İsa Qəmbərin ACP istisna olmaqla bütün müxalifət partiyaları ilə AXCP və KXCP ilə olduğu kimi müzakirələr aparılacağını söyləməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Əcəba, Rəsul Quliyev ACP liderliyindən imtina etməsi halında da uzun illər müsavatçı olmuş Sülhəddin Əkbərlə hər hansı əməkldaşlıq nəzərdə tutulmur?
Müsavat Divanının üzvü İkram İsrafil
Moderator.az-ın bu sualını cavablandırıb
“Ilk öncə deyim ki, Sülhəddin bəyə müsavatçı yox,
“Müsavat Partiyasının uzvu olmuşdur” demək daha uyğun olardi. Bəri başdan deyim
ki,Isa bəyə istinad edib dediyiniz fikirlər İsa bəyin təkbaşına gəldiyi qənaət
deyil. Bu məsələ , yəni hansı partiya , təşkilat və qurumlarla müzakirələrin
aparılması Partiyanın Divanında müzakirə olunub və qərar verilib. Qəbul olunmuş
qərara uyğun olaraq da partiya rəhbərliyi ikitərəfli görüşlərə başlayıb. Qeyd
etdiyiniz kimi Sulhəddin bəy də keçmiş Müsavat üzvü olaraq bilir ki, Azərbaycanda
yeganə partiya Müsavatdır ki,qərarlar bir nəfərin iradəsilə deyil, kollegial
olaraq qəbul olunur.Yəni partiyamızın fəaliyyət istiqamətlərini müəyyən edən qərarlar
ya qurultayda,ya məclisdə, ya da partiyamızın Divanında ciddi müzakirələrdən
sonra səsvermə yolu ilə həll olunur, nizamnamesine uyğun olaraq. Müsavat
Partiyası həm də çox ədalətli partiya
olduğundan qəbul etdiyi qərarların da ədalətli oduguna kimsə şübhə etməsin.
Müsavat Partiyası qəbul etdiyi qərarları
münasibətlərin isti və soyuqluğuna göre yox, reallığa uyğun olaraq qəbul
edir. Hesab edirəm ki, Müsavat Divanının
qəbul etdiyi qərar ayrı-seçkilik yaratmır, əksinə, ayr- seçkiliyə meylli
olan insanları ve təskilatlarə belə düşüncədən uzaq durmağa təşviq və xəbərdar edir.”