Milli Şuranın prezidentliyə vahid namizədi olmuş tarixçi professor Cəmil Həsənli bir neçə gündür ki, ABŞ-da səfərdədir. Maraqlıdır, bəzi səbəblərdən məhz xaricə çıxış imkanlarını məhdudlaşdırmağa xidmət etdiyinə görə barəsində qondarma ittihamlarla cinayət işi açılmış Gültəkin Hacıbəylinin səfərlərdə Cəmil Həsənlini müşayət etməməsi başadüşüləndir. Baxmayaraq ki, Nicat Quliyevin guya barəsində ifadə verdiyi və Azərbaycana gələcəyi təqdirdə həbs ediləcəyi barədə bəyanat səsləndirən Rüstəm İbrahimbəyovu isə anlamaq çətindir. Əcəba, vətənə gələ bilmirsə, heç olmasa xarici səfərlərə Cəmil Həsənli ilə birgə getməsindəndəmi vacib işi var bizim sevimli kinodramaturqun?
Moderator.az-a açıqlama verən “El” hərəkatının həmtəəsisçisi,
Milli Şura üzvü Eldəniz Quliyev bu kimi səfərlərin öncədən planlaşdırıldığını
bildirdi:
“Cəmil Həsənlinin bu səfəri birdən-birə baş
tutmadı. Səfər əvvəldən planlaşdırılb və Milli Şuranın prezidentliyə namizəd
olmuş şəxsin iştirakı məqbul sayılıb. Mən dünən Rüstəm İbrahimbəyovla telefon əlaqəsi
saxladım o, hal-hazırda Tiflisdədir və mütamadi olaraq Cəmil Həsənli ilə
telefonla vasitəsi ilə danışır.”
Xəyal Əzizov