Xəbər verildiyi kimi dünən silahlı qüvvələrdən ehtiyata buraxılmış 10-dan artıq yüksək rütbəli zabit yeni müdafiə nazirinə müraciət edərək hərbi xidmətə bərpa olunmalarını xahiş edib. Görəsən, bu xahiş nə dərəcədə qəbulolunandır və yeni nazir bu müraciəti dəyərləndirəcəkmi?
Moderator.az-a açıqlama verən hərbi ekspert Üzeyir
Cəfərov deyir ki, əslində belə bir müraciətə heç ehtiyac da yox idi:
“Həmin
ehtiyatda olan zabitlərdən bir neçəsini mən tanıyıram və onların addımalarını
da anlayışla qəbul edirəm. Amma, mən belə bir müraciətin də edilməsinə o qədər
də ehtiyac görmürəm. Çünki, əgər Müdafiə Nazirliyinin rəhbərliyi istəsə
özlərinə lazım olan istənilən kadrı yenidən qərbi xidmətə çağıra bilər.
Necə ki artıq bir neçə zabiti yenidən ehtiyatdan
xidmətə cəlb ediblər və onlardan bir neçəsinin adını da qeyd edə bilərəm-polkovnik-leytenant
Malik Qurbanov, polkovnik-leytenant İslam Gəncəliyev və digərləri artıq
ehtiyatdan yenidən hərbi xidmətə çağırılıblar və Müdafiə Nazirliyində müvafiq
vəzifələrə təyin ediliblər.
Digərləri ilə də bağlı yaxın vaxtlarda müvafiq qərarın
qəbul ediləcəyi gözlənilir.”