Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat
aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin
qarşısı alınmışdır.
Moderator.az-ın
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata
görə, 28.10.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində
Qobustan Həbsxanasında cəza çəkən 1985-ci il təvəllüdlü, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 150.1, 228.1, 274, 333.6, 338.1, 341.3,
349.2.4, 66.3 maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum
edilmiş məhkum Xəqani Bəkir oğlu Cavadovun ünvanına Bakı şəhər sakini vətəndaş
Cahangir Vaqif oğlu Məmmmədovun adından göndərilmiş bağlamadakı əşyalara
sonuncunun iştirakı ilə baxış keçirilərkən ayaqqabı təmizləmək üçün fırçanın içərisində
xüsusi üsulla düzəldilmiş yerdən 1 (bir) ədəd “Nokia 208” markalı mobil telefon
aparatı və 1 (bir) ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə
araşdırma aparılır.