MTN təcridxanasında saxlanılan
jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin gələn həftənin birinci günündən
aclıq aksiyasına başlayacağı xəbəri onun jurnalist
və hüquq müdafiəçisi həmkarlarını narahar etməkdədir. Pərviz
Həşimli
də artıq vəkili vasitəsilə göndərdiyi
ismarıcda
bildirir ki, o ancaq
jurnalist və hüquq
müdafiəçisi həmkarlarının köməyinə güvənir və onları daha
fəal
olmağa
səsləyir. Görəsən, onun
bu umacağını hüquq müdəfiəçiləri
necə qarşılayır?
Moderator.az-a açıqlama verən hüquq müdafiəçisi
Novella Cəfəroğlu Pərviz Həşimlinin MTN- təcridxanasından çıxarılması üçün əlaqədar
qurumlara müraciətlər
ünvanladıqlarını bildirdi:
“Bildiyiniz kimi MTN-təcridxanası qapalı yerdir, qanunla biz orda Pərvizlə
görüşmək hüququmuz yoxdur. Bizim məqsədimiz P.Həşimlinin tez bir zamanda MTN təcridxanasında
çıxarılaraq Kürdəxanı istintaq təcridxanasına göndərilməsinə nail olmaqdır.”
Xəyal Əzizov