Əziz dostlar! Hörmətli soydaşlarımız!
Hazırda Azərbaycanın hər bir yerində
soydaşlarımız, xüsusən qaçqınlar və köçkünlər Vətən həsrəti ilə yaşayır. Bizim saf və səfalı yerlərimizdə isə
tüfeyli və köçəri hay tayfaları at oynadır. Buna Azərbaycan xalqının mərd və
mübariz övladları, xüsusən müasir gənclik heç vaxt biganə qala bilməz. Vətən
bizi gözləyir! İrəvan, Şuşa, Laçın, Ağdam, Zəngilan, Göyçə, Xankəndi, Zəngəzur, Ağrı dağı, Dərələyəz,
Gorus, Qafan.. bizi öz doğma qoynuna çağırır. Biz Vətənin səsinə səs verməliyik!
Ulu öndər Heydər Əliyevin gənclərə tövsiyə
və tapşırıqlarını heç vaxt unuda bilmərik. O, bu gün də aktual mahiyyət daşıyan
vəsiyyət və çağırışlarında vətənpərvər gənclərə üz tutub deyirdi: “Gənclərimizin
əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən,
müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən
ibarətdir...
Azərbaycanın müstəqilliyini inkişaf etdirmək,
qorumaq, möhkəmləndirmək və onu əbədi
etmək üçün hər gün çalışmaq, hər gün fəaliyyət göstərmək lazımdır”.
Bu gün erməni işğalçılarının əsarətində
olan Azərbaycan torpaqlarının taleyi Dünyanın Qordi düyünüdür. Erməni-daşnak
millətçilərinin yalan və uydurmalarına uymuş beynəlxalq irtica bu düyünü açmaq əvəzinə,
ilbəil onu daha da çətinə salır. Odur ki, bu düyünü başqaları deyil, biz gənclər
açmalıyıq. Vətəni əsarətdən xilas etmək bizim tarixi missiyamızdır. Bunu biz,
müasir gənclik etməliyik.
Dövlət başçısı cənab İlham Əliyev ermənilərin
total antiazərbaycan təxribatına qarşı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaqda gənclərimizin öhdəsinə düşən vəzifələrdən danışaraq demişdir: “Erməni
təbliğatı daim bizi hədəfdə saxlayır. Erməni lobbisi daim ölkəmizə qarşı
informasiya müharibəsi aparır. Bunu hər bir soydaşımız, hər bir azərbaycanlı gənc
bilməli və unutmamalıdır”.
İlham Əliyev dəfələrlə xüsusi qətiyyət və cəsarətlə
qeyd etmişdir ki, bu gün “Ermənistan” adlanan ərazi bütünlüklə Azərbaycan
torpaqlarıdır və biz o doğma yerlərə, Qərbi Azərbaycana dönmək istəyində
israrlıyıq. Təbii ki, bu istəkdə xalq ölkə başçısı ilə tam yekdildir.
Erməni lobbisi Avropada və başqa ölkələrdə...
əsrlər boyu təşkilatlanmış çox aqressiv və mənfi bir qüvvədir. Bizə qarşı mənfi
informasiyanın təkanvericisi erməni lobbisidir. Erməni lobbisinin təsiri
altında olan, onların çirkin pulları ilə dolanan bəzi ölkələrin siyasət xadimləridir.
Ərazi baxımından tarixi Azərbaycan
torpağında, vaxtilə İrəvan xanlığının ərazisində və onun ətrafında yerləşən Azərbaycan
torpağında yaradılmış Ermənistan dövləti bu gün də Azərbaycana qarşı ərazi
iddiasındadır və təcavüz yolu ilə torpaqlarımızı bir daha ələ keçirmək istəyir.
Torpaqlarımızın 20 faizi işğal etmiş ermənilərin etnik təmizləmə siyasəti nəticəsində
1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüşdür.
Müstəqillik bizim üçün özünüdərk, özünə
qayıdış və özünü təşkiletmə imkanıdır. Biz bu imkandan maksimum faydalanmalı,
özümüzü yenidən təşkil etməli və Azərbaycanın azadlıq bayrağını tarixi
torpaqlarımızın qəsr və qalalarına sancmalıyıq. İrəvan, Zəngəzur, Göyçə, Vedi,
Xan kəndi, Şuşa.. bu bayrağı intizarla gözləyir. Vətəni bu intizardan
qurtarmaq, soydaşlarımızı doğma, əziz Ana Vətənlə qovuşdurmaq bizim tarixi
missiyamızdır. Biz bu missiyanı həyata keçirmək üçün prezident cənab İlham
Əliyevin ətrafında daha six birləşməli və güclənən Azərbaycan quruculuğunda, üzərimizə
düşən vəzifələri şərəflə yerinə yetirməliyik!