“Bizim Yol” qəzetinin bugünkü sayında “Standartlaşdırma Komitəsi əhalini necə zəhərləyir?" başlıqlı yazı dərc olunub.
Yazının müəllifi dükanlarda satılan və qiyməti 4-5 azn olan kolbasaların
mənşəyi bəlli olmayan keyfiyyətsiz məhsullardan hazırlandığını və komitə
tərəfindən onlara AZS standartının verildiyini bildirib. Ancaq komitədə bu
ittihamlarla razılaşmırlar.
Moderator.az- açıqlama verən komitənin mətbuat
katibi Fazil Talıblı “Bizim Yol” qəzetində gedən bu yazını qərəzli
adlandırdı:
“Çox təəssüf ki, bu gün mətbuatda jurnalistikadan
bixəbər insanlar mövcuddur. Həmin jurnalist qoy onda desin görək o
kolbasanın tərkibi nədir? Bu gün ölkəmiz dünyanın bir çox ölkələri ilə açıq
ticarət əlaqələri yaradıb. Kolbasa satışı ilə məşğul olan insanlar xarici bazara
çıxaraq oradan ölkəmizə ucuz qiymətə ət gətirirlər. Biz də komitə olaraq bu əti
yoxlayıb standartlarımıza uyğun olanlara sertifikat veririk”.
Xəyal Əzizov