Deyəsən, hakimiyyətin qəsdən “Azadlıq” qəzetinin baş redaktorunu prezidentlə görüşə çağırmamaqla güddüyü məkrli niyyət öz bəhrəsini verməkdədir. Artıq istər Müsavat və AXCP funksionerləri, istərsə də bu düşərgələrin illər uzunu rəqabətdə olan mətbu orqanlatı gizli də olsa bi-birini ittiham etməkdən çəkinənə oxşamırlar.
Müsavat Partiyasının müdafiəsinə qalxan Əhrar
Partiyasının sədi Vaqif Hacıbəylinin Ənnağı Hacıbəylini “Azadlıq”dakı müsahibəsinə
görə ittiham etməsi azmış kimi “Xaliq Bahadır kimi qərəzli və xəstə təfəkkürlü
birisinin qardaşından bundan artığını gözləməyə dəyməz ki” söyləməsi münasibətləri
daha da kəskinləşdiib.
Amma bu ittihamlara baxmayaraq Xaliq Bahadır
ünvanına söylənilən bu fikirləri təmkinlə qarşılayır. Moderator.az-a
açıqlamasında həmkarımız Vaqif Hacıbəyliyə cavab olaraq bildirdi ki, Azərbaycanı, Azərbaycan xalqını ürəkdən sevərək
onun iç-dış düşmənləri, agent-satılmışlarla barışmaz çarpışma aparmaq qərəz, xəsəlik
sayılırsa, onda qoy hamı məni "qərəzli", "xəstə təfəkkürlü”
saysın!”