Moderator.az-ın verdiyi xəbərə görə, noyabrın 29-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) rəsmi tərəfdaşı BP şirkəti ilə birgə Kürdəmir Paralimpiya İdman Kompleksində Paralimpiya İdman Festivalı keçmişdir. Tədbirin əsas məqsədi əlil idmanı və Paralimpiya dəyərlərini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri Paralimpiya hərəkatının fəal üzvlərinə çevirməkdir. Nümunəvi idman və musiqili-bədii proqramdan ibarət festivalda Kürdəmir şəhərindən əsasən uşaq və gənclər iştirak etmişdir. Festivalda uşaq və gənclərə dəstək üçün Paralimpiya çempionu Oluxan Musayev və digər gənc paralimpiyaçılar da iştirak etmişlər.
MPK-ın vitse-prezidenti Şaiq Həmidov çıxış edərək iştirakçılara
Paralimpiya hərəkatının tarixçəsi və London 2012 Oyunlarından başlayan MPK-BP rəsmi
tərəfdaşlığından danışdı. O, festivalın 3 dekabr ”“ Beynəlxalq Əlillər Gününə həsr
edildiyini vurğulayaraq insanları, xüsusilə uşaqları və gəncləri sağlamlıq
imkanlarından asılı olmayaraq idmanla məşğul olmağa çağırdı.Ş.Həmidov tədbirin
təşkilində göstərdikləri dəstəyə və köməyə görə BP şirkətinə,rayon icra
hakimiyyətinə, gənclər və idman idarəsinə, həmçinin Kürdəmir Olimpiya İdman
Kompleksinin rəhbərliyinə komitə adından təşəkkürünü bildirdi. Sonra Rayon İcra
hakimiyyətinin və rayonun Gənclər və idman idarəsinin nümayəndələri çıxış edərək rayondə əhalinin idmana və bədən tərbiyyəsinə
cəlb olunmaları üçün yaradılmış şəraitdən
danışmışdılar.
Rəsmi çıxışlardan sonra gənc
idmançılar müxtəlif
idman növləri üzrə nümunəvi
çıxışlar etmişlər. Təbdirdə yerli incəsənət
ustaları da müxtəlif musiqi nömrələri ilə çıxış etmişlər.
Tədbirin sonunda Ş.Həmidov
MPK adından yerli hökumət qurumlarını və Olimpiya İdman Kompleksini fəxri
diplom və hədiyyələrlə təltif etdi.