“Qədim Romadakı qullardan nəyimiz artıqdır?"
Oxunub: 9785
04 Nov 2013 | 20:08
“Qədim Romadakı qullardan nəyimiz artıqdır?

Ədalət Partiyasının sədr müavini Heydər Oğuz Moderator.az-ın bir sıra suallarını cavablandırıb. Onunla bu günkü söhbətimiz dünyada və ölkəmizdə baş verən hadisələrlə bağlıdır.

-Prezident seçkiləri arxada qaldı. Zaman keçdikcə hakimiyyətin seçkini saxtalaşdırmasına qarşı yaranan ictimai narazılıqlar səngiyir. Beynəlxalq təzyiqlər də artıq əvvəlki qədər sərt deyil. Halbuki, əksər müxalifət qüvvələri bu təzyiqlərə rejimi dəyişdirməyin başlıca faktoru kimi baxırdı...

-Bir ölkənin demokratikləşməsi onun daxili inkişafı ilə bağlıdır. Tarix, xüsusilə yaxın tarix sübut edir ki, demokratik ənənələri zorla xaricdən gətirib bir xalqın siyasi idarəetmə ənənəsinə çevirmək mümkün deyil. Xalqlar hansısa bir rejimin xarakterinə uyğun olaraq inkişaf etməsələr, daha fərqli şərtlər altında yaşamaq istəməsələr, xaricdən ona gətirilən “xoşbəxtliklər” əks nəticə verir və adətən həmin coğrafiyanı işğal etmək istəyən imperialist qüvvələrin əlində bəhanəyə çevrilir. Dünyanın demokratiya xeyriyyəçisi kimi özünü göstərməyə çalışan ABŞ-ın İraqa, Əfqanistana gətirdiyi “xoşbəxtliklər” göz qabağındadır. Eynilə, Rusiyanın çeçenlərə hədiyə etdiyi idarəçilik də çeçen xalqını ağ günə çıxarmadı. Əminəm ki, bu ölkələrin xalqları başqalarının himayəsiylə qurulan rejimdənsə yenidən əvvəlki vəziyyətlərinə dönmək istəyərlər. Bu mənada Azərbaycan ictimaiyyətinin bəzi kəsimlərinin okeanın o tayına və yaxud şimala bəslədikləri ümid boşunadır. Üzümüzü xalqa çevirməli və onun zərrə-zərrə demokratik ruhda formalaşmasını arzulmalı, bu istiqamətdə müəyyən xidmətlər göstərməliyik. Üstəlik, “xarici himayədarlar”ın ölkəmizdə öz maraqları var. Onlar üçün hakimiyyətə kimin gəlməsi və ya ölkənin hansı şəkildə idarə olunması maraqlı deyil. Əsas odur ki, ölkə idarə olunsun və xarici dövlətlərə öz imperialist siyasətlərini yürüdəcək şərait yaradılsın. Azərbaycanda isə hal-hazırda bu cür şərait var. Demokratik müxalifət hakimiyyətə gələrsə, həmin dövlətlərə bu gün təklif olunan avantajların veriləcəyi isə sual altındadır. Belə vəziyyətdə istənilən xarici dövlətdən Azərbaycanda demokratik rejim quruculuğuna dəstək gözləmək, loru dillə desək, onun nağdını qoyub nisyənin dalınca qaçmasını gözləmək qədər absurddur. Xarici faktorlar o zaman indiki hakimiyyətin dəyişilməsindən yana olar ki, ölkədəki ictimai rəy rejimin əleyhinə formalaşsın və ölkə əhalisinin əhəmiyyətli qismi öz iradələrini yerinə yetirmək üçün aktiv mübarizəyə qoşulsun. Azərbaycanda isə rejimin dəyişilməsi ideyası təsirli sosial istəyə çevrilməyib.

-Fikirlərinizdən belə çıxır ki, bəzi müxalifət qüvvələrinin “xarici dövlətlər hakimiyyətin legitimliyini tanımadı” kimi şüarları həqiqəti ifadə etmir?

-Suala cavab verməzdən əvvəl bir haşıyəyə çıxmaq istəyirəm. Bilirsinizmi, bir insanın dünyaya baxışını onun cəmiyyətdə tutduğu mövqe müəyyənləşdirir. Məsələn, bir astronoma görə, göydəki ulduzlar cəhənnəm atəşi qədər istiliyi olan qorxunc bir göy cismindən başqa şey deyil. Bir şair üçün isə o, sevgilisinin qulağındakı sırğanı xatırladır. Yaxud həmin ulduz səhrada azan bir ərəb üçün gedəcəyi istiqaməti göstərən bələdçidir. Xalqlar da elədir. Baxmayaraq ki, müxtəlif sosial qruplardan, təfəkkür tərzli insanlardan təşkil olunub, istənilən xalqın yaşadığı mühitə uyğun müştərək anlayışı mövcud olur. Bizim xalq uzun illər əsarətdə yaşayıb. Yüzillərlə İranın ucqar regionlarından olmuşuq. İçərimizdən çıxan ziyalılarımız Təbrizə, Ərdəbilə, Tehrana axışıb. Burda qalanlar isə regional təfəkkürlülər, indiki anlayışla desək, intellektual gücüylə Biləcəridən o tərəfə çıxa bilməyənlər olub. Sonra 200 ilə yaxın Rusiya əsarəti başlayıb. Yenə intellektual cəhətdən yüksək səviyyəlilərimiz ya işğalçı rus ordusu, ya Stalin represiyası tərəfindən məhv edilib, ya da özünə Rusiyada yer taparaq ölkədən qaçıb. Müstəqillik illəri də Azərbaycanın ictimai şüurunu formalaşdıran ziyalılarımızın xaricə axışmasıyla yadda qaldı. İntellektial bazası köçə məruz qalan ölkəmizdə istər-istəməz imperialist güclərin öz maraqlarına uyğun formalaşdırdığı xalq meydana gəldi. Biz indi dünyaya köləlik aspektindən baxan toplumuq. Odur ki, zehnimizə hakim olan kölə psixologiyası hadisələri düzgün qiymətləndirməyə imkan vermir. Görünür, bu səbəbdən də həmişə himayədar axtarırıq və ölkəmizdəki rejimin legitimlik qaynağını da xaricdə görürük. Halbuki istənilən ölkədə hakimiyyətin legitimliyini xarici iradə sahibləri formalaşdırmır. Əksinə, onu millətin iradəsi müəyyənləşdirir. Xarici dövlətlər millət iradəsinin təmsilçisi olan hakimiyyətlə sadəcə işgüzar münasibətlər qururlar. Beynəlxalq münasibətlərdə kölə xalqın hakimiyyətinə də kölə kimi baxırlar. Onunla barmaq silkələyə-silkələyə danışırlar və hər bir tərəf müqabili qarşısında o cür iradənin təmsilçinin əyləşməsini istəyir. Köləyə nəyisə qəbul etdirmək asandır, axı. Nə yazıq ki, biz bizi təmsil edən hakimiyyətə silkələnən barmağı görəndə sevinirik, hesab edirik ki, bu barmaq silkələnməsi yerli ağalarımızın taleyini müəyyənləşdirəcək. Əslində isə o barmaq bizə silkələnir. Kölələrin iradəsindən asılı olmadan onların təmsilçisi kimi çıxış edən şəxs əslində fiziki şəxs deyil, hüquqi şəxsdir. Hansısa iradəni təmsil edir və ona verilən göstərişlər, yaxud əmrlər bütün kölələrə verilmiş sayılır.

-İfadə etdiyiniz bu həqiqətlər faktı inkar etmir. Fakt budur ki, dünyanın supergücü hesab olunan ABŞ son seçkilərin saxtalaşdırıldığını bildirib və indiyə qədər ölkə başçısını təbrik etməyib.  

-ABŞ-ın indiyə qədər İlham Əliyevi təbrik etməməsi hələ onun getməsində maraqlı olduğunu demək üçün əsas vermir. Baxın, həmin Amerika Musri hakimiyyətinin devrilməsini də sərt bir dillə tənqid etmişdi. Səhv etmirəmsə, inqilab yoluyla hakimiyyətə gələn yeni hakimiyyətə də Ağ evdən təbrik teleqramı göndərilməmişdi. Amma ABŞ-ın dövlət katibi Con Kerri bu gün başladığı Yaxın Şərq səfərinə barmaq silkələdiyi Misirdən başladı. Bu fakt Misirin və onun indiki hakimiyyətinin ABŞ üçün nə qədər mühüm əhəmiyyət daşıdığının göstəricisidir. Kerri Misirdə etdiyi çıxışında devrilmiş prezidentin adını belə çəkmədi. Sadəcə, ölkənin şəffaflıqla idarə olunması kimi heç bir konkretlik ifadə etməyən arzularını dilə gətirdi. Bu, bilirsinizmi nə deməkdir? Kerri demək istəyir ki, ölkəni indiki kimi idarə edə bilərsiniz, Misir xalqını özünüzün köləsinə çevirmənizdə də heç bir qəbahət yoxdur. Yalnız bunu xalqın özünə də deyin. Deyin ki, siz mənim köləmsiniz, mən Amerikanın. Mən bunu təsadüfi hesab etmirəm. Bir kölə o zaman yaxşı kölə olur ki, öz köləliyini bilir, bunu qəbul edir. Qədim zamanlarda buna biət deyərdilər. Yəni kölələr ağaları qarşısında biət edərək ona yaxşı kölə olacaqlarına dair and içərdilər. And içmiş kölənin heç vaxt üsyana qalxmayacağına inanılırdı. Hazırda Azərbaycanda yürüdülən siyasət də bu cürdür. ABŞ üçün Azərbaycanda keçirilən son prezident seçkilərinin saxtalaşdırılması problem deyildi. Hakimiyyətin özü etiraf edir ki, Amerika yetkililəri seçkilərin saxtalaşdırılmasını, hakim komandanın nümayənsinə 75%, müxalif qüvvələrə isə 25% səs yazılmasını istəmişdilər. ABŞ öz dediyindən 10% artıq səsə görə hakimiyyətə niyə etiraz etməlidir ki? Məncə, məsələ faiz göstəricilərində deyil. Əksinə, seçkilərin saxtalaşdırılması ABŞ üçün ona görə vacib idi ki, Azərbaycan xalqı öz taleyini özü həll etmədiyini anlasın. Hakimiyyətin açarının indiki hakimiyyətdə olduğunu bilsin. Dolayısıyla ona biət etsin, qəlbində kölə olduğuna bir daha əminlik yaransın. Amerikanın Azərbaycan hakimiyyətinə təzyiqində onun Misirdən istədiyi ikinci amil çatışmır. Yəni xalqın hakimiyyətə olduğu kimi, hakimiyyətin də ABŞ-a biət etməsi lazımdır. Hakimiyyət isə Rusiyanın təzyiqinə məruz qaldığından bu biəti hələ ki, edə bilmir. ABŞ da onu “cəsarətləndirmək” üçün sıxışdırır. Bu məsələdə müxalifətdən istifadə edərək kölələr arasından başqa bir təmsilçi tapa biləcəyi imkanını ona çatdırır. Müxalifət də görünür, bu hədədən ruhlanır. Amma ABŞ-ın hakimiyyəti ram etdikdən sonra həmin müxalifəti yenidən qurban vermək ehtimalı böyükdür və bu, hər zaman təkrarlanan metoddur.

-Siz niyə məsələyə bu cür maksimalist yanaşırsınız? Haqqında danışdığınız həmin Amerika o dövlətdir ki, quldarlıq quruluşundan özü könüllü imtina edib. O xarici siyasətdə niyə bu amilə söykənsin?

-Biz yenə bəzi mətləbləri düzgün qiymətləndirə bilmədiyimizə görə analizlərimizdə yanılırıq. Quldarlıq ənənələrinin ləğvi iqtisadi əsaslarla bağlıydı, kiminsə humanizmiylə yox. Bu quruluşu bir sıra cəhətlərdən indiki iqtisadi tələblərə cavab vermirdi. Qullar özlərinin heç nəyi olmadığını bildiklərindən bacardıqları qədər əməklərini sərf edib işləmirdilər. Bəzən əmək alətlərini qəsdən sındırır, təsərrüfat sahiblərinə ziyan vururdular. Tək ABŞ-da deyil, bütün dünyada quldarlığın bir quruluş kimi ləğv olunmasının səbəbi bu idi. Yoxsa heç kim yüksək mənəvi dəyərlər naminə quldarlığı ləğv etməzdi. Üstəlik, onu da unutmayaq ki, elmi-texniki tərəqqi qul əməyini tamamən əhəmiyyətsiz hala gətirmişdi. Bir makina minlərlə qulun edə bilmədiyi xidməti göstərirdi. Belə vəziyyətdə qul saxlamaq əlavə xərc tələb edirdi. Başqa sözlə desək, quldarlıq quruluşu xidmətin keyfiyyətini artırmaq üçün ləğv olundu. İmperializmin insana qul, kölə kimi baxması isə dəyişmədi. Baxın, qədim Romada da o dövrün xarakterinə uyğun demokratiya vardı. Hətta ölkə idarəçiləri belə seçki yoluyla seçilirdilər. Ancaq səsvermə hüququna malik olanlar müyyən zümrənin insanları idilər. Xüsusilə qulların səsvermə hüquqları yox idi. Bu gün Azərbaycan xalqının da sesvermə hüququ yox kimidir. Sözdə guya seçkilərdə iştirak edirik. Di gəl ki, hakimiyyətin özünün etirafına görə, seçkinin taleyini ABŞ səfiri və hakimiyyətin bəzi nümayəndələri arasında aparılan müzakirələr müəyyənləşdirir. Həm hətta səslərin faiz göstəricilərinə qədər ən kiçik detallar belə. Sizcə, qədim Romayla paralellər aparsaq, bizim insanların o dövrün qullarından nəyi artıqdır? Bəzilərimizin yeməyə çörəyi və ya milyonlarla pulumuz ola bilər. O dövrün qulları da acından ölmürdülər. Qulluğu müəyyənləşdirən əsas amil iqtisadi sahiblik amiliylə bağlıdır. O dövrdə olduğu kimi müasir  Azərbaycanda da mülkiyyət hüququ yoxdur. İstənilən mal sənin əlindən alına və başqasının ixtiyarına keçə bilər. Hətta iş adamlarımız belə sanki özlərinin zənn etdikləri təsərrüfatın başında əyləşsələr də sadəcə o təsərrüfata rəhbərlik edən qullar kimidirlər. Qullardan fərqli olaraq rəhbərlik etdikləri təsərrüfatları öz mülkləri kimi qoruyur, böyüdür, vicdanla işlədir və zamanı gələndə onu əsl sahibinə ötürüb ya həbsxanalarda, ya da sərbəst həyatda qul həyatına başlayırlar. Bir vaxtlar bu aqibətlə üzləşənlər Əli İnsanov və Fəhrad Əliyev və başqaları idisə, indi eyni tale Səfər Əbiyevi və onunla bərabər işdən uzaqlaşdırılanları gözləyir. Təsadüfi deyil ki, işdən çıxarılan generallardan biri onu necə bir aqibət gözlədiyini özünün də bilmədiyini deyir.

-Bəs çıxış yolunu nədə görürsünüz?

-Əslində mən pessimist deyiləm. Nə qədər sizə elə görünsəm də. Bir gün bizim bu müstəmləkəçilikdən mütləq yaxa qurtaracağımıza inanıram. Ancaq bu qurtuluş köləlik psixologiyasından yaxa qurtarandan sonra baş verəcək. Bu mənada daha çox gənc nəslə bel bağlamaq olar. Bu gün ali təhsil məktəblərində köhnə qaydayla oxumaq istəməyən gənclərin etirazlarına şahid oluruq. Eynilə əsgər ölümlərinə etirazlarıyla da bir çox dəyişikliyə həmin gənclik nail oldu. Köhnə qaydalarla razılaşmayan bu gənclik həyatda öz yerlərini möhkəmlətdikcə daha effektli nəticələrə imza atacaqlar. Digər tərəfdən Azərbaycan istəsə də, istəməsə də dünyanın bir parçasına çevrilir. Ətrafımızda baş verən proseslər bizdən yan ötüşmür. Dünyada isə neo-imperializmə qarşı qlobal bir mübarizə başlayıb. Bu mübarizənin adı müasir qullar hərəkatıdır. Biz də qısa zamandan sonra bu prosesin içində olacağıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oxşar xəbərlər
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK