“Dünyanın evini yıxanlar kimdi?”-Məmməd Tahir
Moderator.az çoxsaylı müraciətləri nəzərə alaraq “Ədəbiyyat”
səhifəsi yaradıb. İndi isə oxuculara istedadlı şair Məmməd Tahirin bir neçə
şeirini təqdim edirik:.
Məmməd Tahir- Naxçlvan MR Kəngərli rayonunun Xok kəndində
doğulub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Vətən,məni
qınama", Yurdum--and yerim", "Yaz nağlı", "Yol
ver,keçim,dünya səndən", "Könlüm came qapısı", "Bir azdan
günəş doğacaq", rus dilində "Den koqda ya vernus" şeir
kitablarının müəllifidir. Hazırda Bakı şəhər Təhsi İdarəsində şalışır.
GƏL ELƏ...
Qurdu tələdədi,quşu qəfəsdə,
Dünyanın yolları çox dolayıdır.
Gəl elə oturaq bir az yol üstə
Görək kimlər gedir,kimlər qayıdır.
Gəl elə oturaq qapı ağzında,
Görək girənlər kim,çıxanlar kimdi.
Qaldırıb çiyninə yaba ağzında,
Dünyanın evini yıxanlar kimdi.
Köhnə bir zəmidi bu dünya elə,
Görək
kim şumlayır,görək kim əkir.
Mələklər əlində ağ qələm ilə
Gözümə Allahın şəklini çəkir.
Qocaldıq dünyanın cavan çağında,
Qaldı içimizdə söz qalaq-qalaq.
Zəmi kənarında,yol qırağında
Gəl elə dünyanın dərdinə qalaq.
Ələsə un olar,yoğursa kündə,
Dünya əvəzlikdi,sıra sayıdır.
Gəl elə oturaq Allah evində,
Görək din-imana kimlər qayıdır. ...
GÖRÜR
Sarıldın mənə
İlan ovuna sarılırmış kimi.
Yandıq,qovrulduq,
Sac
üstə qovrulurmuş kimi
Bir kilsəyə girirmiş kimi,
Biz səninlə bir günaha girdik.
Günaha girənə qədər
Biz iki kafir idik.
Günah bizdəki
Bütün günahları təmizlədi
Günah bizi
Bütün
doğrulardan gizlədi.
Toy evinə girirmiş kimi
Sevinə-sevinə
Girdik
günah evinə.
İndi
bizi kimsə görmür.
Nə məscid,nə kilsə görmür.
Görür korlar,karlar görür.
Günahsızları yalnız
Günahkarlar görür. ...
MƏN KİM İDİM
Yoğurub daşdan,torpaqdan
Bir yuva qurduğum torpaq.
Məndən qabaq kimin oldun
Üstündə durduğum torpaq.
Külək qovur,yel sovurur
Sular yuyur,gün qurudur.
Hər gün sənə ağlayıram,
Nədən göz yaşım durudur?
İsanın,Musanın qanı,
Davudun sümüyü torpaq.
Kimi üstündə saxladın,
Kimin oldun məndən qabaq?
Bölünürsən qətrə-qətrə,
Gah
halala,gah harama.
Ovcumda ovuram səni,
Hər gün səpirəm yarama.
Mənim bu quru bədənim,
Səhər daşdı,axşam torpaq.
Üstündə
durduğum torpaq,
Mən kim idim məndən qabaq?
22.08.2013