Xəbər lenti
24/01/2021 [12:32]:
Sabah hava necə olacaq?
24/01/2021 [12:27]:
Ermənistanda COVİD-19-dan ölənlərin sayı 3039 nəfərə çatıb
24/01/2021 [12:26]:
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
24/01/2021 [12:24]:
Rusiyada koronavirusdan ölənlərin sayı 69 mini ötüb
24/01/2021 [12:23]:
Azərbaycanda istixana sahiblərinə qazdan istifadəyə görə ödənişdə güzəşt tətbiq olunacaq
24/01/2021 [12:20]:
İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir - NAZİRLİKDƏN AÇIQLAMA
24/01/2021 [12:17]:
Qardaşlığın “Dostluğ”u...
24/01/2021 [12:16]:
Fransada işsizlik əleyhinə aksiya: Minlərlə insan Emmanuel Makron hökumətinə etiraz etdi - VİDEO
24/01/2021 [11:38]:
Türkiyədə zəlzələ olub
24/01/2021 [11:37]:
Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
24/01/2021 [11:36]:
Füzuli rayonunun Aşağı Veysəlli kəndi - VİDEO
24/01/2021 [11:34]:
Hücuma məruz qalan “Motsart”ın 4-cü kapitanı: “Yaralanmışam, “kor kimi” mənə verilən istiqamətdə gedirəm”
24/01/2021 [11:16]:
ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü
24/01/2021 [11:12]:
"Ölkənin şərqində qaz kəmərinə terror hücumu edilib" - Maduro
24/01/2021 [10:46]:
Qənirə Paşayeva Milli Qəhrəman Samir Xasıyevin anası ilə görüşüb
24/01/2021 [10:43]:
ABŞ Yaponiyanın Çinlə mübahisəli adasını qoruyacaq - Pentaqon rəhbəri
24/01/2021 [10:40]:
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
24/01/2021 [10:34]:
Rusiyada gərginlik artacaq: Navalnı bəhanədir
24/01/2021 [10:23]:
Dastin Porye Konor Makqreqoru nokauta saldı
24/01/2021 [10:20]:
Kunq-fu fəndi ilə küçə itlərini dəf etdi - VİDEO
24/01/2021 [10:18]:
Peyvənddən nə qədər sonra hamilə qalmaq olar?
24/01/2021 [10:11]:
Şamaxıda Quşçu vulkanı püskürüb
24/01/2021 [10:08]:
Bakıda piyadanı avtomobil vuraraq ağır yaraladı
24/01/2021 [10:07]:
ÜST dünyada koronavirusla bağlı statistikanı açıqladı
24/01/2021 [08:30]:
Türkiyə dəniz quldurlarının qaçırdığı dənizçilərin xilası üçün hərəkətə keçdi...
24/01/2021 [08:19]:
Söz gəzdirənin duası həyata keçməz...-RƏZİL SİFƏT
24/01/2021 [02:06]:
Bu yağlar kişidə seksual gücü artırır - Qarşı tərəfi ehtiraslandırmaq, cəlb etmək üçün...
24/01/2021 [01:54]:
"Mən müdir zad hərləmirəm, birinci və axırıncı dəfə olsun ki, mənimlə bu tonda danışırsan...”
24/01/2021 [01:48]:
Polis Akademiyasına qadınların qəbulu dayandırıldı
24/01/2021 [01:40]:
Şamaxıda Quşçu palçıq vulkanı püskürüb
24/01/2021 [00:26]:
"Əsəblərim pozulmuşdu, həkimə getmədim, dərman içmədim, məni bu pişiklər sağaltdı..."
24/01/2021 [00:05]:
"Bir filmə Bakıdan Sumqayıta qədər lent lazım olurdu..." - 150-dən çox filmin səs rejissoru
24/01/2021 [00:02]:
Novruz çərşənbələrinin vaxtı açıqlandı
23/01/2021 [23:45]:
Azərbaycanlı mühəndis öldürüldü - Türkiyə gəmisinə hücum edildi
23/01/2021 [23:21]:
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
23/01/2021 [23:20]:
Türkiyədə daha 144 nəfər koronavirusdan ölüb
23/01/2021 [23:17]:
Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik edib - FOTO
23/01/2021 [23:10]:
Aləm Kəngərlinin dili də var, hünəri də...
23/01/2021 [22:34]:
Polad Bülbüloğlu Şuşadakı evlərində “Gəl, ey səhər” oxudu - VİDEO
23/01/2021 [22:20]:
27 il işğalda qalan Şahbulaq qalasından reportaj... - Fotolar+Video
23/01/2021 [22:16]:
Türkiyə müdafiə sənayesinin daha bir UĞURU: İlk yerli döyüş gəmisi inşa olundu
23/01/2021 [21:58]:
Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi təbrik edib
23/01/2021 [21:57]:
Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olunub
23/01/2021 [20:58]:
Azərbaycanda "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsi hazırlanacaq
23/01/2021 [20:55]:
İçərişəhərdə ictimai incəsənət: Orxan Hüseynovun “Sevgimiz elə bu qədərmiş” sərgisi”
23/01/2021 [20:40]:
Koronavirusa yoluxmuş Rəşid Mahmudovdan xəbər var
23/01/2021 [20:31]:
Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” - VİDEO
23/01/2021 [20:29]:
Komada qalıb, 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var - Foto
23/01/2021 [20:20]:
Sarqsyanın kürəkəni: “Soros dairələrinə anti-Rusiya ritorikasını gücləndirmək tapşırılıb”
23/01/2021 [20:13]:
Azərbaycanın Çindən idxalı ötən il 1,4 mlrd. dollardan çox olub
23/01/2021 [20:08]:
Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi - FOTO/VİDEO
23/01/2021 [20:03]:
Netanyahunun oğlunun Putinlə görüşünü xatırlaması  etirazla qarşılandı...-FOTO
23/01/2021 [19:56]:
“Qarabağın tərəqqisi ölkəmizin iqtisadi gücünün daha da artmasına səbəb olacaq”
23/01/2021 [19:45]:
Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada - Təəssüratlar
23/01/2021 [19:20]:
Qənirə Paşayeva türkiyəli şairin kitab təqdimatında gənclərə çağırış edib
23/01/2021 [19:14]:
FHN yanğınların əsas səbəbləri və yanğın zamanı təhlükəsizliyə dair qaydaları açıqlayıb
23/01/2021 [19:12]:
Şahbuz rayonunda zəlzələ olub
23/01/2021 [19:09]:
Naxçıvanda bir qrup hərbçiyə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib
23/01/2021 [19:08]:
Rusiya XİN: “ABŞ daxili problemləri ilə məşğul olsun”
23/01/2021 [19:06]:
Şuşanı azad etmək arzusuyla yaşayan şəhid kəşfiyyatçı - VİDEO
23/01/2021 [18:38]:
Türkiyədə kurs keçən, Şuşanı azad etmək arzusuyla yaşayan şəhid kəşfiyyatçı - VİDEO
23/01/2021 [18:28]:
ABŞ-dan Rusiyadakı etirazlara dəstək - Kreml QƏZƏBLƏNDİ
23/01/2021 [18:20]:
Bu il əhalinin gözlədiyi, arzusunda olduğu qanunlar qüvvəyə minəcək
23/01/2021 [18:12]:
AQTA-dan “quş qripi”nin qarşısının alınması ilə bağlı ÇAĞIRIŞ
23/01/2021 [18:06]:
Larri Kinq dünyasını dəyişdi
23/01/2021 [17:40]:
Kəlbəcərin Qamışlı kəndi - VİDEO
23/01/2021 [17:31]:
“Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
23/01/2021 [17:29]:
Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 162 yeni yoluxma - FOTO
23/01/2021 [17:16]:
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub
23/01/2021 [17:14]:
Moskvada polislə qarşıdurma oldu, yaralananlar var - FOTOLAR
23/01/2021 [17:12]:
"Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir” - Türkiyə prezidenti
23/01/2021 [17:10]:
“Cəsarətli ol, gəl, bu, məni xoşbəxt edəcək” - Xanım deputatdan eks-prezidentə
23/01/2021 [17:05]:
"Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
23/01/2021 [17:04]:
“Vətən Müharibəsi ilə bağlı yüksək səviyyəli filmlərin çəkilməsinə ciddi ehtiyac var”
23/01/2021 [17:04]:
İlham Əliyev Zelenskiyə başsağlığı verdi
23/01/2021 [16:59]:
Qənirə Paşayeva gəncləri Nizamini daha dərindən öyrənməyə və təbliğ etməyə çağırıb
23/01/2021 [16:54]:
“Bu belə davam edə bilməz...”
23/01/2021 [16:41]:
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
23/01/2021 [16:37]:
Navalnının həyat yoldaşı da həbs olundu
23/01/2021 [16:12]:
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI
Bütün arxiv bir sırada
16/12/2013 [19:24] - Gündəm - ( 2926 dəfə baxılıb)

Fazil Qəzənfəroğlu nəqliyyat sistemini darmadağın etdi



Millət vəkili Fazil Mustafa ölkədə nəqliyyat sferasındakı vəziyyətlə bağlı fikirlərini bölüşüb. Moderator.az həmin yazını təqdim edir: 

İntellektual qələbə taktikası 
Əzəl başdan “Nəqliyyatın intellektual idarəetməsi” termini qarmaqarışıq bir yenilik kimi ortaya çıxdı. Dədə-baba qaydasından qəfil olaraq belə bir idarəetməyə keçid zamanı hər kəsin marağını içində boğmamaq üçün sora biləcəyi bir soru ola bilərdi: belə bir intellekt varsa, bunu indiyədək niyə gizlətmişdilər? Bu intellektin səsi tramvay xətti dağıdılanda, şəhərətrafı dəmir yollarının yerində şose yolları çəkiləndə, yeni inşa edilən yollarda əlillərin araba ilə yürüməsi görməzdən gəlinəndə, velosipedlər üçün cığırlar unudulanda, hətta piyadalar üçün zorla yürüyə bilinəcək dar səkilərin üzərinə ildə bir dəfə daş plitələr döşənəndə, yağış və qar sularının axması üçün yeni yollarda heç bir mexanizm düşünülməyəndə niyə ucadan çıxmadı? Bax, indiyədək anlaşılmayan məsələ də budur. 

Bizlər guya gələcək haqqında rahatsızlığımızı gözə soxmaq üçün tez-tez bir sənəd hazırlayırıq, adını “Qarabağ məsələsinin həlli yolları” qoyuruq və başlayırıq bütün variantları bir-birinə calamağa. Halbuki bu cür məsələlərin nə qədər həlli yollarını düşünsən də, sonda zınqırovu pişiyin boynuna asacaq hazırlığa sahib bir millət, iradəli, istəkli passionar insan kütləsi yoxdursa, hamısı bir arxivlik sənəd nümunəsindən başqa bir işə yaramayacaq. Ancaq Nəqliyyatın İntellektual İdarəedilməsi bu məsələdə bizləri xeyli ümidləndirmiş olmalı ki, söhbətin lap alt hissələrində bu fikrin açıqlamasını verməyə çalışacağıq. Bəlkə elə bundan ötrü də gözlədilər ki, yollar, nəqliyyat vasitələri bir az sadələşsin və intellekt oturub rahatlıqla uzunmüddətli savaşa hazırlıq strategiyası üzrə idarəetməyə başlasın. Tunellərə və yaxud silsilə dağ massivinə bənzəyən yeni körpülərin salınması, dünyada analoqu olmayan ucsuz-bucaqsız beton yolların çəkilişi, habelə üç-dörd aydan bir təmirə ehtiyacı olan geniş asfalt örtüklü yolların salınması insafən Bakının simasını qısa bir zamanda xeyli dəyişdi və dörd milyona yaxın əhalisi olan bu şəhərdə sürətli inkişafın gözlə görünən əsas artilleriyası oldu.


Bununla belə, bu qədər infrastruktur və bu qədər intellektual idarəetmə Bakı şəhərini hələ də tıxaclardan xilas etməyə yaramadı və müvafiq olaraq 20 illik Qarabağ tıxacından sonra Azərbaycan vətəndaşları saatlıq, gündəlik Bakı tıxaclarını da yaşamalı oldu. Üstəlik, bu tıxacların gündən-günə artması saatlarla ayaq üstə əlacsız şəkildə qalan və siqnaldan başqa dili-ağzı olmayan avtomobilləri bir-birini yola verməyə dəvət edən yol polislərinin də ictimai gərəkliliyi və nüfuzu xeyli artmağa başladı. Saatlarla tıxacda qalan sıradan insanlar, qarda, yağışda, küləkdə sifəti büzüşmüş yol polisləri ilə tale birliyi səviyyəsinə varacaq duyğular yaşamağa, mehribanlıqla hal-əhval tutmağa imkan qazandılar. Artıq hansısa ciddi bəhanə də qalmadı, istər ölkəyə gələn maşınların sayının artmasının, istər bir neçə avtomobil dayanacaqlarının tikilməsinin də problemin həllinə təsiri olmadı. Məhz intellektual idarəetmə hər gün yüz minlərlə vətəndaşın dəyərli vaxtını Bakı yollarında keçirməyə və bu minvalla da ölkənin tale yüklü məsələlərini düşünməyə cəlb edə bildi. Minik avtomobillərində sürücülər və sərnişinlər, səkilərdə yürüyən piyadalar, avtobuslarda bir-birinin az qala belinə minməyə məcbur insanlar bir yana qalsın, üstəlik, yerin altındakı metro məmləkətində də tıxaclara görə tunellərdə saatlarla qalmış qatarların içində bir-birinin üzünə əsnəməli olan vətəndaşlar da özləri də hiss etmədən əməlli-başlı YOL adamına çevrilməyə başladılar. 

Əslində Bakı sakinlərinin günlük əzabına çevrilmiş tıxacların bu səviyyədə də mürəkkəb bir sistemlə intellektual idarə edilməsinə heç gərək yox idi. Bəs nədən buna gərək duyuldu? Bəli, buradan başlayaraq hər şeyin intellektual izahına zərurət yaranır. Belə bir dünyada analoqu olmayan idarəetməni gerçəkləşdirənlər mövzunun adını da sadə olaraq seçə bilirlər: Nəqliyyat tıxacının intellektual izahı. Və bundan sonra tıxacın vətəndaşlarımız üçün, dövlətimiz üçün, hətta dövlətçiliyimiz ancaq faydalarından danışmaq olardı. Bu zaman vətəndaş da hər dəfə söyüşü-söyüşə calamaz və bu tıxacları faydalı təlim prosesi kimi içinə sindirə bilər. 

Biz savaşı uduzmuşuq və uduzduqlarımızı geri qaytarmaq üçün ən azı sözdə mübarizə apardığımızı iddia edirik. Bunun üçün də ordu quruculuğuna böyük-böyük pullar ayırırıq. Bu pullarla ordumuz gücləndirilir və lazım gəldiyində torpaqları düşməndən azad edəcək. Ancaq tək ordu ilə iş yekunlaşmaz ki. Bir də sabah müharibəyə görə təcili səfərbərlik keçirilsə, ölkə əhalisinin haradasa yarıya qədərinin yaşadığı Bakı şəhərinin əsasən kişi cinsinə aid hərbə yararlı bütün sakinləri ordu sıralarında yerini almalıdır. Bu insanlar günlərlə, aylarla isti-soyuğun altında qalmalı, səngərdə müdafiə olunmalı, yaxud da hücuma şığımalıdırlar. Bu iş isə insandan xeyli dözüm, əsəb bütünlüyü tələb edirsə, insanlarımız bu hazırlığı necə və harada keçməlidirlər? Müdafiə Nazirliyi əsgər və zabitləri hər an bizi gözləyən bu günə hazırlayır, bəs mülki həyatda olan vətəndaşlarımızı kim düşünməlidir? Bax, sevindiricidir ki, bu işi səssiz-səmirsiz Nəqliyyat Nazirliyi intellektual formada görməyə davam edir. Həm də bu hazırlıq işi təkcə ölkənin kişi cinsli əhalisi ilə yekunlaşmır, qadın sürücülərin və piyadaların da sayını düşünsəniz, bizim gələcək ordu potensialımızın gücünü təsəvvür edə bilərsinizmi? 

Tıxaclarda, doğrudur, insan təhqir olunur, şəxsiyyəti alçalır, təyin etdiyi vaxtda işinə, görüşünə gedə bilmir, xəstələrin xəstəliyi şiddətlənir, sağlamlar əsəb xəstəliyi tapır - nə olsun? Təsəvvür edin ki, hər gün bu yaşam şərtlərinə alışan insan səngərdə darıxarmı, əsəbiləşərmi? Üstəlik də tıxacların bu cür intellektual idarə edilməsi sayəsində hamı Konstitusiyamızda nəzərdə tutulan hüquq və azadlıqlara sahiblik duyğusu yaşayır. Təsəvvür edin ki, haldan düşmüş sovet nostalgiyası olan bir “Jiquli”ni idarə edən vətəndaşımızla amerikan xəyalı olan “Lexus” idarə edən vətəndaş eyni cərgədə və ya qardaşcasına bir-birinin arxasında saatlarla yolun açılmasını gözləyir. Bir fəhlə və ya kiçik məmur öz köhnə maşınından yanında gözləyən bir nazirin arabasının içinə boylana bilirsə, bunun nəyi pisdir? Bu bərabərlik duyğusunu Azərbaycanda başqa hansı şəraitdə yaşaya bilərdiniz? Bu şəhərdə nəqliyyat tıxacının intellektual idarəetməsi sayəsində heç yanğınsöndürən maşınların, təcili yardım ambulanslarının da yekə-yekə özünü fərqləndirməsinə imkan tanınmamışdır. Ha çığır-bağır salsalar da, haqlı edib mədəni ölkələrdən fərqli olaraq, onlara da ayrıca keçid xətti saxlamayıblar ki, məhz hüquq və azadlıqların müqəddəs bərabərliyi pozulmasın. 

Bu yazını bağda bazar gününün verdiyi sakitlikdən yararlanaraq yazdığım anda pulunu vaxtlı-vaxtında ödədiyim elektrikin və qazın da xəbərdarlıq edilmədən ənənəvi günlük kəsilməsinin xoş duyğularını yaşamalı oldum. Qətiyyən əhvalımı pozmadım və hətta sevindim ki, savaşa milləti məhz bu cür hazırlayarlar. Korrupsiyanın gətirdiyi bu üstünlüklərin hesabına nəqliyyatın da, elektrikin də, qazın da, bir çox başqa sahələrin də intellektual idarə olunması bizlərdən mətin insanlar hazırlamağa yönəlib və bizlər bunu anlayışla qarşılayıb, ömrümüzün sonuna qədər bu şərtlərdə yaşamağa vərdiş etməliyik. 

Bizlər harada intellektsiz idarəetmə var, orada mütləq səsimizi qaldırıb, intellektual idarəetmə tələb etməliyik. Məsələn, ötən günlərdə hava limanına girişdə xarab olmuş keçid avtomatlarından çek götürmədən əraziyə daxil olub, qonağımızı yola saldıq. Geri dönüşdə hər açıq şlaqbaumun yanında bir adam çeksiz-filansız şəhərə qayıdan maşınlardan dədə-baba qaydasında pul yığırdılar. Həqiqətən də bu cür intellektsiz pul yığma əsəblərimə toxundu. Baxmayaraq ki, dünyanın heç bir mədəni ölkəsində hava limanına daxil olanlardan belə pul yığma qaydası yoxdur, ancaq onlarda intellektual idarəetmə olmadığından bunu başa düşmək mümkündür. Təki hər yerdə bu pullar vətəndaşdan intellektlə yığılsın. Mən indiyə qədər intellektual qaydalarla soyulan hansısa Azərbaycan vətəndaşının etirazına rast gəlmədim. Xalq intellektual idarəetmədən və hətta intellektual soyulmadan yanadır və buna kimsənin şübhəsi olmasın. Qaldı ki, tıxaclar məsələsinə, bu bilərəkdən düşünülmüş qarşıdakı Vətən savaşına hazırlıq taktikasıdır və buna görə hər birimiz addımbaşı Nəqliyyat Nazirliyinə söyüşlərimizi deyil, sevgi və şükranlarımızı göndərməliyik. Bu bir intellektual qələbə taktikası olaraq dəyərləndirilməlidir və hamılıqla müharibə havasında yaşamağa vücudumuzu və ruhumuzu alışdırmalıyıq.

İnanmıram hələ ermənilərin ağlına bu cür hazırlıq taktikası gəlsin. Biz mütləq qalib gələcəyik!

loading...
Bu yağlar kişidə seksual gücü artırır - Qarşı tərəfi ehtiraslandırmaq, cəlb etmək üçün...
Azad Rəhimovun yoluxduğu ağır xəstəlik... – Müalicəsi mümkündürmü?
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
Maskasız deputat parlamenti bir-birinə vurdu VİDEO
Cinsiyyət dəyişdirmək istəyərkən nə zaman öləcəyini öyrəndi - FOTOLAR
N.Tusi adına Klinika

Cəmiyyət
"Mən müdir zad hərləmirəm, birinci və axırıncı dəfə olsun ki, mənimlə bu tonda danışırsan...”
Maraqlı
"Əsəblərim pozulmuşdu, həkimə getmədim, dərman içmədim, məni bu pişiklər sağaltdı..."
Cəmiyyət
"Bir filmə Bakıdan Sumqayıta qədər lent lazım olurdu..." - 150-dən çox filmin səs rejissoru
Müsahibə
“Bu belə davam edə bilməz...”
Cəmiyyət
"Görəsən bizim babalarımız İranı idarə ediblər, yoxsa İrana xidmət ediblər..?"

Yazar
İlham İsmayıl
“Kişi evin, sərhəd də dövlətin çəpəridir...”
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
"Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında pilləkən və qapı hazırlamışam"
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı..." - FOTOLAR
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı sanksiya..." (VİDEO)
"O, dünyasını dəyişəndən nişan üzüyümü bir dəfə də olsun barmağımdan çıxarmamışam"
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}