Xəbər lenti
15/11/2019 [16:42]:
Övladlarını gizlədən Elnarə Xəlilova: “Bir az səbr edin, görəcəksiz” -VİDEO
15/11/2019 [16:32]:
Şimali Kipr Türk Respublikası 36 yaşını qeyd edir- FOTOLAR
15/11/2019 [16:31]:
İlham Əliyev Şlomo Amarı qəbul etdi - FOTO
15/11/2019 [16:22]:
Abdullah Mətuq əl-Mətuq Tarix İnstitutunun fəxri doktoru oldu - FOTOLAR
15/11/2019 [16:11]:
Xidməti müqavilə üzrə işləyənlərin də icbari sığortaya cəlb edilməsi imkanları nəzərdən keçirilib
15/11/2019 [16:05]:
“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib - FOTO
15/11/2019 [15:56]:
Prezident Bilal Əliyevə mənzil bağışladı
15/11/2019 [15:54]:
İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO
15/11/2019 [15:51]:
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub - FOTO
15/11/2019 [15:48]:
"Bu bizneslə Əli Kərimli və Arif Hacılı məşğul olublar”
15/11/2019 [15:41]:
"Azərbaycan millisinin son oyunlarında inkişafını görmək olar"
15/11/2019 [15:38]:
Pivə oğurlayan kişiyə ölüm cəzası verdilər - FOTO
15/11/2019 [15:37]:
“Həyat yoldaşımın harda olduğunu bilirəm, hər dəfə zəng vurub soruşum ki, hardasan?”
15/11/2019 [15:33]:
"Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm"
15/11/2019 [15:30]:
İranda benzin bahalaşıb
15/11/2019 [15:28]:
Azərbaycanda avtomobillərə pərdə qadağası götürülür - Sürücülərə ŞAD XƏBƏR
15/11/2019 [15:25]:
Ermənistan hakimiyyət nümayəndələri  homoseksualların forumuna qatıldı...
15/11/2019 [15:23]:
Uğur devizi “Xəbər bizim işimizdir” olan agentlik - APA 15 yaşında
15/11/2019 [15:13]:
"Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib"
15/11/2019 [15:06]:
Bakıda Pakistan vətəndaşı həmyerlisinə qarşı dələduzluq edib
15/11/2019 [15:01]:
“Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
15/11/2019 [14:57]:
"Suriya neft oğurluğuna görə ABŞ-dan kompensasiya tələb edəcək"
15/11/2019 [14:55]:
Paşinyan xüsusi xidmət orqanına şeytanla bağlı göstəriş verdi
15/11/2019 [14:51]:
Məşhur aktyorun oriental şousu təəccübləndirdi - VİDEO
15/11/2019 [14:44]:
Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi - FOTO
15/11/2019 [14:37]:
“Dünyanın türkə, onun ədalət və əxlaqına ehtiyacı var”
15/11/2019 [14:37]:
Azərbaycan və Gürcüstan dəmir yolları rəhbərləri arasında görüş keçirildi - FOTOLAR
15/11/2019 [14:34]:
BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək
15/11/2019 [14:30]:
Bərdədə yaşayış binasında yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib
15/11/2019 [14:27]:
“Vergiyə görə müğənniləri güdməsinlər, o qədər güdməli adamlar var ki...”
15/11/2019 [14:26]:
“Smart-kart” tipli sayğaclar barədə “Azəriqaz” İB-dən açıqlama
15/11/2019 [14:14]:
Hamilə qadın huşunu itirənə qədər döyüldü - VİDEO
15/11/2019 [14:03]:
Ekoloqdan hava dəyişkənliyi barədə: “Yeni buzlaq dövrünə qədəm qoymuşuq”
15/11/2019 [13:53]:
UNEC-də növbəti Tələbə-rektor seçkiləri keçirilib - FOTOLAR
15/11/2019 [13:51]:
Almaniya 61 nəfər Azərbaycan vətəndaşını deportasiya etdi
15/11/2019 [13:47]:
Dünya dini liderlərinin II Bakı Sammiti başa çatıb
15/11/2019 [13:45]:
DİN Balakəndəki qətl hadisəsi ilə bağlı məlumat yayıb
15/11/2019 [13:42]:
Bakıda qulaqları boynunda, ağzı olmayan uşaq necə doğulub? -VİDEO
15/11/2019 [13:36]:
Tahir Kərimli Milli Məclisdə özündən getməsindən danışdı - VİDEO
15/11/2019 [13:35]:
Arzuxan Əlizadə Avropadakı mühacir skandalı barədə: “Bunun bir adı var..."
15/11/2019 [13:33]:
“Bunlar 1-ci qrup mənəviyyat, vicdan əlilləridir...”
15/11/2019 [13:33]:
Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək
15/11/2019 [13:29]:
FHN Xətaidə baş verən yanğınla bağlı məlumat yayıb
15/11/2019 [13:26]:
“Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı İlahə Fəda nə danışdığını bilmir” - VİDEO
15/11/2019 [13:23]:
Bakıya yağış, rayonlara qar yağacaq
15/11/2019 [13:23]:
Qənirə Paşayeva kitaba, çap məhsullarına ƏDV-nin ləğv edilməsi və ya ciddi azaldılmasını təklif edib - VİDEO
15/11/2019 [13:20]:
"Nataşalar baş köşəyə keçdi, minnətdarlıqları üstümüzdən keçən tankları oldu..."
15/11/2019 [13:17]:
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq (XƏRİTƏ)
15/11/2019 [13:15]:
Kran minik maşınını yolda belə sürüdü - ANBAAN VİDEO
15/11/2019 [13:14]:
"Gecələr içib deyirdi ki, dur oynayaq" - 40 yaşında evləndi, başına iş gəldi - TƏFƏRRÜAT
15/11/2019 [13:10]:
Gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılmışdır
15/11/2019 [13:02]:
Rus hərbçiləri ABŞ bazasını nəzarətə götürdü - Video
15/11/2019 [12:56]:
Dəyərlər: sosial şəbəkələr, söz azadlığı və etika kontekstində
15/11/2019 [12:55]:
Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar
15/11/2019 [12:55]:
Ərli qadın müəllim şagirdini evə çağırıb, onunla cinsi əlaqədə oldu - FOTO
15/11/2019 [12:54]:
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
15/11/2019 [12:53]:
“Məhkəməyə müraciət etməliyik ki, həkimlər öz işlərində diqqətli olsunlar, əks halda...”
15/11/2019 [12:52]:
Bu gündən Bakıya istilik verilir
15/11/2019 [12:49]:
Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq? - VİDEO
15/11/2019 [12:48]:
Azərbaycan iqtisadiyyatı 2%-dən çox böyüyüb
15/11/2019 [12:47]:
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib - FOTO
15/11/2019 [12:43]:
Bakı Dövlət Universitetinin ilk müəllimləri...
15/11/2019 [12:36]:
Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb
15/11/2019 [12:21]:
Bakı metrosu 25 yüksəksürətli eskalator alıb
15/11/2019 [12:20]:
Erməni lobbisinin tədbirə mane olmaq cəhdləri uğursuz oldu - FOTOLAR
15/11/2019 [12:00]:
Aqrar Xidmətlər Agentliyində rayon baytarlıq idarələrinin rəhbərləri ilə görüş keçirilib
15/11/2019 [11:53]:
DSX meşələrdə gizlədilən silahlar aşkarladı - FOTOLAR
15/11/2019 [11:48]:
Korrupsiyaya qarşı mübarizədə medianın rolu: Belə bir rol varmı?
15/11/2019 [11:48]:
Əlilliyi olan şəxsə reabilitasiya vasitələ təqdim edildi - FOTO
15/11/2019 [11:41]:
Nazirlik bələdiyyə sədrini cəzalanıb - FOTO
15/11/2019 [11:31]:
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib - FOTO
15/11/2019 [11:23]:
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
15/11/2019 [11:21]:
Polislər yanan binada körpələri belə xilas etdilər - FOTOLAR
15/11/2019 [11:19]:
Maaşlarını ala bilməyən pambıq zavodunun işçiləri Bərdə-Ağdam yolunu bağladılar - FOTOLAR
15/11/2019 [11:16]:
Buzova Rusiyanı “Avroviziya-2020”də təmsil edəcək?
15/11/2019 [11:15]:
Bütün gecəni mobil telefonla oynayan qız kor oldu
15/11/2019 [11:14]:
“Bütün ölkələr təhlükədədir...”- Putindən terror xəbərdarlığı...
15/11/2019 [11:12]:
“Son illər otlaqların pambıq sahələrinə çevrilməsi heyvanların azalmasına gətirib çıxarıb...”
15/11/2019 [11:10]:
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
15/11/2019 [10:53]:
Saakaşvili Gürcüstanda başlayan etirazları dəstəklədi
Bütün arxiv bir sırada
30/11/2013 [18:36] - Köşə - ( 7595 dəfə baxılıb)

Ancaq vicdanı olanlar vicdan əzabı çəkərlər

Aslan İsmayılov

Bu konkret hal barədə yazmaq mənim üçün bir şəxsi həyatdan yazmaqdan çətindir. Ancaq nə qədər çalışsam da mümkün olmadı. Təxminən 4 ildir gecə gündüz Həsən bəy Zərdabiyə, Mirzə Ələkbər Sabirə və Cəlil Məmmədquluzadəyə gündə bir neçə dəfə rəhmət oxudum, hər onlar yadıma düşdükcə utandım, onlardan üzr istəmək istədim. Hayıf ki, mümkün olmadı. Biz susduqca mədəniyyətsizlik, tərbiyəsizlik, bir qarşısı alınmaz fəlakət kimi, üstümüzə gəldi. Ona görə də qərara gəldim ki, konkret halı, adlar çəkmədən, nəzərinizə çatdıracam.

Təxminən 5 il əvvəl səhhətimlə bağlı dostum məni “Hyatt Regency” otelinin “Oazis” idman və sağlamlıq klubuna abunə yazdırdı. Həmin gündən hər gün səhərlər ora gedib hovuzda 500 metr məsafəmi üzürəm. Şənbə, bazar günləri isə idman zalına və saunaya baş çəkirəm. İlk günlərdən hər yerdə bir dənə olsun belə azərbaycan dilində yazılmış söz olmadığını, xadiməlik işindən başqa bütün işlərdə xaricilərin, xüsusilə hindli, filippinlinin işlədiyini gördüm. Bu barədə, yəni dövlət dilinə və millətimizə qarşı hörmətsizlik olması barədə Baş Nazir Artur Rəsizadəyə məktub yazdım. Bir həftə keçməmiş bütün yazıları azərbaycan dilində də yazdılar və tədricən üst işçiləri azərbaycanlılarla əvəz etdilər. Hər şey də elə bundan sonra başladı... İdman adı ilə oraya çay içməyə, qeybət etməyə, bu günki hakimiyyətin qanunsuzluqlarından, rüşvətxorluğundan danışmağa (ora məhz sağlamlığım üçün gəldiyimdəm bir dəfə də bu mövzuya qarışmadım, bir də ki, həmin şəxslərin vəzifədə olanda elə o işlərdə xüsusi bacarıqlarının olduğunu gözəl bilirəm) gələn təxminən 7-8 nəfərdən ibarət, bu gün işsiz olan, hamısı keçmiş polis rəisləri, icra başçısının müavini, maliyyə nazirliyinin rəhbərlərindən biri, 250 manat maaşla 250 min manatlıq dövlət nişanlı maşın sürən hüquq fakultəsinin müəllimi və s. də gəlirlər. İlk günlərdən bəzilərinin murdar əməllərini görsəm də azərbaycansayağı hamını yola verməyə çalışırdım. İnsaf naminə onlar da mənə hörmətlə yanaşır və az qala zorla çay içməyə də dəvət edirdilər. Bu 7-8 nəfərin çay içmə mərasimi onlarla insanın istirahətini cəhənnəmə döndərdiyindən həmin şəxslər saunanın qarşısında olan istirahət otağında istirahət edə bilmirdilər. Oranın o duruma düşməsində dolayısı ilə mənim də suçum olduğundan hər dəfə orada uzandıqda nə qədər xahiş etsəm də ki, “uzanıb həzin, klassik musiqi sədaları altında 5 dəqiqəlik mürgüləmək istəyənlər var, yaxşı deyil, bura xaricilər də gəlir, burada hündürdən danışmaq, telefonla alış-veriş etmək, biznes problemlərini çözmək, rüşvət verib “yağlı” vəzifəyə gedən qohum-əqrəbanı telefonla hündürdən "xeyirli olsun" demək, bazarlıq üçün sürücülərə sifariş vermək” və s. burada yazmağa utandığım halları bağıra-bağıra demək olmaz, xeyiri olmadı... 3-4 dəfə çay içmək istəməsəm də onlarla oturub (istirahət otağında oturmaq üçün yer nəzərdə tutulmayıb, ancaq uzanmaq üçün taxta çarpayılar var) hər dəfə hündürdən danışanda dostcasına “istirahət edənlər var” desəm də, yenə xeyiri olmadı. Bir müddət ümumiyyətlə baş qoşmaq istəmədim. Ancaq idmana gələnlərin bir çoxu, o cümlədən elə orada çay içənlərin bəziləri də daxil olmaqla, mənə yaxınlaşıb, yaxud mənə eşitdirmək üçün soyunma otağında ucadan həmin şəxslərin ardınca təhqiramiz ifadələr işlədirdilər. Təxminən 2-3 ay əvvəl artıq ciddi şəkildə bildirdim ki, əgər burada bir daha çay dəstgahı düzəldib bağıra-bağıra danışsanız otelin rəhbərliyinə şikayət edəcəm. Bundan əlavə, elə həmin şəxslərin bir neçəsinin üzlərinə dediyim oğurluğa bərabər halları isə burada sadalamaq istəmirəm. Bir xeyiri olmadığından axırı şikayət edəsi oldum. Həmin şəxslərə orada çay dəstgahı qurmağı qadağan etsələr də, onlar öz əməllərini davam edir, mən isə şikayətimi davam edirdim. 5-10 manat bəxşiş alan gənc işçilər isə mənim şikayət etdiyimi israrla onlara təkrarlayırdılar.

Bu gün yenə uzanıb istirahət etmək istəyən kimi söz atmağa başladılar. Yenə onlara izah etmək istədim, alınmadı, sanki bir dəstə "qiyena" (azərbaycan dilində "kaftar" adlanır) mənə hücuma keçdilər, nələr dedilər... orada baş verənlərdən gündə arxalarınca şikayət edənlər isə özlərini görməməzliyə vurdular. Necə deyərlər maskalar cırıldı, sifətlər göründü. Bacardığım qədər cavablarını verdim və düşündüm, İlahi, biz nə gündəyik, kimlər bizə rəhbərlik edir, kimlər gənc nəsilə dərs deyir, kimlər professor adı daşıyır?! Hüquq fakültəsində dərs deyən 250 manat maaş alıb, 250 min manatlıq dövlət nişanlı maşın sürən, "Vertu" telefon gəzdirən, bir paltar şkafının pulunu verib üçündən gizli şəkildə istifadə edən, hüquq elmləri doktoru adına iddialı olan, məndən 20 yaş cavan "müəllim"in bağıra-bağıra “Millət səni də məni də yaxşı tanıyır” deməsi isə "aftafa görməyən"lərin kulminasiya nöqtəsi oldu! Səmimi deyirəm həyatımda birinci dəfə azərbaycanlı olduğumdan utandım.

Axı məni təhqir edənlər mənim həm qanuni, həm mənəvi, həm də əxlaqi baxımdan düz irad tutduğumu bilirlər, susanlar isə yaranmış nisbi sakitliyə görə təklikdə mənə neçə dəfə təşəkkür ediblər. Əminəm ki, bu yazı paylaşılacaq və həmin şəxslər özlərini görəcəklər. Mən şəxsən düz olsam da baş verənlərdən vicdan əzabı çəkdim, bəs onlar?! Ancaq vicdanı olanlar vicdan əzabı çəkərlər!

P.S. Gözümün qarşısında Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalında dərc olunan Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi və adlarını sadamadıqlarım digər ziyalıların yazıları, Əzim Əzimzadənin karikaturaları canlandı. Üstündən necə il keçib?! Cəmi yüzcə il...

loading...
loading...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Həyat yoldaşımın harda olduğunu bilirəm, hər dəfə zəng vurub soruşum ki, hardasan?”
Cəmiyyət
“Məhkəməyə müraciət etməliyik ki, həkimlər öz işlərində diqqətli olsunlar, əks halda...”
Cəmiyyət
“Son illər otlaqların pambıq sahələrinə çevrilməsi heyvanların azalmasına gətirib çıxarıb...”
Gündəm
Bu gün Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək...
Dünya
Nazarbayevin qızı İrəvanda Mirzoyanla dostluq ağacı əkdi - FOTO
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Yanvardan pensiyalar bu qədər ARTACAQ
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
“Onlar rus ordusunun hücumunu önləməyə qadir deyil”
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247