Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda çıxış
edən prezident İlham Əliyev medianın dünyada bu gün oynadığı rol barədə danışarkən deyib ki, media artıq internet dövrünün başlamasından sonra 4-cü yox, 2-ci
hakimiyyətə çevrilib.
Moderator.az-a açıqlama verən "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev prezidentin bu açıqlamasından
məmurların nəticə çıxarmalı olduğunu bildirib:
“ Bildiyimiz kimi hakimiyyətin rəsmən 3 qolu
var. Medianın gücünü göstərmək üçün onu 4-cü hakimiyyət adlandırırlar. Hesab
edirəm ki prezidentin bu açıqlaması bir çoxlarına örnək olmalı və "Azərbaycan
jurnalistikası hələ azadlığa hazır deyil" deyənlərə mesaj olmalıdır. Məmurlar
bilməlidir ki, jurnalistlər cinayətkar, narkoman deyil. Hesab edirəm ki,
mediaya qarşı rəsmi siyasət dəyişməli, azad media institutu formalaşması
üçün qanunlar qəbul olunmalıdır”.
Xəyal Əzizov