Tarif Şurası dünən axşam verdiyi qəfl qərarla
yanacağın qiymətinin artdığını elan etdi. Maraqlıdır, ölkədəki qiymət artımına xalqın
reaksiyası necə olacaq? Xalq öz etiraz
hüququndan istifadə edib hər hansısa bir formada öz mövqeyini ortaya qoya biləcəkmi?
"Şərq Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Ərəstun Oruclu Moderator.az
açıqlama verərək ölkədəki mövcud situasiyaya şərh verdi:
Bu gün Azərbaycanda
xalq etirazlarını koordinə edə biləcək heç bir siyasi qüvvə yoxdur. Ölkəmizdə son zamanlar müxtəlif səbəblərə görə, xalq etirazları olub-Quba,
İsmayıllı hadisələri yəqin ki, hamımızın yadındadır. Həmin situasiyalarda heç
bir siyasi qüvvə önə çıxaraq bu etirazlara təşkilatçılıq edə bilmədi.”
Politoloqun sözlərinə
görə, ölkədəki siyasi qüvvələrin başı daxili çəkişmələrə qarışıb:
Bu gün siyasi qüvvələr birlik nümayiş etdirmək əvəzinə, bir-birlərinə qarşı ittihamlar
səsləndirməklə məşğuldur. Ölkənin siyasi həyatında böyük bir boşluq var və nə qədər
ki, bu boşluğu dolduran qüvvə yoxdur bütün etirazlar spontan xarakterli olacaq.”
Xəyal Əzizov