Moderator.az-ın verdiyi xəbərə görə,Azərbaycan Demokrat Partiyası Taarif Şurasının ölkədə yanacağın qiymətinin qaldırılması ilə bağlı çıxardığı qərarı pisləyən bəyanatla çıxış edib. Bəyanatda deyilir
“ADP,
ölkədə social-iqtisadi gərginlklərin yaşandığı, işsizliyin, yoxsulluğun, gündəlik
təlabatla minimum əmək haqqı arasında dərin ziddiyətlərin yaşandığı bir şəraitdə
qiymətlərin bird daha qaldırılmasını qətiyyətlə pisləyib və bu siyasətin onsuz
da ağır social şərtlər daxilində yaşayan geniş xalq kütləklərinin həyatına məhvedici
təsir göstərməsindən ciddi narahat olduğunu diqqətə çatdırıb.
ADP hakimiyyətin bu addımını ölkədə mütəmadi
olaraq iqtisadi inkişaf siyasəti həyata keçirməsi ilə bağlı səsləndirdiyi bəyanatların
əsassızlığının sübutu kimi dəyərləndirib və xalqımızın iqtisadi üzüntülərlə
üz-üzə qaldığı bir dövrdə Tarif Şurasının hər cür bahalaşmaya stimul verən
yanacağın qiymətinin qaldırılması ilə bağlı çıxardığı qərarın yolverilməz
olduğunu bildirib.
ADP qiymət bahalaşmasının arxasında hakmiyyətin
yanlış iqtisadi-siyasətinin nəticəsi olaraq dövlət büdcəsində əmələ gələn kəsirlərin
vətandaşların ağır güzaranı hesabına
doldurulması faktının durduğunu bildirb və xalqımızın əleyhinə yönələn bu siyasətin
ölkədə social gərginliklərə, azad bazaar iqtisadiyyatı üzərində monopolist
siyasətin dərinləşməsinə, bahalaşmadan və qanun boşluğundan yaralanan oliqarx-
məmurların korrupsiya və rüşvətxorluq istiqamətində anti dövlət fəaliyyətinin
genişlənməsinə münbit şərait yaratmasını qeyd edib.
ADP hökumətin ölkədə sosal çaxnaşmalara,
iqtsadi gərginliklərə, siyasi tarazlığın pozulmasına gətirib çıxaracaq bu cür qərarların
qüvvəyə minməsindən ciddi əndişə duyduğunu bildirib və dövlət başçısını ölkə əhalisinin
yaşam tərziinə uyğun gəlməyən, digər sahələrdə də bahalaşmaya stimul verən, yaradacağı iqtisadi fəsadların sonradan həyatımızın
bütün sahələrində dərin və sağalmaz izlər qoyan qiymət bahalaşmasına təcili
reaksiya verməyə, social təminatla bağlı üzərinə düşən konstitusion vəzifələri
yerinə yetirməyə və Taarif Şurasının xalq əleyhinə yönəlmiş qərarnı durdurmağa çağırıb.