Bu dəqiqələrdə Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarənin həbs olunduğu və Daşkənddəki polis bölmələrindən birinə aparıldığı məlum olub.
Məlum olub ki, həbsi barədə xəbəri az əvvəl G.Kərimovanın özü “Twitter” bloqunda yazıb.
“Mən rayon daxili işlər şöbəsindəyəm. Ən maraqlısı odur ki, indi mənim lentimə Rusiyadan, Qazaxıstandan dəstək mesajları yazırlar... Özbəkistan isə həmişəki kimi susur” - deyə G.Kərimova Bakı vaxtı ilə saat 22.55-də göndərdiyi “tvit”ində yazıb.
Prezidentin qızının hansı polis bölməsinə aparıldığı və onun saxlanılmasının rəsmi səbəbləri barədə məlumat yoxdur.
Qeyd edək ki, G.Kərimova atasının əmri ilə təcrid olunduqdan və biznesi əlindən alındıqdan sonra o, “Twitter”də fəallaşıb. Özbəkistanın xüsusi xidmət orqanının rəhbərini hakimiyyəti ələ keçirmək cəhdlərindən, zəhərlənməsindən, işgəncələrdən və s. bəhs edib.
Bundan əvvəlki sonuncu “tvit”ində G.Kərimova yazmışdı ki, artıq danışmaq istəmir və ölkədən getməyə çalışır./virtualaz.orq/