Bir neçə gün öncə İraqın Kürdüstan bölgəsinin rəhbəri Məsud Bərzaninin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə kürdlər yaşayan Diyarbəkirə tarixi ziyarəti gerçəkləşdi. Həmin səfər əsnasında orada olan və Bərzanini Azərbaycana dəvət edən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanın bu addımı cəmiyyətdə birmənalı qarşılanmadı. Hətta politoloq Cümşüd Nuriyev prokurorluğun onu dərhal həbs etməli olduğu barədə bəyanat səsləndirdi. Üstündən bir həftə keçdiyindən aranın səngidiyini zənn etmişdik. Ancaq bu gün səhər tezdən Tahir Süleymandan saytımızın poçtuna aşağıdakı məzmunda cavab reaksiyası daxil olub:
“Görəsən Cümşüd Nuriyev kimi
ziyalılar,"Diplomat" qəzetinin baş redaktoru Tahir Süleyman kimi fəal
insanlara nə üçün ikrah hissi ilə yanaşırlar? Tahir Süleyman getdiyi hər bir
xarici olkələrdə Azərbaycanımızın başına gətirilən faciələrdən, İyirmi yanvar,
Xocali soyqırımlarından, Qərbi Azərbaycandan, Zəngəzur, Dərələyəzdən,
Qarabağdan danışır, mətbuat konfransları keçirir, xalqımızın dərdi sərini dünya
mətbuat nümayəndələrinə çatdırmaqla yanaşı, Ölkə rəhbərliyimizin sayəsində
Respublikamızın regionda inkişaf etmiş ölkələr sırasında olduğundan söhbət açır
və şərhlər verir.
Bu ilin aprel ayında, beş nəfər nümayəndə heyəti ilə, İraqın Ərbil
şəhərinə, Səlahəddin Universitetində on yeddi olkənin iştirakı ilə keçirilən
konfransa qatıldıq. Gündəmdə olmayan bir məsələni -Xocalı soyqırımını konfransın gündəminə qoyduq. Bununla
yanaşı Azərbaycan haqqında, Azərbaycanımızın yaşadığı faciələr barədə doqquz konfrans
univerisetlərdə, təskilatlarda, siyasi qurumlarda keçirərək Vətənimizdə baş
vermiş olaylayı olduğu kimi İraq ictimaiyyatına çatdırırdıq.
Tahir Süleyman bu gün öz hesabına qardaş Türkiyə respublikasına gedirsə və
Türkiyənin Baş naziri Pəcəb Təyib Ərdoğan cənablarının təşəbbüsü ilə kecirilən
``Demokratiya,qardaşlıq, barış, dostluq” tarixi görüşünə qatılırsa, Kürdüstan
Bölgəsinin Prezidenti Məsud Barzani ilə, Türkiyənin Baş naziri Pəcəb Tayyib Ərdoğan ilə görüşə bilirsə və Kürdüstan Bölgəsinin
Prezidentini ölkəmizə dəvət edə bilirsə, qırxdan
artıq partiya və təşkilatlarda ölkəmiz haqqında məlumat verə bilirsə bu təqdirə
layiq görülməlidir, təşəkkür edilməlidir və başqalarına örnək kimi
göstərilməlidir.
Cümşüd Nuriyev, Biləcəridən o tərəfə getmək lazimdir, dünya ictimaiyyəti
arasına çıxmaq lazımdır, nə vaxta qədər qınınızda
qalacaqsınız?
Cənab Cümşüd Nuriyev, məni prokurorluqla qorxutmayın,Siz heç narahat olmayın, ölkəmizin hüquq- mühafizə orqanları çox ayıq-sayıq çalışırlar və göydə
dəstə ilə uçan quşların hansının gözünün çaş, hansının gözü katarakt, hansının gözünün kor olmasından xəbərdardırlar və sənin, mənim nə işlə məçğul olduğumuzu
yaxşı bilirlər.”