Vallah, yenə şikayətlənmək, zarımaq olmasın( onsuz da vecinə alan kim...), ilk qar yenə bizə-Qobu camaatına düşərli olmadı...
Gecədən qarın yağması ilə işıqlarımız yenə
söndü, söndürdülər desəm, daha doğru olar...Onsuz da öyrəncəliyik, bir növ adətkardayıq...Qar
yağar-yağmaz, külək əsər-əsməz, soyuq düşər-düşməz, qış gələr-gəlməz belədir-işıqları-işığımızı-el
dili ilə desəm, çırağımızı söndürürlər...Sanki insan deyilər, elə bil onların
ailələri, yaxınları, əzizləri, övladları yoxdur...İnsanların qəsdinə durublar
elə bil...Hər dəfə şikayət edəndə də, "çox gözəl cavablar"
alırıq-alıram-"məgər sizdən savayı işığı keçən yoxdur..., bir sizsiniz
işığı sönən..., nə olub ey, cəmi bir neçə saatlıq keçib də işıqlarınız..., niyə
sizdən başqa şikayətlənən yoxdur, axı..." və sair və ilaxır...Mən də bu
"gözəl cavablar" qarşısında bir qədər duruxub, sonra deyirəm ki,
qobulular öyrəşiblər, aylarla qaz-işıq, filan olmasın, artıq veclərinə deyil...
Amma yenə də sağ olsun "Azərenerji"də
işləyən (adını yazmaq, ona əlavə problemlər yaratmaq istəmirəm) bir nəfər
xanım-keçmiş həmkarım...İşıqlar sönən kimi o yazığı da bezdirirəm, zəngi-zəng
dalınca edirəm, mesajı mesaj dalınca yazıram...O da hər dəfə tapşırır, gəlib
düzəldirlər, işğı yandırırlar, amma bir az hava dəyişən kimi, işıqların da
sanki havası dəyişir-dəyişdirilir...Hətta, Qobunun problemləri, xüsusilə,
işıq-qaz - qaz onsuz da bizdə yoxdur, söz veriblər ki, gəlib kod açacaqlar, nə
bilim sayğac quraşdıracaqlar, amma bizahmet gəlib çıxmırlar ki, çıxmırlar - və
digər problemləri ilə bağlı ərk etdiyim, güvəndiyim bəzi millət vəkillərini də
bezar etmişəm, artıq onlara da zəng etməyə utanıram... Hansı ki, Qobunun,
Abşeronun problemləri ilə məşğul olacaq millət vəkilləri- onlara millət vəkili
deməyə də adamın ağzına heyfi gəlir-, o cümlədən, məsul şəxslər tamam ayrı
adamlardır...Amma görünür həmin deputatların və səlahiyyət sahibləırinin
Qobudan, Abşerondan daha vacib işləri, "problemləri" var...
Artıq mən
indidən dərd götürüb ki, işdən evə necə gedəcəm, yollar buz bağlasa, nə
olacaq, yenə
ailə üzvlərimi qaranlıq, soyuq-qazı, işığı (düz əməlli yolu-izi olmayan)
olmayan evdə tək qoyub şəhərdəki hansı qohumumun evində gecəkləməli
olacam....İşde, bizim hayat, bizdə hayat böyle, arkadaşlar...(((((((((((((