfər Rüstəm kimi adam var? O, bu ölkənin həyatında çox az adamlardandır ki, hətta kommunist diktaturası dövründə belə içində bir azadlıq ruhu olub. Bu daxili azadlıq onun həyata münasibətinin formalaşmasında mühüm rol oynayırdı. Əslində Rüstəmin bu gün demokratik düşərgənin yanında dayanmasının kökündə də elə ruhən azad olması dayanır. İnanın, Rüstəm böyük ziyalı potensialını öz içində sadələşdirən, onu riyasız, rəngsiz səmimi şəkildə ifadə edən nadir adamlardandır. Rüstəm böyük bir sənət, fikir adamıdır, mədəniyyət xadimidir, müasir dünyada millətin ifadəsidir. Bu baxımdan Rüstəmin bəzi tənqidi mülahizələrinə münasibətdə bir az dözümlü olmalıyıq. Müsahibə yazılı fikir deyil, şifahi nitqin ifadə formasıdır, xüsusilə telefon vasitəsilə alınanda müəyyən narazılıqlar doğuran fikirlər, ifadələr ola bilər. Mən bir şeyə əminəm ki, Rüstəm nəyisə deyirsə, onu pis niyyətlə demir. Onun dediklərində nəyisə kölgə salmaq, qərəzli bir mövqe nümayiş etdirmək niyyəti yoxdur. Rüstəmin hansısa tənqidi mülahizəsi ancaq irəli getmək, daha səmərəli mübarizə üsullarına nail olmaqla bağlıdır. Nəzərə almaq lazımdır ki, biz aşağı-yuxarı demək olar, hamımız müxalif siyasi düşərgənin içərisində həyat sürmüş adamlarıq, o şərtləri, qaydaları, siyasi mühiti də çox yaxşı bilirik, hər söz üzərində daha ehtiyatlı olmaq hissini içimizdə yaşadırıq. İnanın, əgər Rüstəmin dediklərində hansısa bir narahatlıq doğuran məqam varsa, onu qərəzli bir mövqeyə yönəltmək lazım deyil, o, xoş niyyətdən irəli gəlir.

- Onun xüsusilə də “kim Milli Şuraya qarşı çıxırsa, iqtidara işləyir” fikri etiraza səbəb oldu. Siz Milli Şuranın sədri olaraq iqtidara işləyən belələrini tanıyırsınızmı?

- Kollektiv ittiham hissindən uzaq olmaq lazımdır. Siyasi mühitdə müəyyən şeyləri nəzərə almaq lazımdır. Əlbəttə, yarızarafat, yarıgerçək, bütün təşkilatların içərisində hakimiyyətin adamları var. Bunu istisna etmək çətindir. Lakin bizim əlimizdə konkret fakt olmasa, ittiham irəli sürməkdən çəkinməliyik. Yaxud başqa bir dostumuz deyir ki, Milli Şuranın tərkibində xarici ölkənin kəşfiyyat orqanlarının nümayəndələri var. Axı bu kəşfiyyat orqanının nümayəndəsini necə müəyyən etmək olar. Bunun üçün əlində təsdiqləyici fakt olmalıdır. Yəni bu fakt olmadan necə belə ittiham irəli sürmək olar. Bunu yalnız dövlətin təhlükəsizlik orqanları müəyyən edə bilər. Ya gərək o prosesin şahidi olasan, biləsən ki, bu adam hansısa bir kəşfiyyat orqanı ilə sənin yanında əməkdaşlıq edib, ya da bunu təhlükəsizlik orqanları müəyyənləşdirməlidir. Ona görə də bu məsələlərdə bir az ehtiyatlı olmaq lazımdır.

- Konkretləşdirsək, Milli Şuranın “xain-Karranti”si varmı?

- Mən hesab etmirəm. Milli Şura azad, demokratik təşkilatdır. Bunun içərisində müəyyən fikir plüralizmi, söz azadlığı, baxış müxtəlifliyi olmalıdır. Bundan ehtiyatlanmaq lazım deyil. Bəzən müvafiq hakimiyyət orqanları belə təəssürat yaratmağa çalışır və bunu müxtəlif vasitələrlə sızdırır ki, guya Milli Şuranın içində hakimiyyətin adamları çoxdur. Mən buna inanmıram. Bu sadəcə olaraq Milli Şuranı nüfuzdan salmaq üçün hakimiyyətin pozuculuq üsullarındn biridir. İndi müvafiq orqanlarda peşəkarlıq çox aşağı düşüb, onların müxalifət təşkilatlarında uzunmüddətli agent saxlamağa səbri çatmır. Hər şey çox tez açılır. Ona görə də “Karranti axtarışı”na çox aludə olmaq lazım deyil.

- Belə yanaşmalar da var ki, Cəmil Həsənli bu mərhələdə gözləniləndən də artıq işlər gördü, lider funksiyasını uğurla yerinə yetirdi, cəmiyyət onu yenidən kəşf etmiş oldu. Amma Milli Şura daxilindəki qalmaqallı müzakirələrin fonunda sizin əbəs vaxt itirməyinizə zərurət olmadığı qənaəti də formalaşmaqdadır. Özünüz bu yanaşma ilə razılaşıdrısınızmı?

- Sədr, lider ifadəsi işlədilir. Bunlar hamısı mənimçün sırf nominal xarakter daşıyır. Təşkilat güclü olmayandan sonra nə sədrliyin, nə liderliyin elə bir mənası var. Mənim bütün fəaliyyətim bir ziyalının üzərinə düşəcək görəvi yerinə yetirmək qədərdir. O istiqamətdə də bir şeylər etməyə, addımlar atmağa çalışıram. Əlbəttə, seçki dövründə Milli Şuranın xalqla əlaqələrinin spesifik vasitələri var idi, indi o vasitələr bizim əlimizdə yoxdur. Məsələn, o 6 dəqiqəlik televiziya debatları zaman etibarilə nə qədər məhdud, qısa olsa da, praktiki baxımdan bir təsir vasitəsi idi. Dediyimiz fikirlərin hər evdə, hər ailədə səslənməsi idi. Bu baxımdan biz indiki dövrü seçki dövrü ilə müqayisə edə bilmərik, fərqlər böyükdür. İndi də biz Milli Şura ideyasını yaşatmağa, onu modernləşdirməyə, işlək mexanizmə malik olmasına, cəmiyyətin müqavimət hissinin gücləndirilməsinə çalışırıq. Ona görə də bu qurumu yaşatmaq lazımıdır. Hər halda Azərbaycan müxalifətini, müxalif fikri, fəaliyyəti koordinasiya edən, birlik modelini yaradan bir orqan kimi bunu saxlamaq lazımdır.

- İçəridəki münasibətlər nə qədər səmimidir? Sədr olaraq bu səmimiyyəti görürsünüzmü?

- Nikita Mixalkovun atasına, uşaq yazıçısı olan Sergey Mixalkova sual verdilər ki, belə deyirlər bəs Sovet dövründə siz də, xanımınıza da “KQB”yə işləmisiniz. O, cavab verdi ki, mən işləməmişəm, amma xanımı deyə bilmərəm. (Gülüşmə) Mən səmimiyəm, amma başqalarını deyə bilmərəm. Hər halda mənə elə gəlir ki, hamı səmimidir.

- Son mitinqdə Konstitusiyanın 107-ci maddəsi ilə bağlı xalqa ünvanladığınız çağırış Azərbaycan reallığı baxımından fərqli diskussiyalara səbəb oldu. Çağırışı edərkən özünüz bunun fərqindəydinizmi?

- Biz o çağırışı edəndə o fikirdə deyildik ki, bu çağırışı edirik, sabah mexanizmlər işə düşəcək. Amma insanlar bilməlidir ki, bu situasiya, bu mexanizm də var. Ən azından bunu xatırlatmaq lazımdır. Ən azından Azərbaycan Konstitusiyasının 1-ci, 6-cı, 107-ci maddələri bir-biri ilə sıx şəkildə bağlıdır. 1-ci maddəsi - Hakimiyyət xalqa məxsusdur; 6-cı maddəsi - Hakimiyyətin mənimsənilməsi; 107-ci maddə isə mənimsənilmənin doğurduğu hüquqi situasiyanı özündə ehtiva edir. Bu fikirlər sələndirilməlidir, insanlar bilməlidir ki, ölkədə nə baş verir.

- İlin sonlarıdır, 2014-cü ildən Azərbaycanla bağlı gözləntiləriniz nədir?

- Mən gözləyirəm ki, 2014-də Azərbaycan cəmiyyəti daha yaxşı konsalidasiya olunacaq, müqavimət gücü artacaq, öz hüquqları uğrunda səsini qaldıracaq və Azərbaycanda ləyaqətli həyat, demokratik cəmiyyət uğrunda 2013-cü ildə başlanmış mübarizəni davam etdirəcəklər, insanlar özləri öz haqlarının tələbkeşinə və təminatçısına çevrilməyə qadir olacaqlar. Bu baxımdan Ukrayna tarixə nümunə verdi. Məncə, 2014-cü ildə Azərbaycan Avropadan nə qədər qaçsa da, Avropa Azərbaycana bir qədər də yaxınlaşacaq. Hesab edirəm ki, Ukrayna 2014-cü ilin ola bilsin, mart ayında Şərq Tərəfdaşlığına daxil olacaq və bununla da Avropa Birliyi Şərqə doğru nəhəng bir addım atacaq. 2014-də daxil olmaqla Avropanın siyasi sərhədləri onun təbii sərhədlərinə təxminən yaxınlaşacaq və bu sərhədlər də Xəzərdən keçir. Avropa siyasi baxımdan Orta Asiya ilə qonşu olmağa çalışacaq. Qarşıdakı illər ərzində buna nail olacaq. Bu, o deməkdir ki, müəyyən zaman fərqi ilə Avropa tək coğrafi baxımdan deyil, siyasi baxımdan da Azərbaycanı öz içərisinə alacaq. Bu qaçılmaz bir prosesdir.

musavat.com

Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO