Mehman Əliyevin "sadəcə işi danışmaqdan ibarət olub işləməyənlərlə vidalaşmaq lazımdır" açıqlamasına Milli Şuranın üzvü, ədliyyə generalı Vidadi Mirkamal da münasibət bildirib. Onun Moderator.az-a açıqlamasını təqdim edirik:
“MŞ-nın sıralarında təmizləmə aparılması
fikrini ilk deyənlərdən biri də mən olmuşam. Prezident seçkiləri göstərdi ki, MŞ-nın
bir sıra üzvləri ya proseslərdən kənardadır və ya MŞ ideyasının zərərinə
açıqlamalar verməklə məşguldurlar. O baxımdan MŞ-da 129 üzv olmaqdansa 50-60 bu
ideyaya sadiq və işləməyə həvəsli olan insanların qalmasını məqsədəuygun hesab
edirəm. Həmçinin MŞ-nın sıralarına yeni ziyalı və fəal gənclərin gəlməsini
normal hesab edirəm
MŞ-nın
dagılması onu təşkil edən real güc mərkəzlərinin onu tərk etməsi halında mümkün
ola bilər. Bir neçə nəfərin MŞ-dan uzaqlaşdırılması MŞ-nı dagıtmaq gücündə
deyil. Amma bu bir həqiqətdir ki,MŞ-da
birləşən qurumlar və şəxslər MŞ-nın qorunub saxlanmasında və işlək bir orqanizmə
çevrilməsində güc sərf etməlidirlər və bunu arzu etməlidirlər.”