Dünən Moderator.az saytının bölgə müxbiri Mingəçevirdən olduqca həyəcanlı məlumat əldə edib. Bildirilir ki, şəhərin mərkəzində, poçtun qarşısında toplaşan və Bakıya sərnişindaşıma ilə məşğul olan onlarla sürücü Nəqliyyat Nazirliyinin müvafiq departamentinin əməkdaşlarının qəzəbinə gliblər və hamısına lisenziyasız fəaliyyət göstərdiklərinə görə ucdantutma 50 manat civarında cərimə kəsilib. Sürücülərsə iddia edirlər ki, onlara şəhər avtovağzalının ərazisində dayanmağa icazə verilmir və 150 manat lisenziya haqqı və 270 manat “şapka” istənilir və bunu Mübariz adlı şəxs heç nədən çəkinmədən dilə gətirir. Ancaq sürücülər Moderator.az-ın əməkdaşına bildiriblər ki, əslində sərnişindaşıma üçün Mübarizin lisenziya vermək səlahiyyəti yoxdur və dəfələrlə Bakıdakı avtovağzalda Rasim adlı şəxs Mübarizə bunu başa salsa, hətta Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediləcəyini bildirsə də Mingəçevirin nəqliyyat “boss”u öz bildiyindədir və obrazlı deyilsə, “Nuh” deyir, “Peyğəmbər” demir...
Üstəlik, sürücülər deyir ki, onlar mütəmadi
taksi fəaliyyətiylə məşğul olmurlar, bəzən günlərlə müştəri olmadığından əliboş
evlərinə dönürlər. Bəzən də elə olur ki, sürücülədən biri maşınını yol kənarında
saxlayıb hansısa mağazadan evinə ərzaq almaq istəyəndə də nəqliyyat
departamenti əməkdaşları onları haqlayıb cərimə kəsirlər, səbəbini isə onlarda
olan əməliyyat məlumatına görə arada bir Bakıya adam aparıb-gətirdiyiylə bağlı
onlarda təkzibedilməz məlumat olduğuyla izah edirlər.
Sürücülər əməkdaşımıza deyiblər ki, Mingəçevirin
prokurorunun qəbulunda olacaqlar, sonra isə məhkəməyə müraciət edərək ədalətin
zəfə çalmasına çalışacaqlar.
Sürücülər etiraf ediblər ki, problem hər kəsdən
aylıq 10 manat haqq istənilməsinə onlar tərəfindən “yox” cavabı verilməsindən
qaynaqlanıb və onların bu inadkarlığı hər birinə 50 manat cərimə ilə nəticələnib.