“Bizi nə Avrasiya, nə də Gömrük İttifaqı xilas edə bilməz”. Bu sözləri Moderator.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, Azərbaycan hətta bu qurumlara daxil olsa belə, Rusiya bu ittifaqlar daxilində Azərbaycan və Ermənistana bərabər münasibət sərgiləməyəcək: “Rusiya hər zaman Azərbaycana qərəzli münasibət bəsləyib və ermənilərə dəstək verib. Bu səbəbdən də Azərbaycan hətta Avrasiya və ya Gömrük İttifaqına daxil olsa belə, yenə də Rusiyanın Azərbaycana olan mnüasibəti Ermənistana olan münasibətindən fərqlənəcək. Bizim bütün tariximiz bunu sübut edir. Buna görə də, əgər kimsə düşünürsə ki, Avrasiya İttifaqı və ya Gömrük İttifaqna daxil olmaqla rəsmi Bakı Rusiyanın təzyiqini neytralaşdıra biləcək, çox ciddi səhvə yol verir”.
Seymur Əliyev