Moderator.az-ın verdiyi xəbərə görə,AMİP sədri Yusif Bağırzadə, baş katib Arzuxan Əlizadə və beynəlxalq əlaqələr katibi Elşən Mustafayev noyabr ayının 21-də İstanbulda keçirilən beynəlxalq tədbirdə iştirak ediblər.Təşkilatçısı AMİP, Gürcüstanın Vahid Milli Hərəkatı, İsveçin Moderat Partiyası və Türkiyə Liberal Düşüncə topluluğunun olduğu Dəyirmi Masanın mövzusu “Beynəlxalq təhlükəsizlik, suverenlik məsələlərində yaranmış problemlər və xarici təhdidlər” olmuşdur.Dəyirmi masanın işində AMİP rəhbərliyi ilə yanaşı Gürcüstan parlamentinin deputatları, regionla yaxşı tanış olan Qarabağ üzrə ATƏT-in keçmiş məruzəçisi olmuş Goran Lennmarker, İsveçin Gürcüstandakı səfiri Diana Janse ,İsveçin Türkiyədəki keçmiş səfiri (həmçinin Azərbaycan üzrə səfir olmuş) Michael Sahlin , ABŞ-dan bölgə üzrə məşhur araşdırmaçı Peter Metrel , Avropa və Türkiyənin bir çox syasət, elm adamları iştirak etmişlər.
Dəyirmi masada AMİP rəhbərliyinin və digər siyasətçilərin etdiyi əsas məruzələrdən sonra geniş diskussiyalar olmuşdur.Müzakirələr əsasən bölgə dövlətlərinə qarşı olan təhdidlər, bunlardan yayınma yolları, Gömrük İttifaqı və Avrasiya İttifaqının yaradılmasının region ölkələrinin müstəqilliyinə olan təhlükəsi, Avrointeqrasiya məsələləri ətrafında olmuşdur.İşgüzar səviyyədə keçən Dəyirmi Masa Türkiyə mətbuatı və televiziyalarının diqqət mərkəzində olmuşdur.Dəyirmi Masanın sonunda qərara alınmışdır ki,bu istiqamətdə tədbirlərin davamlı olması üçün birgə lahiyələr üzərində işlənilsin.