Zakir Həsənovun müdafiə naziri postuna gətirilməsi bir neçə gündür ki, gündəmin əsas mövzularından birinə çevrilib. Bunu da təbii qarşılmaq lazımdır, torpağının 20 faizi işğalda olan bir ölkənin vətəndaşları üçün müdafiə nazirinin kimliyinin müzakirəsindən vacib hansı mövzu ola bilər? Diqqətçəkən bir məqam ondan ibarətdir ki, hamı Zakir Həsənovu müsbət xarakterizə edir, onun ordu quruculuğuna, silahlı qüvvələrdə baş alıb gedən neqativ halların aradan qaldırılmasına töhfə verəcəyi qənaətindədir.
Keçmiş müdafiə naziri Tahir Əliyev də yeni
müdafiə nazirinə “simpatiya” bəsələyənlərdəndir. Moderator.az- açıqlamsında keçmiş
nazir bildirdi ki, o Zakir Həsənovu yaxından tanımasa da Daxili Qoşunlarda
yaratdığı nizam-intizama görə alqışlanmalıdır və hesab edir ki, onun müdafiə
naziri postuna gətilməsi də orduya yeni nəfəs gətirəcək, nizam-intizam daxili
qoşunlarda olduğundan yaxşı olacaq: “Mən onun təyinatını alqışlayıram və
tezliklə uğurlu nəticələrinin olacağına ümid edirəm.”