“Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməməsinə səbəb hökumətin bu məsələyə ciddi maraq göstərməməsidir”. Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev bildirib. Ekspertin sözlərinə görə, neft pullarının tənbəlləşdirdiyi hökumət qeyri-neft sektorunun inkişafına ciddi maraq göstərmir: “Neft gəlirləri hökuməti tənbəlləşdirir. Neft pullarının gəlişi qeyri-neft sektorunun inkişafına marağın azalmasına səbəb olur. Əslində analoji problemə digər neft dövlətlərinin timsalında da rast gəlmək mümkündür. Azərbaycan iqtisadiyyatı neftdən əhəmiyyətli dərəcədə asılıdır. Bu isə olduqca təhlükəlidir. Bu asılılığı tədricən aradan qaldırmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq lazımdır. Əks təqdirdə bu, Azərbaycan üçün faciəvi nəticələrə səbəb ola bilər”.
Seymur Əliyev