Tarif Şurası dünən axşam verdiyi qəfl qərarla yanacağın qiymətinin artdığını elan etdi. Maraqlıdır, ölkədəki qiymət artımına xalqın reaksiyası necə olacaq? Bu günə kimi “mən siysətə qarışmıram” deyib susan kütlə susqunluğu pozacaqmı? Xalq öz etiraz hüququndan istifadə edib hər hansısa bir formada öz mövqeyini ortaya qoya biləcəkmi?
Moderator.az-a açıqlama verən Mill Şura üzvü, ehtiyyatda olan ədliyyə generalı Vidadi Mirkamal xalqın passivliyinin səbələrindən danışdı:
“İqtidar öz represiya aparatından istifadə edərək bir balaca vətəndaş mövqeyi sərgiləmək istəyən şəxsləri şərləyərək həbs edir. Bununla yanaşı ölkənin narazı eloktaratının böyük bir hissəsi ölkəni tərk edib. Ölkədə siyasi fəalləğın aşağı olmasının əsas səbəbləri yuxarıda qeyd etdiyib bu 2 səbəbdir. Hazırda ölkədə olan protest eloktaratı isə siyasi partiyalar ətrafına cəmləşib.”
Xəyal Əzizov