Moderator.az Rusiya KİV-nə istinadən xəbər
verir ki, ona atəş açan slavyan görünüşlü qız olub.
Onun sözlərinə görə, evə gedərkən
onun yaşadığı binanın yaxınlığında iki oğlan və iki qız dayanmışdı: “Qapıya
yaxınlaşdım və kodu yığmağa başladım. Bu zaman kürəyimdən vuruldum və atəş açan
qız idi”.
Qurbanovun sözlərinə görə, qız onun
ünvanına heç bir təhdidedici ifadələr işlətmədən sakitcə atəş açıb. Həmin
dəstədəki qızlar və oğlanlar sui-qəsddən dərhal sonra hadisə yerindən qaçıblar:
“İki il əvvəl oğluma da hücum olmuşdu, lakin o zaman buna cinayət işi
qaldırılmadı”.
O bildirib ki, yaxınlıqdakı
kafelərdən birinə özünün çatdıra bilib və onun üçün təcili yardım çağırılmasını
xahiş edib.
Əməliyyatdan sonra özünə gələn
Qurbanovun səhhətini həkimlər orta ağır kimi qiymətləndirirlər.
Rusiya Miqrantlar Federasiyasının
rəhbəri Məhəmməd Əmin Madjumder isə açıqlamasında bildirib ki, Qurbanov hüquq
müdafiə fəaliyyəti ilə məşğul olub və ona hücum da məhz onun peşəsi ilə
bağlıdır.