“El” hərəkatının həmtəsisçisi, Milli Şura üzvü Eldəniz Quliyev “Azadlıq” qəzetinə açıqlama verərək politoloq Cümşüd Nuriyevi “qazan dibi yalayan” adlandırıb.
Moderator.az-a açıqlama verən Cümşüd Nuriyev
Eldəniz Quliyevin bu sözlərini tərbiyəsizlik adlandırdı:
“Eldəniz Quliyevin heç bir savadı, əxlaqı yoxdur o,
boş qazan kimi danqıldamaqla məşğuldur. Bu adam küçə səviyyəsində bir insandır.
Əgər onun savadı, arqumenti varsa buyursun sözünü desin. E.Quliyev özü qazan
dibi yalayır deyə elə bilir ki, başqaları da onu kimidir. ABŞ səfirinin
ayaqqabısının altını yalamaqdansa, milli qazana baxmaq yaxşıdır”.
Politoloq Eldəniz Quliyevin bu kimi çıxışlara davam
edəcəyi halda, onu məhkəməyə verəcəyini bildirdi:
“E.Quliyev öz tərbiyəsizliyindən əl çəkməyəcəksə,
mən məhkəmə orqanlarına müraciət edib onunla hüquqi müstəvidə danışmalı olacağam.
Bu adamı yalnız məhkəmə yolu ilə başa salmaq mümkündür”.
Xəyal Əzizov