Moderator.az-ın verdiyi xəbərə görə, Fəzail
Ağamalı Ana Vətən Partiyası Gənclər Təşkilatı İdarə Heyətinin üzvlərini qəbul etdib.
Gənclərlə
görüşündə onlara uğurlar arzulayan Fəzail Ağamalı Gənclər Təşkilatının fəaliyyətinə
dair öz tövsiyyələrini vermiş, onları daim Azərbaycan dövlətçiliyinin qorunması
və möhkəmlənməsi uğrunda mübarizədə prinsipiallıq nümayiş etdirmək,
sosial şəbəkələrdəki fəaliyyətləri zamanı erməni vandalizmini önə çəkmək, hər
zaman Azərbaycanın maraqlarını qorumaq və onu ifadə etmək barədə tapşırıq və
tövsiyyələrini vermişdir.
Gənclər Təşkilatı İdarə Heyətinin üzvləri də
öz növbələrində partiyada onlara göstərilmiş diqqət və qayğıya görə Fəzail
Ağamalıya öz təşəkkürlərini bildirmiş və onu əmin etmişlər ki, AVP Gənclər Təşkilatı
öz fəaliyyəti ilə Azərbaycanda öndə gedən gənclər təşkilatlarında biri olacaq və
hər zaman öz fəaliyyəti ilə
partiyanın adını yüksək tutacaqdır. Sonda
görüş iştirakçıları xatirə şəkli çəkdirmişlər.