Moderator.az-ın verdiyi xəbərə görə, Azərbaycan Milli Paralimpiya Komitəsinin
birinci vitse-prezidenti Natiq Qasımov Beynəlxalq Paralimpiya Komitəsinin Baş
Assambleyasının 22-24 noyabr tarixlərində Yunanınstanın Afina şəhərində keçirilən
iclasında iştirak edir.
Assambleyada BPK-nın rəhbər orqanlarında
seçkilərlə yanaşı bir sıra mühüm məsələlər müzakirə ediləcəkdir. AMPK-ın
birinci vitse-prezidenti Natiq Qasımov 21 noyabr tarixində BPK-ın prezidenti
Ser Filip Greven və Yunanıstan Milli Paralimpiya Komitəsinin prezidenti Spiros
Stavrianpolous ilə görüşmüşdür.
Görüş
zamanı Natiq Qasımov London 2012 Paralimpiya Oyunlarından sonra Azərbaycan
Milli Paralimpiya Komitəsinin fəaliyyəti haqda məlumat verərək yaxın gələcəkdə
komitələrarası qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmişdir. BPK-nın
prezidenti Ser Filip Greven AMPK-nın Uşaq Paralimpiya Hərəkatının yaradılması
haqda məlumatı eşitməyindən məmnun olduğunu bildirmiş və bu sahədə UNICEF, həmçinin
BP-Azərbaycan şirkəti ilə əməkdaşlığını yüksək qiymətləndirmişdir. Görüşdə Ser
Grevenin 2014-cü ildə Azərbaycana səfəri müzakirə edilmişdir.
Baş
Assambleya 25 noyabr tarixinədək davam edəcəkdir. Bu müddət ərzində beynəlxalq əməkdaşlığın
genişləndirilməsi üçün Natiq Qasımovun digər MPK və Beynəlxalq Əlil İdmanı
Federasiyalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulmuşdur.