Bu gün bütün dünyanın gözü yenidən Azərbaycanda olacaq. İmzalanacaq kontraktları doğrudan da "Əsrin kontraktı" adlandırmaq olarmı? Bu kontrakt neçə il müdddətində qüvvədə olacaq və toplam nə qədər vəsait Azərbaycana, nə qədər də digər ölkələrə çatacaq? Bu rəqəmlər sirr deyil ki? Bu gəlirlər neftdən gələn pulların yerini neçə faiz doldura biləcək?
İqtisadi
və Siyasi İnnovasiyalar İnstitutunun rəhbəri, iqtisadçı ekspert, millət vəkili
Əli Məsimli Moderator.az-a açıqlamasında bütün bu sualları cavablandır
"Ekspert qiymətləndirmələrinə görə, Xəzər
hövzəsinin neft ehtiyatları 15-22 milyard ton, təbii qaz ehtiyatları isə 12-18
trilyon kub metr təşkil edir. Həmin neft ehtiyatlarının 5 milyard tona və
təbii qaz ehtiyatlarının 5 trilyon kubmetrə qədəri Azərbaycanın payına düşür.Azərbaycan
həm neft və qaz hasilatçısı kimi, həm də Qazaxıstan neftinin və Türkmənistan
qazının Avropa bazarlarına çıxarılmasında açar rolunu özündə saxlayan strateji
önəmə malik bir ölkədir. Bu baxımdan
“Şahdəniz 2” layihəsi üzrə yekun sənədin imzalanması Azərbaycan çağdaş
tarixinin yeni, həm də ölkənin enerji
tarixində srtateji miqyaslı iz buraxan
çox mühüm bir səhifəsini açır.Bu layıhə sadəcə kommersiya layihəsi olmayıb, çox
böyük strateji-siyasi, geosiyasi, iqtisadi və sair cəhətlərdən mühüm əhəmiyyət
kəsb edir.
Hər şeydən əvvəl,
bu layıhənin reallaşması müstəqilliyimizə real məzmun verilməsi işinin davam
etdirilməsi baxımından çox ciddi strateji və geopolitik əhəmiyyət kəsb edir.
Digər tərəfdən “Şahdəniz 2” layihəsi Azərbaycanın Avropanın bir nömrəli problemi olan enerji təhlüksizliyi
məsələsində önəmini artırır və
1994-cü ildə neft üzrə imzalanmış
“Əsrin Müqaviləsi” kimi “Şahdəniz- 2” və onun reallaşmasına yol açacağı
digər layihələr XXI əsrin energetika
siyasətinə korrektələr vermək gücündə olacaqdır.
Bu layıhə Xəzərin
o tayında olan enerji resurslarının da Azərbaycan üzərindən Avropa bazarlarına
çıxarılması sahəsindəki ləngimələri aradan qaldıracaq.Nəticədə Azərbaycan Xəzərin
o tayı hesabına həm tranzit, həm də öz enerji resurslarını Avropa bazarına
çıxarın bir ölkə kimi önəmi artacaq.
Bu layihə üzrə
verilən məlumatlara görə, 2010-cu ildən layihə çərçivəsində 3 mlrd. dollar xərclənib.
Şahdənizin “Mərhələ-2” layihəsinin qiyməti
25 mlrd dollardır. İcra zamanı 20% bahalana bilər. Amma bu layihə çox önəmli
qaz kəməri infrastrukturları hesabına bahalı görünsə də, mənfəətlə işləyəcək.
"Şahdəniz"
yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. “Şahdəniz”
layihəsinin səhmdarları Ð’Ð (25,5% -
operator), Statoil (25,5%), ARDNŞ (10%), Total (10%), LUKoil (10%), NICO (10%),
TPAO (9%)-dur.
Layihə çərçivəsində
ilk qaz 2018-ci ilin sonunda çıxarılacaq. İxrac 2019-cu ildə başlayacaq. İxrac
həcmi Şahdəniz-1 üzrə əvvəliki 9 mlrd kubmetrin üzərinə 16 mlrd kubmetr olacaq:
6 mlrd Türkiyəyə: 10 mlrd kubmetr isə Avropa ölkələrinə( İtaliya, Yunanıstan,
Bolqarıstan və s.) satılacaq.
Qazın alışı
üzrə imzalanan uzunmüddətli müqavilələr
25 ilə hesablanıb.
Bu layihə həm
də Cənubi Qafqaz qaz kəməri marşrutunun genişlənməsinə səbəb olacaq.Bu isə
faktiki olaraq Azərbaycan ərazisində yeni ixrac infrastrukturunun yaradılması,qaz
kəməri çəkilişi, Türkiyə ərazisində meqa magistral tikintisi (TANAP) və ТÐÐ qaz
kəmərinin çəkilməsi deməkdir.
Ümumilikdə Şahdəniz
Mərhələ- 2-nin işlənməsindən hasil ediləcək
ildə 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan,
Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin altından keçməklə
İtaliyaya qədər 3 500 km-dən artıq uzunan boru kəmərləri vasitəsilə
çatdırılacaq.
“Şahdəniz 2”
layihəsinin 1994-cü ildə imzalanmış
“Əsrin müqaviləsi” ilə müqayisəsinə gəldikdə isə, hərəsinin özünəməxsus
strateji, geopolitik və iqtisadi önəmi və efffekləri var.
Bu layihə Azərbaycanın Avropaya inteqrasiyasına yeni impuls
verəcək.Eyni zamanda Avroatlantik məkana inteqrasiyada dörd azadlığa-
mlların(xidmətlərin),kapitalın,insanların və ideyaların sərbəst hərəkət
azadlığına əsaslanan daha dərin inteqrasıyaya keçilməsini zəruri hesab edirik.
Həm də Azərbaycan Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinin
təminatında necə rol oynayırsa, Avropa strukturlarının da Azərbaycanın bir nömrəli
problemi olan Qarabağ probleminin ədalətli həllində özlərinin qəbul etdikləri sənədlər-
qərar və qətnamələrə hörmət kontekstində
fəal rol ynamasını zəruri hesab edirik.