Nəcməddin Sadıqov barədə yeni iddia
Yeni müdafiə naziri Zakir Həsənovun nazirlikdə çoxsaylı yerdəyişmələr etməsi mətbuatın diqqətini cəlb edən əsas mövzulardan birinə çevrilib. Ancaq bəzi müşahidəçilər iddia edir ki, uzun illər Səfər Əbiyevlə münasibətləri soyuq olan prezidentin müdafiə məsələləri üzrə köməkçisi general Vahid Əliyevin əl-qolu son günlər açılıb və son təyinatlar onun məsləhəti, göstərişləri əsasında həyata keçirilir.
Ancaq hərbi ekspert Üzeyir Cəfərov
fərqli
düşünür. Onun iddiasına görə
qanunla Vahid Əliyevin
güc strukturlarının işinə
müdaxilə etmək səlahiyyəti,
təyinatlarla
bağlı bu və ya digər formada fikir bildirmək imkanı olsa da iddialarla
razılaşmaq olmaz: “Ola bilər
ki, Vahid Əliyev
kiminsə namizədliyini təklif etsin. Amma məndə olan məlumata
görə son təyinatların hamısını Nəcməddin Sadıqov həyata keçirir. Hər halda tezliklə bəlli
olcaq ki, kim hansı gücə
sahibdir və kimin əhatə dairəsi
hara qədərdir. Özü də çox gözləmək lazım gəlməyəcək...”









