Xəbər lenti
17/01/2021 [13:00]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [12:55]:
“Cari illə bağlı ciddi planlarımız, yeni hədəflərimiz mövcuddur” – Polkovnik görüləcək işlərin anonsunu verdi...
17/01/2021 [12:51]:
Neymar etiraf etdi: “Karyeramı bitirmək barədə düşünürdüm”
17/01/2021 [12:49]:
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyanın daha iki səyyar qrupu yaradıldı
17/01/2021 [12:45]:
"Aktyoru təqaüdə çıxarmaq olmaz, o hər zaman səhnədə olmalıdır, o təqaüdə çıxdı, öldü"
17/01/2021 [12:43]:
Moskvadakı “otel odası”ndakı “Erato” və ya bir-birini didən ermənilər
17/01/2021 [12:33]:
Daha iki yaralanmış qazimizə dəstək işlərinə başlanıb
17/01/2021 [12:29]:
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlərin sayı bəlli oldu
17/01/2021 [12:24]:
Müdafiə Nazirliyinə veteran adı ilə bağlı müraciət edən vətəndaşların NƏZƏRİNƏ
17/01/2021 [12:23]:
Sürücü maşını piyadaların üstünə sürdü - ANBAAN VİDEO
17/01/2021 [12:19]:
20 milyon ABŞ dollarını aşan gəlir
17/01/2021 [12:17]:
Məsut Özil “Fənərbağça”ya keçidi ilə bağlı status paylaşdı - FOTO
17/01/2021 [12:17]:
"Bir-iki xəstə var, elə ona görə də biz bilərəkdən həmin insanlara o cavabları verdik"
17/01/2021 [12:13]:
Müdafiə Nazirliyində brifinq keçirilir - VİDEO
17/01/2021 [12:10]:
Qənirə Paşayeva şəhid leytenant Nicat Atayevin atası ilə görüşdü
17/01/2021 [12:05]:
Rusiyada mədən çöküb, ölən var
17/01/2021 [12:04]:
Əfqanıstanda silahlılar hakim qadınları güllələyiblər
17/01/2021 [12:00]:
"H. Z. Tağıyevi yaddaşlarda yaşadan qazandığı milyonlar yox, payladığı milyonlardır..."
17/01/2021 [11:47]:
Ermənilərin aşkar edilən böyük sığınacağı- Köstəbək kimi səngərlərə yol açıblar (VİDEO)
17/01/2021 [11:41]:
Ermənistanda şok qalmaqal - spiker cəsusluqda ittiham olundu
17/01/2021 [11:29]:
Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər (XƏBƏRDARLIQ)
17/01/2021 [11:11]:
Məşhur güləşçimiz zədələndi
17/01/2021 [11:10]:
Gürcüstanda daha 780 nəfərdə koronavirus aşkarlanıb, 17 pasiyent ölüb
17/01/2021 [11:08]:
Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya planı üzrə işlər yekunlaşıb
17/01/2021 [11:02]:
Nyu-Yorkda vaksin çatışmazlığı yarandı
17/01/2021 [10:58]:
Tanınmış alpinist olan sabiq mer zirvədən enərkən faciəvi şəkildə həlak oldu
17/01/2021 [10:56]:
Misirdə Qədim padşahlıq dövrünə aid edilən məbəd aşkarlanıb
17/01/2021 [10:55]:
Rusiya hərbçiləri Kəlbəcərdə- 3358 metr yüksəklikdə cəsəd axtarışı aparır?..
17/01/2021 [10:54]:
Makqreqor: “Nurməhəmmədov mənimlə döyüşdən qorxur”
17/01/2021 [10:48]:
İcra başçısı müavinini vəzifədən azad etdi - FOTO
17/01/2021 [09:00]:
Qan təzyiqini sadə idman hərəkəti ilə  azaltmaq üsulu açıqlandı...
17/01/2021 [08:41]:
Dünyada ən son kim öləcək?..
17/01/2021 [00:44]:
Angela Merkeli əvəz edəcək şəxsin adı məlum oldu
17/01/2021 [00:06]:
Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması
17/01/2021 [00:04]:
Kəlbəcərdə ev yandı - FHN söndürdü
16/01/2021 [23:54]:
ABŞ-da Kapitolinin binasına daxil olmaq istəyən silahlı şəxs saxlanıldı
16/01/2021 [23:51]:
Dörd bədii gimnastımız “Fəxri İdman ustası” adına layiq görülüb
16/01/2021 [23:11]:
Gülay Zeynallı görün geyiminə nə qədər pul xərcləyib - Foto
16/01/2021 [23:00]:
"Siyasi riyaziyyat tələb edir ki, Ermənistan Türkiyə ilə dostluq münasibətləri qurmalıdır"
16/01/2021 [22:57]:
“Qarabağın azadlığını göz yaşları ilə izləyirdik” - Şimali Kiprin Bakı təmsilçisi...
16/01/2021 [22:46]:
Paşinyanın oğlu da Moskvaya qaçdı - VİDEO
16/01/2021 [22:41]:
Penitensiar xidmət qətlə yetirildiyi iddia edilən məhkumun ölüm səbəbini açıqlayıb
16/01/2021 [22:38]:
Hirkan Milli Parkındakı yanğın lokallaşdırılıb
16/01/2021 [22:37]:
Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi
16/01/2021 [22:29]:
Qatarın üzərinə çıxan azyaşlının ayaqları qopdu - DƏHŞƏT... + FOTOLAR
16/01/2021 [22:20]:
Qarabağa bu gün gətirilən ermənilərin sayı açıqlandı
16/01/2021 [22:11]:
Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi
16/01/2021 [22:10]:
Bayden mühüm vəzifələrə namizədlərini açıqladı
16/01/2021 [22:00]:
"Laboratoriyaların Çin ordusu ilə gizli əlaqəsi var" - Mayk Pompeodan şok ittiham...
16/01/2021 [21:34]:
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
16/01/2021 [21:31]:
"Şuşada elə bir əzəmətli "Dəmir yumruq" ucaldılsın ki, Xankəndindən də görünsün..."
16/01/2021 [21:13]:
İvanka Tramp bu dəfə "tualet zülmü" ilə gündəmə gəldi...
16/01/2021 [21:10]:
Səhiyyə, fərdlərin önəmliliyi və elmin ona dəstəyi...
16/01/2021 [20:55]:
Filippində hərbi helikopter qəzaya uğradı, ölənlər var
16/01/2021 [20:53]:
Atadan QANDONDURAN CİNAYƏT: Körpə qızını və yoldaşını...
16/01/2021 [20:44]:
Zamana MEYDAN OXUYAN 50 yaşdan yuxarı qadınlar - Pəhriz saxlamır, makyaj etmir və...
16/01/2021 [20:39]:
Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı
16/01/2021 [20:37]:
Ağdamdan Xankəndinə dəmir yolu çəkilir - Türkiyədən YENİ XƏRİTƏ
16/01/2021 [20:30]:
"Hər iki lider eyni gündə də Şuşaya gələ bilərlər"
16/01/2021 [19:50]:
Onlara “İmam Hüseyn əsgərləri” deməklə vətən savaşını zərərli dini müstəviyə çəkirlər...
16/01/2021 [19:42]:
Rotşild infarktdan öldü - 175 milyard dollar onu qurtarmadı... - FOTOLAR
16/01/2021 [19:38]:
Qurban Qurbanovdan transfer açıqlaması
16/01/2021 [19:34]:
Prezidentin köməkçisi veteranlarla görüşdü - FOTO
16/01/2021 [19:16]:
Balqabaq tumları ilə qurdlardan NECƏ QURTULMALI...
16/01/2021 [19:14]:
Ərdoğan: "Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək"
16/01/2021 [19:10]:
Ağstafada ağır qəza: Bir nəfər öldü
16/01/2021 [19:02]:
“İki ildir ki, küçələrdə yatıram” - VİDEO
16/01/2021 [18:58]:
DİN-dən Xızıda şəhid plakatlarının sökülməsi iddialarına cavab - YENİLƏNİB + VİDEO
16/01/2021 [18:56]:
İlham Əliyev Ərdoğanla danışdı - Təfərrüat
16/01/2021 [18:53]:
"Laçın dəhlizi terrorçuların nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır"
16/01/2021 [18:46]:
“Nəyə görə həbs olunduğumu bilməliydim...”
16/01/2021 [18:44]:
Türkiyənin vitse-prezidenti peyvənd olundu
16/01/2021 [18:28]:
İlham Əliyevin açıqlamalarından sonra İrəvanda ara qarışdı: “Uşaqlarımızı Qarabağdan qaytarın”
16/01/2021 [18:24]:
Ağdaşda dördotaqlı evdə yanğın
16/01/2021 [18:07]:
Onları kim və necə qoruyur? - Ordusu olmayan ölkələrin SİYAHISI
16/01/2021 [18:03]:
Azərbaycanda koronavirusa 402 yeni yoluxma qeydə alınıb, 15 nəfər vəfat edib
16/01/2021 [18:00]:
İlham Əliyev Ərdoğanla telefonla danışdı
16/01/2021 [17:59]:
FHN-dən Hirkan Milli Parkındakı yanğınla bağlı yeni məlumat - VİDEO
16/01/2021 [17:55]:
“Ermənistan sözün həqiqi mənasında bədbəxt ölkədir”
16/01/2021 [17:35]:
Aktyorlardan Operativ Qərargaha "üsyan": “Bəs bizim səsimizə kim səs verəcək...?”
Bütün arxiv bir sırada
15/12/2013 [15:57] - Müsahibə - ( 4948 dəfə baxılıb)

“Şah İsmayılı söyənlər Azərbaycanı Suriyaya çevirmək istəyirlər”-Heydər Oğuz

“Mümkündür ki, "Nur" camaatının başında duranlar Türkiyənin indiki hökumətinə öz güclərini nümayiş etdirmək üçün bu addımı atırlar”




 

Son vaxtlar Şah İsmayıla qarşı həqarət edilməsi adi hala çevrilib. Bəs, bunun səbəbi nədir?  Ədalət Partiyasının sədr müavini Heydər Oğuz moderator.az saytına verdiyi müsahibədə bu məsələlərə aydınlıq gətirməyə çalışır. Müsahibəni diqqətinizə çatdırırıq.

 

-Şah İsmayıla qarşı hücumları necə qiymətləndirirsiniz? Niyə heç bir səbəb olmadan tarixi hadisələr qərəzli şəkildə gündəmə gətirilir?

-Fikrimcə, Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamış tarixi şəxsiyyətlərin ünvanına heç bir əsas olmadan daş atılmasının bir sıra səbəbləri ola bilər. Səbəblərdən biri bəzilərinin qeyri-adi çıxışlarla gündəmdə qalmaq cəhdidir. Adətən, bu günün problemlərindən danışa bilməyənlər mövcud olduqlarını göstərmək xətrinə dünəndən bəhs edirlər. Dünənə daş atmaq bu günə etiraz etməkdən daha təhlükəsiz olduğundan bu yöntəmə baş vurulur. Axı, ölülərin qəbirdən çıxıb adamın boğazından yapışıb hesabat tələb etmək şansları yoxdur. Bir vaxtlar Beriya da diri Stalinin qarşısında nə qədər cəsarətsiz idisə, ölü Stalinin üzünə tüpürəcək qədər ürəklilik nümayiş etdirirdi. Daha sonra ölü Stalinin gözləri açılarkən Beriyanın nə vəziyyətə düşdüyünü özünüz təsəvvür edin. Dünyasını yeni dəyişən Stalindən fərqli olaraq Şah İsmayılın gözünü açmaq imkanı yoxdur. Ona istədiyin qədər tüpürə bilərsən. Bu bəlkə sənə bəzi dairələrdə hörmət, sayqı, nüfuz da gətirə bilər. Amma tarix bu günün problemlərini görmək istəməyənlərə, xitab etdiyi ictimaiyyətin başını mübahisəli tarixi mövzularla qatanlara laqeyd qalmayacaq. Ölüləri kimsə sahibsiz hesab etməsin. Ölülərin əsl sahibi tarixdir. Tarix bu gün etdiklərimizə ən yaxşı qiyməti verəcək. Mən şəxsən Şah İsmayıla türüpənlərə tarixin də eyni münasibət bəsləməsini arzulamazdım.

-Sizcə, tarixi şəxsiyyətlərə daş atılmasının yeganə səbəbi gündəmə qalmaq hərisliyidirmi?

-Nə yazıq ki, yox. Hətta deyərdim ki, bu hərəkətlərlə gündəmdə qalmaq ehtirası hücumların ən məsumudur. Fikrimcə, heç bir əsas olmadan tarixi keçmişimizi bu cür qərəzli şəkildə polemikaya çevirməyin daha təhlükəli səbəbləri var. Bu səbəblərdən biri ölkədə məhzəblərarası ədavəti qızışdırmaq, milləti üz-üzə qoymaqdır. Bütün islam coğrafiyasında süni şəkildə yaradılmağa çalışılan məzhəblərarası ədavətlərlə bizdəki qaşınmayan yerdən qan çıxarmaq təşəbbüsünün eyni zamana düşməsini təsadüfi saymıram. Məncə, xarici qüvvələr Azərbaycanı yaxın gələcəyin Suriyasına çevirmək istəyirlər. Bizim bəzi vətənpərvərlər də nədənsə bu siyasətin alətinə çevirilirlər. Son vaxtlar müxtəlif  bolgələrimizdə dini zəmində atışmaların baş verməsi, bəzi radikal qrupların digər məzhəb liderləri haqqında çıxardığı ölüm fitvaları və təhdidləri ölkədə əsrlərboyu mövcud olan dini tolerantlığın  pozulmağa çalışılması ehtimalını qüvvətləndirir.

-Bəs, məzhəblərarası münaqişələr kimə lazımdır?

- İstənilən ölkəni zəif duruma salmağın, məğlubiyyətlə hesablaşdırmağın ən gözəl yolu onu daxilən parçalamaqdır. Yaxın Şərq ölkələrində baş verən “ərəb baharlarının” Qərb dünyası tərəfindən dəstəklənməsi məhz bu marağa xidmət edir. Sirr deyil ki, neftdən gələn xarici kapitallar Yaxın Şərq ölkələrinin iqtisadiyyatını güclədirir, sənayələşməsinə zəmin hazırlayır. Sənayeləşmiş İslam dünyası SSRİ-nin dağılmasıyla geopolitik balansda yaranmış boşluğu doldura bilərdi. Bu boşluq dərhal başqa bir qüvvə tərəfindən doldurulmalı, prosesin qarşısı alınmalı idi. Bunun üçün müsəlmanlar mənasız münaqişələrə cəlb olunmalı, onların bütün iqtisadi və əqli potensialları bir-birini qırmağa sərf edilməli, aparılan mübarizələrdə yeni himayədarlara ümid bağlanmalıdır. Yeni himayədarlar isə ya İsrail, ya da ABŞ ola bilər. Maraqlıdır ki, “ərəb baharı” gəlməmişdən qabaq radikal dini qruplar özlərinin əsas düşməni kimi elə bu iki qüvvəni seçmişdilər. İndi həmin qruplar düşmən hesab etdikləri ABŞ-ın Suriyaya qarşı mövqeyində müttəfiq kimi çıxış edir, onun cəbhəsində savaşırlar. ABŞ və müttəfiqləri isə bütün qüdrətlərinə baxmayaraq bu münaqişənin bir an öncə bitməsində maraqlı görünmürlər. Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması artıq beynəlxalq aləmin hədəfi olmaqdan çıxıb. Hətta İsrailin dövlət adamları açıq şəkildə deyirlər ki, bizim üçün radikal dini qrupların hakimiyyətə gəlməyindənsə, Bəşər Əsəd iqtidarının qalması daha məqbuldur; çünki Bəşər Əsəd bizim bələd olduğumuz düşməndir, onun yerinə gəlməsi ehtimal olunan hakimiyyətin isə necə olacağını bilmirik. Halbuki, həmin Suriya müxalifətini Bəşər Əsədə qarşı mübarizəyə həvəsləndirən də elə bu gün onun arxasından çəkilən beynəlxalq birlikdir. Başda İsrailin srtateji müttəfiqi ABŞ olmaqla bütün Qərb dünyası tərəfindən mübarizəyə təşviq edilən Suriya müxalifətinin müxtəlif bəhanələrlə köməksiz qoyulması yalnız ona xidmət edir ki, bir çox məzhəbin tərəfdarlarının yaşadığı Suriya məzhəblərarası münaqişələrin mərkəzinə çevrilsin.

-Bir tərəfdən deyirsiniz ki, Suriya müxalifəti beynəlxalq qüvvələr tərəfindən Bəşər Əsədə qarşı mübarizəyə təşviq olundu, digər tərəfdən isə onlara bu mübarizədə dəstəyin kəsildiyini bildirirsiniz. Beynəlxalq qüvvələr həqiqətən də müsəlman dünyasında məzhəblərarası münaqişələrdə maraqlı olsaydılar bu dəstəyin davam etdirilməsi tələb olunmurdumu? Fikrinizdəki bu ziddiyyətli məqamı neçə izah edərdiniz?

-Məsələ burasındadır ki, beynəlxalq qüvvələrin Bəşər Əsəd rejimini devirməkdə maraqlı olduğunu düşünən çevrə dövlətləri prosesdə yer almağa çalışdılar. Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Misir kimi ölkələr Azad Suriya Ordusuna həm maddi, həm mənəvi, həm də lojistik destek verdilər. Bir tərəfdən isə İran və Livandakı hizbullah qruplaşması Bəşər Əsədi müdafiə etdi. Faktiki olaraq İslam ölkələri bu münaqişədə tərəf oldular. Qərb bir növ fitili şəkilmiş qumbaranı müsəlman ölkələrinin qucağına atıb geri çəkildi. Müsəlman dünyası indi onu zərərsizləşdirə bilmir. Fikrimcə, sizin ziddiyyətli məqam kimi gördüyünüz hər iki hal qorxunc ssenarinin tərkib hissəsi idi. Bunun ən bariz nümunəsi son zamanlar ABŞ-ın İran ilə münasibətlərini normallaşdırmağa çalışmasıdır. Münaqişənin daha effektli davam etməsi üçün vuruşan hər iki tərəfin qüvvətli olması tələb olunur. Zənnimcə, İran-ABŞ münasibətləri əvvəlki səviyyədə davam edərdisə, Bəşər Əsəd rejimi daha zəif vəziyyətə düşər və məğlub olardı. ABŞ isə münaqişənin davamında maraqlıdır. Zira çarpışan hər iki tərəf güclü olarsa, aparılan döyüşün qalibi olmaz. Beynəlxalq güc mərkəzlərinə də elə bu lazımdır.

-ABŞ İsrailin strateji müttəfiqidir, İran isə ən böyük düşməni. İran-ABŞ yaxınlaşması İsraili narahat etmirmi? Narahat edirsə, ABŞ niyə öz srtateji müttəfiqinin maraqlarına zidd addım atır?

-ABŞ Yaxın Şərqdə bütün məsələlərdə İsrailin mövqeyini nəzərə alaraq hərəkət edir. İsrailin maraqlarına zidd olsa, ABŞ İranla münasibətlərini yumşaltmaz. Məsələ burasındadır ki, Yaxın Şərqdə indiyə qədər mövcud olan status-kvo İsraili bir dövlət kimi təhdid edirdi. Xüsusilə, onun Fələstin məsələsində yürütdüyü sərt siyasət bütün müsəlman dünyasının dini duyğularını qıcıqlandırır, ona qarşı birgə mübarizəni körükləyirdi. Vəziyyətin bu cür davamı İsraili yerləşdiyi bölgədə tamamən yalnızlaşdıra, onun rahatlığını poza və nəhayət, sıradan çıxmasıyla  nəticələnə bilərdi. Problemdən çıxış yolu güclənən rəqibi zəiflətmək, daxili ziddiyyətlərə çəkmək və beləcə, həm özünü onların ortaq hədəfindən yayındırmaq , həm də hər iki tərəfi özünün yardımına ümid bağlayan "dost"a çevirməkdi. Məncə, istər ABŞ, istərsə də İsrail böyük ölçüdə buna nail ola bildi.

-Gələk Azərbaycana. Məlumdur ki, ölkəmiz coğrafi məkan olaraq Yaxın Şərqdən xeyli uzaqda yerləşir. O zaman bizdə niyə bu cür məhzəb münaqişələrinə zəmin hazırlanır?

-Azərbaycan coğrafi olaraq Yaxın Şərqdən uzaqda yerləşə bilər, tarixi şüur, mədəni əlaqələr baxımından isə İslam dünyasıyla sıx bağlıdır. Təsadüfi deyil ki, bu gün Suriyada vuruşanlar arasında azərbaycanlı batalyonlar da var. Digər tərəfdən Azərbaycan xalqı Yaxın Şərq münaqişəsinin içinə çəkilmiş İran və Türkiyəylə sıx əlaqələri olan dövlətdir. Maraqları çarpışan dövlətlər istər-istəməz bütün cəbhələrdə üz-üzə gəlirlər və ya gətirilirlər. Üstəlik, Azərbaycanın Cənubi Qafqazın insan resursları baxımından ən böyük və iqtisadi cəhətdən ən qüdrətli dövləti olduğunu nəzərə alsaq kimin burda hakim olması onun gücünə güc qata bilər.

-Hesab edirsiniz ki, bu polemikaların arxasında Türkiyənin geoplitik maraqları dayanır?

-Əslində polemikaların birbaşa bu maraqlarla əlaqədar olduğu şübhəsizdir. Təsadüfi deyil ki, bizdə Şah İsmayıla hücumlar təşkil olunduğu anda Türkiyənin ən məhşur teleseriallarından birində də eyni hücumlar müşahidə edilir. Amma açığı, mən bunun Türkiyənin hakim iradəsi tərəfindən təşkil olunduğuna da inanmıram. Ən azı o səbəbdən ki, bu cür polemikalar Türkiyənin siyasi maraqlarına  ən azı indiki dövr üçün o qədər də uyğun deyil. Şah İsmayılın aşağılanması istər-istəməz Azərbaycan türkündə Türkiyəyə qarşı soyuqluq yarada bilər və bu da “bir millət, iki dövlət” siyasətinin ciddi yara almasıyla nəticələnə bilər. Sözsüz ki, polemikaların gündəmə gətirilməsində Türkiyəyə bağlılığı şübhə doğurmayan bəzi qüvvələr yer alır. Amma bu qüvvələr AKP hakimiyyətiylə birbaşa əlaqədar deyil, onun hansısa bir müttəfiqinə bağlıdırlar. Daha aydın ifadə ilə desək, "Nur" camaatına bağlıdır. "Nur" camaatının isə son zamanlar AKP hökumətiylə münasibətləri korlanıb. Mümkündür ki, bu camaatın başında duranlar Türkiyənin indiki hökumətinə öz güclərini nümayiş etdirmək üçün bu addımı atırlar. Demək istəyirlər ki, bizim iradəmizlə razılaşmasınız, qardaş ölkələrdə bütün əlaqələrimizi Türkiyənin əleyhinə çevirə bilərik. Hesab edirəm ki, bu olduqca təhlükəli tendensiyadır və Ərdoğan hakimiyyətini ciddi şəkildə fikirləşdirməlidir. Türkiyənin zəifləyən təsir gücünün yerində İran hegemoniyasının qurula biləcəyi ehtimalı heç zaman yaddan çıxarılmamalıdır.

-İttihamlara görə, Şah İsmayıl türklüyə böyük zərbələr vurub və tarixi türk torpaqlarında fars mədəniyyətinin formalaşmasına xidmət edib. Sizin bu fikrə münasibətiniz...

(ardı var)

loading...
"Şuşada elə bir əzəmətli "Dəmir yumruq" ucaldılsın ki, Xankəndindən də görünsün..."
İvanka Tramp bu dəfə "tualet zülmü" ilə gündəmə gəldi...
"Laçın dəhlizi terrorçuların nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır"
Erməni kilsəsi “Qarabağ ordusu”na göndərdiyi ekskavatorların ünvanını səhv salıb...
"Ceyhun Bayramov türkiyəli həmkarının sürəti ilə ayaqlaşa bilmir..."
N.Tusi adına Klinika

Müsahibə
"Aktyoru təqaüdə çıxarmaq olmaz, o hər zaman səhnədə olmalıdır, o təqaüdə çıxdı, öldü"
Siyasət
"Siyasi riyaziyyat tələb edir ki, Ermənistan Türkiyə ilə dostluq münasibətləri qurmalıdır"
Dünya
Qatarın üzərinə çıxan azyaşlının ayaqları qopdu - DƏHŞƏT... + FOTOLAR
Dünya
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
Dünya
Əhməd Londonda qida bankının rəhbəri təyin olundu...-FOTOLAR

Yazar
Zülfüqar Hüseynzadə
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
İlham İsmayıl
Vətən yarası öz-özünə qaysaqlanıb sağalmır, onu sağaltmaq lazımdır...
Seymur Verdizadə
Məmurların “qoruyucu qalxan”ı güllə keçirməyə başlayıb...
Sultan Laçın
“Paşinyanın başına “dəmir yumruq” düşsün...- Hələ statusdan danışır...”
Həftənin ən çox oxunanları
Bu şəxslərə hər ay 130 manat veriləcək - NAZİRLİK AÇIQLADI
“Kəlbəcər və Laçındakı SES-lərə xərclədiyimiz 200 milyon dollar batdı...”
Nəyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? - Alimlərdən AÇIQLAMA
"Azərbaycan hərbi əsirləri Ermənistan tərəfinə daha yüksək qiymətə "satmağa" çalışır..."
Putin sabahkı görüşdən əvvəl Ərdoğanla da danışsaydı, Makrona olan zəngdən heç də narahat olmazdıq...
"Xeyli sayda at Kəlbəcər tərəfə keçsə də onları qaytarmaq imkanı yoxdur...
Ermənilər Xankəndini tərk edir - FOTOLAR
"Çox şadam ki, bu mükəmməl struktur onun kimi vətənpərvərə həvalə edilib" - FOTOLAR
“Şuşada Malıbəylə qonşu kənddəki ermənilər bizə bir güllə də atmamışdı, amma...”
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}