"Azad Vətəndaş Uğrunda" Hərəkatı Sabunçu rayon məhkəməsinin qarşısında baş
verən hadisələrlə bağlı bəyanat qəbul edib. Moderator.az-a göndərilən bəyanatda deyilir:
Azad Vətəndaş
Uğrunda Hərəkatı 31 oktaybr 2013-cü ildə Sabunçu rayon məhkəməsinin qarşısında,
Taleh Bağırzadənin növbəti açıq məhkəməsi keçirilməsi üçün oraya toplanmış vətandaşlara
qarşı qeyri-qanuni rəftarı, mülki geyimlillər tərəfindən vətandaşların heç bir
səbəb olmadan həbs olunmalarını Azərbaycan Konstitusiyasının müvafiq maddələrinin
birbaşa pozulması, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi dəyərləndirir.
Eyni zamanda bu cür hadisələri mənəvi terror kimi qiymətləndirir.
Azad Vətəndaş
Uğrunda Hərəkatı hakimiyyət orqanlarını, qeyri-qanuni hərəkətləri dayandırmağa,
vətəndaşların konstitusion hüquqlarının bərpa olunması istiqamətində müvafiq
addımlar atmağa çağırır.
Azad Vətəndaş
Uğrunda Hərəkatı eyni zamanda hakimiyyətdən, vətəndaşların hüquqlarının bərpası
üçün, 31 oktyabr 2013-cü ildə Sabunçu rayon məhkəsinin qarşısında həbs olunmuş
vətəndaşların dərhal azad etməyi və günahkar vəzifəli şəxslərin məsuliyyətə cəlb
etməyi tələb edir.