Anar Niftəliyev baş prokurora yenidən müraciət etdi
Oxunub: 2547
20 Nov 2013 | 15:23
Anar Niftəliyev baş prokurora yenidən müraciət etdi
Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiq qızının (Niftəliyeva) “Medi Sina” klinikasında həkim terroru nəticəsində öldürülməsindən sonra Prezident İlham Əliyevə, həmçinin Səhiyyə naziri Oqtay Şirəliyevə və Baş prokuror Zakir Qaralova məktub ünvanlamış, Prezidentdən bu istintaq işini şəxsi nəzarətinə götürməsini xahiş etmişdi. 

Üstündən bir aydan çox vaxt keçəndən sonra jurnalist Nəsimi Rayon Prokurorluğunda işi aparan yenidən Baş prokurora müraciət etmək məcburiyyətində qalıb və bunun səbəbini açıqlayıb. Müraciəti təqdim edirik.

“Hörmətli Zakir müəllim!

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığım müraciətin bir surəti də Sizə göndərilib. Həmin müracətdə həyat yoldaşım Elnarə Tofiq qızı Niftəliyevanın “Medi Sina” klinikasında həkim terroru nəticəsində öldürülməsindən yazmış və sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda bu ölüm faktı ilə bağlı açılmış cinayət işini nəzarətinizə götürməyi həm də Sizdən xahiş etmişdim.
Təəssüf edirəm ki, aradan ay yarımdan da artıq vaxt keçməsinə baxmayaraq, mənə müraciətimlə bağlı Baş Prokurorluqdan heç bir cavab gəlməyib.
Amma mən surəti Sizə ünvanlanmaqla Prezidentə heç də təsadüfən müraciət etməmişdim və bu cinayət işini nəzarətinizdə saxlamağınızı əbəs yerə xahiş etmirdim.
Məlumat üçün bildirim ki, M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunun həkim-cərrahı Fərəcullah İdrisov mənim ona inamımdan sui-istifadə edərək, tamah məqsədi ilə heç bir zəruri ehtiyac olmadan həyat yoldaşım Elnarə Niftəliyevanın cərrahiyyə əməliyyatı olunmasına məni inandırmış və Mərkəzi Hərbi Klinik Hospitalın onkologiya şöbəsinin müdiri Mahir Məmmədov və anestezioloq Firuz İbrahimovla birlikdə “Medi Sina” klinikasında cərrahiyyə əməliyyatı aparmışlar.
Sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, ədəbi-tənqidçi Elnarə Tofiqqızı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən ”“ daha doğrusu, həkim terrorundan dünyasını dəyişmişdir. Xatırladıram ki, mənim 8 və 2 yaşında olmaqla, iki qızım var.
Həmin gün Məhkəmə Tibbi Ekspertiza və Tibbi Anatomiya Birliyində ekspertiza aparıldı və ekspertizanın ilkin rəyində “nəfəs çatışmazlığı” göstərildi. Hazırda ekspertizanın yekun rəyi də artıq ictimaiyyətə təqdim olunub və ilkin rəy təsdiqlənib. Əməliyyat zamanı nəfəs çatışmazlığının birbaşa həkim səhlənkarlığından və məsuliyyətsizliyindən olduğunu isə izah etməyə heç bir ehtiyac yoxdur.
İndi Tibbi Ekspert Komissiyası təşkil olunub və həkimlərin hansı səviyyədə günahkar olduğu müəyənləşdirilir.
Ancaq yuxarıda dediyim fikrə bir daha qayıdaraq bildirirəm ki, ekspertiza keçirildiyi və istintaq getdiyi zaman mənim Azərbaycan Prezidentinə və Sizə müraciət etməyim təsadüfi deyildi. Çünki Nəsimi Prokurorluğunda istintaqın gedişi heç bir halda məni qane edə bilməzdi.
İki aya yaxındır davam edən istintaq zamanı yalnız bircə dəfə mənim ifadəm alınmaq üçün prokurorluğa dəvət edilmişəm. Daha sonra mənimlə heç bir əlaqə saxlanılmayıb. Hər dəfə öz təşəbbüsümlə edilən müraciətlər isə qulaqardına vurulub.
İstintaq indiyə qədər cərrahiyyə əməliyyatına heç bir ehtiyac olmadan əməliyyata qərar verilməsinin, əməliyyat zamanı narkoza heç bir ehtiyac olmadan, narkozdan istifadə edilməsinin səbəbini aydınlaşdırmağa cəhd etməyib. Həmçinin, istintaq hələ də müəyyənləşdirməyib ki, “Medi Sina” klinikasına onkoloji əməliyyat aparılmasına Səhiyyə Nazirliyi tərəfindən icazə verilmədiyi halda, niyə bu əməliyyat orda aparılıb və bunun məsuliyyətini kim daşıyır? Həkimlər belə bir əməliyyata özəl klinikalarda icazə verilmədiyi barədə məni niyə məlumatlandırmayıblar və niyə bizi aldatmaqla, bu qətli törədiblər?
Bu cinayətdə təkcə “həkim səhlənkarlığı və məsuliyyətsizliyi” deyil, həm də tamah məqsədi ilə insanın aldadılması, cərrahiyyə əməliyyatına cəlb edilməsi və onun öldürülməsindən söhbət gedir. Ancaq Nəsimi Rayon Prokurorluğunda qaldırılan cinayət işində istintaq hərəkətləri aparılmadığından, yalnız “həkim məsuliyyətsizliyi” əsas götürüldüyündən, Tibbi Ekspert Komissiyasının rəyini gözləməklə, əslində, hərəkətsizliklə məşğuldurlar. 

Hörmətli Zakir müəllim!

Məlumat üçün bildirirəm ki, məndə olan səhih məlumata görə, Nəsimi Rayon Prokurorluğunda bu cinayət işinin artıq hansı axarla yekunlaşdırılacağı barədə qərar verilib. Belə ki, Nəsimi Prokurorluğu Fərəcullah İdrisov (cərrah-həkim), Mahir Məmmədov (onkoloq-cərrah) və Abbas Bağırovla (“Medi Sina” klinikasının baş həkimi) razılaşmaya gediblər və ölümün bütün məsuliyyətini anestezioloqun üstündə cəmləşdirmək niyyətindədir. Bu faktın təsdiqi kimi həkimlərdən yalnız birinin ”“ anestezioloq Firuz İbrahimovun vəkil tutduğunu, digərlərinin isə heç bir müdafiəyə ehtiyac görmədən, əksinə, “biz artıq istintaqla razılaşmışıq” deyərək, həkim fəaliyyətlərinə davam etdiklərini göstərmək olar.
Bu faktı Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, istintaq qrupunun rəhbəri Ələkbər Rzayev də gizlətmir və söhbətlərimizdə istintaqın bu sonluqla bitəcəyinə indidən zəmin hazırlamaqla məşğuldur.

Hörmətli Zakir müəllim!

Deyilənləri nəzərə alaraq, Nəsimi Rayon Prokurorluğunda başlayan bu cinayət işi ilə bağlı məndə olan məlumatların yoxlanılması, Elnarə Niftəliyevanın ölümünə görə başlanan cinayət işini araşdıran istintaq qrupunun indiyə qədər gördüyü işlərin qiymətləndirilməsi və istintaqın hərəkətsizliyinin səbəblərinin aydınlaşdırılması, tamah məqsədi ilə öldürülən bir ANAnın qanının məhz tamah məqsədi ilə batırılması istəklərinin mövcud olub-olmamasını müəyyənlədirmək üçün xüsusi göstəriş verməyinizi və ümumiyyətlə, cinayət işini birbaşa öz nəzarətinizə götürməyinizi Sizdən növbəti dəfə, israrla xahiş edirəm.
Hazırda həkim qətliamlarının Azərbaycanda hansı fəsadlar yaratdığı və nə qədər ölümlərə səbəb olduğu barədə yəqin ki, müfəssəl bilgiləriniz vardır və son aylar həkim qətliamlarının cəmiyyəti ciddi surətdə narahat etməsinin də Sizin diqqətinizdən yayınmadığına əminəm.
Ona görə ümid edirəm ki, Siz mənim bu ikinci məktubumdan sonra ən nəhayət, bu qətlin istintaqının nəzarətiniz altına alınması üçün göstərdiyim cəhdləri və narahatlığımı dəyərləndirməyə fürsət tapacaq və götürdüyünüz ölçülər barədə ictimaiyyət məlumatlandırılacaq. 
Əvvəlcədən təşəkkür edirəm”.
Oxşar xəbərlər
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?