Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Milli Məclisin Elm və təhsil komitəsi magistratura və doktoranturada təhsil alan şəxslərə hərbi xidmətdən möhlət verilməsini nəzərdə tutan qanun layihəsini yenidən müzakirə edəcək. Moderator.az-ın məlumatına görə, bunu cümə günü jurnalistlərə AMEA-nın prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, Rəyasət Heyətinin iclasında biz deputatlarla birlikdə qanun layihəsini müzakirə edəcəyik və öz təkliflərimizi verəcəyik: "Ola bilsin ki, ilin sonuna hər hansı bir təşəbbüslə çıxış edək".
Möhlət hüququnun verilməsi ilə bağlı bir neçə variant təklif edilib: bakalavrların magistraturaya qəbul imtahanlarında iştirakı üçün möhlət, magistraturaya qəbul olunan zaman 2 illik möhlət, magistr dərəcəsi alan şəxslərin hərbi xidmətdən azad edilməsi.
Magistrlərin hərbi xidmətdən azad edilməsi təklifi onunla əsaslandırlır ki, elm sahəsində gənc alimlərin sayı azalır.