4058
25 Jan 2021 | 11:35

"İbtidai siniflərə bu qədər dərs yükü yüklənməsi cinayətdir, bu, uşağı şikəst edir...”

“Bu fakültələrdə oxumaq üçün məmur övladları işləməli idi...”

“Mən təhsil naziri olduğum vaxtlarda yox, 70-80-ci illərdə böyük vəzifədə işləyən adamların övladlarına hüquq və şərqşunaslıq kimi fakültələrdə oxumağa icazə vermirdilər”
Bunu Moderator.az-a açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib. Onun sözlərinə görə bu fakültələrə əsasən kasıb ailələrin uşaqları qəbul olurdu:

“Mən təhsil naziri olduğum vaxtlarda yox, 70-80-ci illərdə böyük vəzifədə işləyən adamların övladlarına hüquq və şərqşunaslıq kimi fakültələrdə oxumağa icazə vermirdilər. Təklif bu idi ki, kasıb uşaqları o fakültələrdə təhsil alsın. Bundan başqa belə bir qanun var idi ki, həmin yüksək, önəmli fakültələrə sənəd vermək üçün iki il iş stajın olmalıdır. Amma bütün bunlar insan hüquqlarının pozulması idi, çünki təhsil almaq insanların hüququdur və onu pozmaq olmaz. Bu mənada Şahlar müəllimin verdiyi təklifi indi etmək olmaz”. 

Professor təhsil sistemində islahatlara ehtiyac olduğunu bildirib:

“Ümumiyyətlə, isə təhsil sistemində islahat lazımdır. Xüsusilə orta məktəbdə aşağı sinif proqramları dəyişməlidir. Birinci sinif şagirdlərinə o qədər dərs yükləyirlər ki, onların beyinləri yorulur. Bundan başqa proqram daha çox mənasız mövzularla ağırlaşdırılıb. İbtidai siniflərə bu qədər dərs yükü yüklənməsi cinayətdir, bu, uşağı şikəst edir, beyinlərini pozur”. 

F.Cəlilov yerlərdə icra hakimiyyətlərinin Təhil Şöbələrinə müdaxiləsinin illərdir davam etdiyini deyib:

“Qaldı ki, rayon Təhsil Şöbələrinə yerli icra hakimiyyətlərinin müdaxiləsindən dəfələrlə danışmışıq. Ümumiyyətlə, islahat olanda hər şey yerinə oturur. Yəni Bakıda oturub Ağdamda bir kənd məktəbinin problemini həll etmək lazım deyil. Əksinə, məsuliyyəti yerlərə ötürmək lazımdır”. 

Qeyd edək ki, professor Şahlar Əsgərov saytımıza açıqlamasında təhsillə bağlı bir neçə maraqlı təklif irəli sürüb. Onlardan birincisi isə bunlardır:  

“1. Məmur övladlarının xaricdə təhsil alması yasaqlanmalıdır. TN-dən kənar heç kəs xaricdə təhsil almamalıdır. Orda təhsil sistemi daxildən çiçəklənər. 
2. Təhsilə yerli icra hakimiyyətlərinin müdaxiləsi dayandırılmalıdır”. 

Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər