“Qərb Azərbaycandan imtina etməyib”
Siyasət
Oxunub: 4065
04 Nov 2013 | 10:46
“Qərb Azərbaycandan imtina etməyib”

9 oktyabr seçkiləri başa çatsa da, Qərb-Azərbaycan münasibətlərindəki gərginlik davam etməkdədir. Bəzi Qərb ölkələri və beynəlxalq təşkilatların seçkinin nəticəsini şübhə altına alması ilə başlayan gərginliyin hələ də aradan qalxmaması, məlum konfliktin tərəflər arasında yeni gərginliklərin mənbəyi rolunda çıxış etməsinə səbəb olur. Dünyada demokratiya və insan haqlarının ən böyük qarantı sayılan Amerikanın seçkilərin nəticəsini qəbul etməməsi, Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ABŞ hakimiyyətinə yönəlik ciddi ittihamlarla çıxış etməsi və s. tərəflər arasındakı gərginliyin kifayət qədər təhlükəli məcrada inkişaf etdiyini göstərir. Azərbaycan-Qərb gərginliyi fonunda gündəmə gələn digər bir məsələ isə Rusiya faktoru ilə bağlıdır. Belə ki, seçkilərin rus proyekti əsasında keçirildiyini iddia edən bəzi siyasilərin qənaətincə, 9 oktyabr seçkilərindən sonra baş verənlər Qərbin Azərbaycan üzərindəki təsir gücünün azalmasına, Rusiya amilinin isə əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu qəbildən olan siyasilərin fikrincə, bundan sonra Qərblə konfliktdə olan Azərbaycan hakimiyyəti daha çox Rusiya ilə əməkdaşlığa can atacaq ki, bu da rəsmi Bakının Avropaya inteqrasiya siyasətindən çəkindirəcəkdir. Odur ki, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə söhbətimizdə Azərbaycan-Qərb arasındakı mövcud münasibətlərə aydınlıq gətirməklə yanaşı, Rusiya faktorunun Azərbaycana təsiri imkanlarını da təhlil etməyə çalışdıq.

 - Ərəstun bəy, Azərbaycandakı prezident seçkilərinin nəticəsi elan ediləndən sonra bəzi Qərb dövlətləri və beynəlxalq təşkilatlar seçkilərin nəticəsini şübhə altına alsalar da, son günlər İlham Əliyevin ünvanına xeyli sayda təbrik məktubu gəlməkdədir. Baş verənləri necə izah edərdiniz, doğrudanmı Qərb seçki saxtakarlığı ilə barışdı və Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq etməyə hazırdır?

 - Bildiyiniz kimi, bu təbriklər əsasən üç dövlətin başçısından gəldi. Almaniyanın kansleri, Fransa prezidenti və Böyük Britaniyanın baş naziri belə bir təbrik məktubu ilə çıxış etdi. Həmin təbriklərin məzmununa diqqətlə fikir verdikdə görünür ki, orada təbrik elementlərindən daha çox müəyyən çağırışlar mövcud idi. Bu məktubların hamısında müəyyən istəklər, gözləntilər ifadə olunmuşdu. O cümlədən, Azərbaycanın Avropa Birliyi ilə assosiativ sazişə hazırlaşması istəyi, əməkdaşlığın davamı və s. gözləntilər öz əksini tapmışdı. Bu səbəbdən də məlum məktubları həm də hakimiyyətə demokratik islahatlara çağırış məktubları kimi də dəyərləndirmək olar. ABŞ Dövlət Departamentinə gəlincə, verilən açıqlamada təkrarən göstərilib ki, rəsmi Vaşinqton seçki və onun nəticəsi ilə bağlı elan etdiyi ilkin mövqedə, yəni oktyabr ayının 10-da elan edilən mövqedə qalıb. Amerikanın məlum məsələ ilə bağlı mövqeyində heç nə dəyişilməyib. Çox güman ki, bu razılaşdırılmış bir siyasətdir.

 - İlham Əliyev hakimiyyətinin legitimliyi ilə bağlı ciddi şübhə və narahatlıqların hələ də aradan qalxmadığı bir zamanda Qərb və Azərbaycan arasında əməkdaşlığın mümkünlüyünü real hesab edirsinizmi? Sizcə indiki qeyri-müəyyən münasibətlər fonunda həyata keçirilən əməkdaşlıq hansısa mərhələdə böhranla şərtlənməyəckmi?

 - Əslində Qərb və Azərbaycan hakimiyyəti arasında belə bir böhran mövcuddur. Nəzərə alsaq ki, hakimiyyətin de-fakto ikinci şəxsi, yəni Prezident Administrasiyasının rəhbəri Qərbin ünvanına, konkret olaraq ABŞ-ın ünvanına çox sərt ittihamlar səsləndirir, şübhəsiz ki, bu, tərəflər arasındakı böhranın göstəricisidir. Qarşı tərəfdən gələn dəyərləndirmələr də adekvat dəyərləndirmələrdir. Mən qarşı tərəf deyəndə ilk növbədə Vaşinqtonu nəzərdə tuturam. Bu baxımdan, öncə Qərb və Azərbaycan arasında bu əməkdaşlığın baş tutmasının mümkünlüyünə diqqət yetirmək lazımdır. Bu əməkdaşlığın baş tutub-tutmayacağı Azərbaycan hakimiyyətinin bundan sonra sərgiləyəcəyi mövqedən asılı olacaq. Çünki ABŞ konkret olaraq daim bunu ifadə edib, öz gözləntilərini ortaya qoyub. ABŞ bildirib ki, Azərbaycan hakimiyyətindən islahatlar gözləyirik. Söhbət hansı islahatlardan gedir? Bu islahatlar həyata keçiriləcəkmi? Əməkdaşlıq üçün öncə bu məsələlərin öz həllini tapması lazımdır. Buna görə də indidən belə bir əmədaşlığın mümkün olub-olmayacağını birmənalı şəkildə iddia etmək olmaz. Çünki məlum məsələ indiki situasiyada mübahisəli məsələdir və bu, qeyd etdiyimiz kimi, Azərbaycanın davranışından, onun atacağı addımlardan asılı olacaq. Yalnız bu addımların mahiyyəti aydınlaşandan sonra Qərb və Azərbaycan arasında əməkdaşlığın mümkün olub-olmaması ilə bağlı fikir söyləmək olar.

 - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qeyd etdi ki, Amerika hakimiyyətindəki bəzi qüvvələr Azərbaycanı təcrid etmək istəsə də buna nail ola bilmir və özləri təcrid vəziyyətinə düşürlər. Sizcə doğrudanmı Amerika hakimiyyətində Azərbaycanı təcrid etməyə çalışan qüvvələr mövcuddur və Amerikanın hakimiyyətə münasibəti Birləşmiş Şttaların deyil, yalnız bu qüvvələrin mövqeyini əks etdirir?

 - Mən hesab eləmirəm ki, Amerikanın Azərbaycana olan münasibəti Amerika hakimiyyətindəki bəzi siyasi qüvvələrin mövqeyi ilə bağlıdır. Amerika siyasəti Azərbaycan siyasəti deyil ki, orada müəyyən regional, tayfa qruplaşmaları mövcud olsun və onlar hər hansı məsələ ilə bağlı öz qrup maraqlarını ortaya qoysunlar. Bu, Amerika siyasəti üçün xarakterik bir məsələ deyil. Amerikanın siyasəti vahid mərkəzdən həyata keçirilir. Burada hər hansı bir şəxsin öz mövqeyini dövlətin rəsmi mövqeyi kimi təqdim etməsi mümkünsüzdür. Bu baxımdan Amerikada rəsmi qurumlar tərəfindən  atılan addımlar, verilən açıqlamalar Amerika dövlətinin mövqeyini ifadə edir və bunu ayrı-ayrı qrupların, müxtəlif siyasi qüvvələrin öz maraqları ilə izah etmək doğru deyil.

 - Prezident seçkilərindən təxminən bir ay keçsə də, hələ də Amerika prezidenti Barak Obama İlham Əliyevə təbrik məktubu ünvanlamayıb. Sizcə yaxın günlərdə Obamanın belə bir məktubla İlham Əliyevə müraciət etməsi gözləniləndirmi?

 - İndiki mərhələdə Amerika prezidenti Barak Obamanın 9 oktyabr seçkilərinin nəticəsi ilə bağlı İlham Əliyevə təbrik məktubu ünvanlayıb-ünvanlamayacağını söyləmək çətindir. Hər şey tərəflər arasındakı münasibətlərin gələcək inkişafından asılıdır. Bugünkü dinamikada belə bir təbrik məktubunu gözləmək üçün heç bir ciddi əsas yoxdur. Münasibətlərin mövcud dinamikası belə bir məktubun meydana çıxmasını çətinləşdirir. Və hesab edirəm ki, indiki halda Obamadan belə bir təbrik məktubu gözləmək doğru deyil.

 - Seçkilərdən sonra ictimaiyyət arasında Azərbaycanın birmənalı şəkildə Rusiyanın təsiri altına düşdüyü və Qərbin Rusiyanın xeyrinə Azərbaycandan imtina etməsi ilə bağlı rəy formalaşmaqdadır. Necə hesab edirsiniz, 9 oktyabr seçkiləri doğrudanmı Azərbaycan üzərində Qərb amilini azaldıb və Rusiyanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib?

 - Seçkilərdən sonra Azərbaycan üzərində Qərbin təsirinin əhəmiyyətli dərəcədə azalması və Rusiyanın birmənalı şəkildə öz nüfuzunu möhkəmləndirməsi fikri ilə razılaşmıram. Habelə, hesab etmirəm ki, Qərb Azərbaycandan Rusiyanın xeyrinə imtina edib. Mənim zənnimcə, bugünkü geosiyasi mənzərə tamamilə fərqlidir. Söhbət kimin kimə güzəştə getməsindən getmir. Söhbət ondan da getmir ki, prezident seçkilərindən sonra hansı siyasi qütblərin mövqeyi Azərbaycanda azaldı, hansılarınınkı artdı. Azərbaycanla bağlı siyasət maraqların çarpazlaşması üzərində qurulub. İndiki şəraitdə hər bir şey yalnız razılaşdırılmış şəkildə mövcud ola bilər. O cümlədən, bu və ya digər bölgədə hər hansı bir siyasətin həyata keçirilməsi də hökmən razılaşma əsasında gerçəkləşdirilə birlər ki, bunun bəzi nümunələri mövcuddur. Gürcüstanla bağlı da ictimaiyyət arasında çox şey danışırlar. Lakin Gürcüstanla bağlı mövcud vəziyyətin təhlili də deyilənlərdən tamam fərqli mənzərəni üzə çıxardır. Bir sözlə, hesab etmək olmaz ki, Rusiya Azərbaycanda sahibi-mütləqdir və Qərbi bu bölgədən sıxışdırıb çıxardıb. Zənnimcə, Rusiyanın Azərbaycan üzərindəki təsirini bunca şişirtməyə heç bir ehtiyac yoxdur. Belə bir dəyərləndirmə, həm də həqiqətin təhrif edilməsi olardı.

 

Seymur Əliyev 

Oxşar xəbərlər
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?