Prezident İlham Əliyevin Məmmədəmin
Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi haqqında dünən imzaladığı sərəncam cəmiyyətdə böyük razılıqla
qarşılanıb və bir çox müşahidəçilər bu addımı dövlət başçısının müxalifətlə
dialoqa başlamağa hazır olduğunun əlaməti kimi yozur.
Bəs görəsən müxalifət partiya rəhbərləri bu haqda nə fikirləşir?
Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev prezidentin bu addımını
müsbət qiymətləndirdi:
“Sözsüz ki, Şərqdə ilk demokratik respublika quran Rəsulzadənin 130
illik yubileyinin qeyd olunması müsbət haldır. 1991-ci ildə elan olunan müstəqil
Azərbaycan Respublikasının ADR-in varisi olduğu elan olundu. Mövcud iqtidar dönəmində biz Rəsulzadəyə
qarşı yad münasibətin şahidi olurduq, ümid edirəm bundan sonra bu tendensiya
aradan qalxacaq. Prezidentin bu addımı
müxəlifətə yox, dövlətçiliyə jest kimi qəbul edilməlidir."
Xəyal Əzizov