Həftənin ilk iş gününün havası
Həftənin ilk iş günü Azərbaycan ərazisində hava soyuq və şaxtalı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 16-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, arabir sulu qara
keçəcəyi ehtimal olunur. Bəzi yerlərdə qar yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcəyi gözlənilir.
Bakı və Abşeron yarımadasında havanın temperaturunu gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacağı ehtimalı var.








