“Qanun gücsüz, kiminsə
hakimiyyətinə tabe olduğu yerdə dövlətin tezliklə məhvini görürəm; qanunun
hakimiyyət nümayəndələri üzərində ağalıq etdiyi, onların isə qanunun qulu
olduqları yerdə dövlətin və Allahın bəxş etdiyi sərvətlərin xilasını görürəm”.
Platon
Açıram ekranı mən,
yurdu gülüstan görürəm,
Baxıram yan-yörəmə, hər kəsi nalan görürəm.
Kim görər yolda məni,
söylər: ”“ “alıb qan gözünü”
Bəlkə bundandı ki, ətrafımı al qan görürəm?
Qaçıram tez evə, göz
gəzdirirəm güzgülərə
Gözü qansız, özümü adicə insan görürəm.
Mənə derlər: “bu yolun
son ucu zindan görünür.”
Mənsə onsuz da bütün hər yanı zindan görürəm.
Dini İslam bilinən
ölkədə saqqal kəsilir-
Nə kəsən əldə, nə saqqalda bir iman, görürəm
Bilmirəm, mənmi koram,
yoxsa ki, aləm dəlidir,
Hara baxsam, Yaradan Xaliqə üsyan görürəm.
Mənə, Heydər demə, ”“
“ölkəmdə tərəqqi görünür.”
Harda şahlıq görürəm, sonluğu viran görürəm.