Deputat rus qoşunlarının Ukraynaya yeridilməsi təklifi ilə Rusiya prezidenti Valdimir Putinə müraciət edib.
Moderator.az xəbər verir ki, "ForPost" saytının yazdığını görə, belə bir müraciəti Putinə Sevastopol şəhər sovetinin deputatı Sergey Smolyaninov edib.
O müraciətində Rusiya prtezidentindən xahiş edib ki, qərb xüsusi xidmət orqanları tərəfindən ölkədə qanuni hakimiyyətin devrilməsi planı hazırlanır və onlar bu məqsədlərinə ölkədəki missonerləri vasitəsi ilə nail olmaq istəyir. Deputat deyib ki, yerli missonerləri vasitəsi ilə ölkədə xaos, qarışıqlıq yaradaraq nəzərdə tutulan hakimiyyət çüvriliçini reallaşdırmaq istəyirlər. Bunu nəzərə alaraq, deputat Ukraynanın suverenliyini, Krımdakı və digər bölgələrdə rus icmasını təhlükəsizliyini təmin etmək məqsədi ilə Rusiya öz hərbi qoşunlarını bu ölkəyə yeritməlidir.
Deputat onu da bəyan edib ki, bu məsələ Ukrayna hökuməti ilə tez bir zamanda razılaşdırılsın.