Oktyabrın 30-u saat 01 radələrində Nərimanov rayonu Ağaoğlu küçəsində Bakı şəhər sakini Əhməd Ağayev idarə etdiyi «BMW X-5» markalı avtomobillə Qubadlı rayon sakini Nuranə Qurbanovanı vurmuş, sonuncu xəstəxanaya aparılarkən yolda ölüb.
Oktyabrın 23-nə keçən gecə Binə qəsəbəsində Cəmaləddin Tapdıqova, oktyabrın 27-nə keçən gecə isə Telman Əliyevə məxsus «VAZ-21011» markalı avtomobillər qaçırılıb. Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Məhərrəm İsmayılov, Yusif Nuriyev və Sənan Xəlilov tutulublar.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Anar Manafov tutulub.
Oktyabrın 27-də Sarabski küçəsində iki naməlum şəxs Bakı şəhər sakini Qəni Abdulrəhmanovu döymüşdür. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat təbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nemət Məmmədov və Bakı şəhər sakini Elnur Caniyev saxlanılıb.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Beytulləş İbrahimov tutulub.